Tanınmış ingiltərəli jurnalist Pol Stil Azərbaycan mədəniyyətindən və mətbəxindən yazır
26.12.2013 [09:58]
Böyük Britaniyanın “baldhiker.com” saytında bu elektron resursun yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan ən güclü jurnalist adına layiq görülmüş Pol Stilin Azərbaycana növbəti səfəri ilə bağlı təəssüratlarını əks etdirən daha iki məqaləsi yerləşdirilib.
Məqalələrdən birində ingiltərəli jurnalist Bakının mərkəzində yerləşən Opera və Balet Teatrının binasının möhtəşəm memarlığından bəhs edir. Pol Stil qeyd edir ki, Azərbaycanda üç dəfə səfərdə olub, bu ölkənin gözəlliyinə və onun xalqına heyrandır.
Pol Stil yazır: “Azərbaycan mənim dəfələrlə səfər etdiyim az sayda ölkələrdən biridir. Amma hələ də burada çoxlu görməli və gəzməli yerlər vardır. Bakı müxtəlif mədəni irsləri özündə birləşdirir. Şəhərin hər yerində maraqlı binalar var. Bakının mərkəzində Opera və Balet Teatrının qədim binası yerləşir”.
Azərbaycanın opera və balet teatrının yaradıldığı ilk müsəlman ölkəsi olduğunu vurğulayan müəllif bildirir ki, bina XX əsr memarlığı ilə xalqın opera sahəsinə olan sevgisini özündə birləşdirir. 1911-ci ildə təxminən 10 aya tikilən teatrın tarixinə toxunan jurnalist binanın inşasının Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşdirildiyini qeyd edir. Teatr binasının ötən əsr ərzində dəfələrlə təmir edilməsinə baxmayaraq, öz tarixiliyini qoruyub saxladığını bildirən Pol Stil Bakını “xəzinələr şəhəri” adlandırır.
İngiltərəli jurnalistin ikinci məqaləsi Azərbaycan mətbəxi haqqındadır.
Pol Stil yazır: “Azərbaycan mətbəxi mənim ən sevdiyim mətbəxlər sırasındadır. Bu ölkəyə hər səfərimdə mənə tanış olan yeməklərdən dadmağa çalışsam da hələ dadmadığım yeni təamlar axtarıram. Dünyanın 11 iqlim qurşağının doqquzunun yerləşdiyi Azərbaycan çeşid, rəng və dad baxımından olduqca zəngindir. Şərq ilə Qərbin qovuşduğu yerdə yerləşən Azərbaycanın mətbəxi də hər iki mədəniyyətin təsirinə məruz qalaraq xeyli zənginləşib”.
Quzu kababı, dolma, qutab, paxlava kimi Azərbaycan mətbəxinin dadlı təamlarından bəhs edən yazıda müəllif bildirir ki, bu mətbəxin yeməklərindən bircə dəfə dadmaq kifayətdir ki, onu heç vaxt unutmayasan.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45

