/ / Ulu öndər Heydər Əliyevin xarici səfərlərinə həsr edilmiş “30 tarixi səfər” kitabının təqdimatı olub
Ulu öndər Heydər Əliyevin xarici səfərlərinə həsr edilmiş “30 tarixi səfər” kitabının təqdimatı olub
12.02.2014 [09:33]
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “30 tarixi səfər (Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003)” kitabının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti uğurlu layihəsi olan bu kitabda Ulu öndərin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərlərinin, mövzu ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibasların, Azərbaycanın xarici siyasəti ilə bağlı tarixi arayışların, məlumat-soraq materiallarının yer aldığını bildirib. O deyib ki, Heydər Əliyevin zəngin irsinin araşdırıldığı kitabların, sistemləşdirilmiş formada materialların dərc edilməsi Azərbaycanın xarici siyasəti haqqında məlumat əldə olunması üçün çox gözəl vasitədir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bildirib ki, kitabda Ümummilli liderin rəsmi səfərlərinin coğrafiyasına geniş nəzər salınır. Bu nəşr əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasəti öyrənmək istəyən tədqiqatçılar, alimlər üçün çox maraqlı bir mənbədir.
Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin sektor müdiri Ərəstü Həbibbəyli bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil həyatında bir çox sahələrdə olduğu kimi, xarici siyasətdə də fundamental prinsiplərin memarı olub və hazırda bu prinsiplər Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin təməlini təşkil edir. Bildirilib ki, Sovet İttifaqı dağıldıqdan sonra regionumuzun böyük dövlətlərin maraq dairəsindəki geosiyasi həssas bölgə olması burada birtərəfli xarici siyasəti həyata keçirməyi qeyri-mümkün edirdi. Lakin Ulu öndərin balanslaşdırılmış, milli maraqlara söykənən xarici siyasəti sayəsində Azərbaycan həmin dövrdə gərgin siyasi vəziyyətdən çıxa bilib. Vurğulanıb ki, Ümummilli liderin səfər etdiyi ölkələrin bir çoxu hazırda Azərbaycanın strateji tərəfdaşına çevrilib.
Milli Məclisin deputatı Elmira Axundova bildirib ki, Ulu öndər Heydər Əliyev o vaxt Azərbaycanın konkret geosiyasi və tarixi şəraitini nəzərə alaraq xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirib.
Kitabda əks olunmuş 30 səfərin əksəriyyətində jurnalist kimi iştirak etdiyini deyən deputat Ulu öndərlə bağlı xatirələrini bölüşüb. Qeyd edilib ki, Heydər Əliyevin ilk xarici səfərlərinin əsas məqsədi Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizin reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, iqtisadiyyatımızı dirçəltmək idi. Ulu öndər bütün bu məqsədlərə nail olub və hər səfərdən uğurla qayıdıb.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib ki, səfərlərin coğrafiyasına baxdıqda Azərbaycanın geostrateji gedişlərini, qloballaşan dünyada özünün balanslaşdırılmış uğurlu siyasətini necə formalaşdırdığını aydın görmək olur. Azərbaycanın gərgin siyasi dövründə xalqın təkidli tələbi ilə Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıtması ölkəmizi nəinki çox böyük fəlakətlərdən xilas edib, eyni zamanda, dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirib.
Yeni nəşrin tarixi arayışlarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti” kitabından istifadə edilib.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuş, alimlər, tədqiqatçılar, tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab Azərbaycan və ingilis dillərində ayrı-ayrı cildlərdə nəşr edilib.
Kitabın hazırlanmasında “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi nəşrləri” seriyasının məsləhətçisi, akademik Asəf Nadirovun, nəşrin elmi redaktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun, yaradıcı qrupun rəhbəri, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevin böyük əməyi olub.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53

