Müasir İncəsənət Muzeyində tanınmış rəssam Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılıb
21.02.2014 [09:42]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub
Fevralın 20-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı, insanı ifadəliliyi və fəlsəfi dərinliyi ilə heyrətə gətirən işıq və kölgələrdən ibarət qeyri-adi installyasiyaların müəllifi Rəşad Ələkbərovun “Sözlər” adlı fərdi sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı sərginin açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri, rəssam Aida Mahmudova qeyd edib ki, Müasir İncəsənət Muzeyi yeni ilə istedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin sərgisi ilə başlayıb. Məryəmin fərdi sərgisi böyük uğurla keçib.
Aida Mahmudova yeni sərgi haqqında məlumat verərək deyib ki, Rəşad Ələkbərovun işləri müəllifin daxili enerjisini, düşüncələrini əks etdirir. O bildirib: “Rəşad Ələkbərovun qızıl əlləri, dərin təfəkkürü, hərarətli qəlbi vardır. O, çox şeyə qadirdir. Rəngkarlıqdan başlayaraq installyasiyalara qədər onun bütün işləri uğurludur”.
Qeyd olunub ki, işıq və kölgə vasitəsilə yaradılan installyasiyalar möhtəşəmdir. Bununla yanaşı, ən vacib olan onların texniki mükəmməlliyi deyil, məhz mənanın dərinliyi və müəllifin təxəyyül gücüdür.
Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən Müasir İncəsənət Muzeyinin kollektivinə təşəkkürünü bildirib.
Sonra sərgiyə baxış olub.
Sərgidə rəssamın 5 əsəri nümayiş olunur. Bunlardan “Ümid” və “Məqsəd” adlı əsərləri avtoportretdir. Digər əsərləri isə “Mənə incəsənət göstər”, “Hər parıldayan qızıl deyil” və “Haradan gəlib, hara gedirsən?!” adlanır.
Rəşad Ələkbərov 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dekorativ sənət ixtisası üzrə bitirib. O, 2007-ci ildə Azərbaycanı 52-ci Beynəlxalq Venesiya Biennalesində təmsil edib. Ötən ilin yazında isə rəssamın “Lost in translation. This too shall pass” (“İtmiş. Bu da keçəcək”) adlı əsəri Venesiya Biennalesində “YARAT” Müasir İncəsənət Məkanının pavilyonunda sərgilənib.
Rəşad Ələkbərovun Müasir İncəsənət Muzeyindəki fərdi sərgisi martın 20-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45

