/ / Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
29.11.2013 [09:09]
Noyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Timuçin Əfəndiyev vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığından danışıb, şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, dərin ictimai məzmunlu lirikasının, ana dilimizin bütün incəliklərini özündə toplamış poetik irsinin gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev görkəmli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alaraq “Məmməd Arazın 80 illik yubileyi haqqında” Sərəncam imzalayıb. Bu addım yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, Ulu öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamıdır.
T.Əfəndiyev deyib ki, Azərbaycan Prezidentinin Sərəncamının icrası məqsədi ilə paytaxt Bakıda və bölgələrdəki elm, təhsil və mədəniyyət müəssisələrində, yaradıcılıq təşkilatlarında silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Bugünkü tədbir də bunlardan biridir.
Elmi sessiyada filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli “Ağrı yaddaşının poeziyası” mövzusunda məruzə edib.
Məruzədə Məmməd Arazın bütün ömrü boyu Azərbaycan xalqının qüruruna və kədərinə yiyə durduğu, milli poeziyamızın şeir karvanının sarvanı olduğu vurğulanıb. Bildirilib ki, Məmməd Arazdan bizə min illik Azərbaycan şerinin bədii-fəlsəfi ənənələri üzərində ucalmış möhtəşəm şair obrazı, XX əsrdə Sabirdən sonra bəşərin şeir zirvəsində əbədiləşən Füzuli poetik ruhuna ləyaqətli xələf olan Vətən daşına çevrilmiş şair imzası qalıb.
Filologiya elmləri doktoru, professor Aqşin Babayev isə “Unudulmaz Məmməd Araz” mövzusunda məruzə ilə çıxış edib. A.Babayev misilsiz istedadın və təkrarolunmaz yaradıcı ruhun məhsulu olan Məmməd Araz poeziyasından söhbət açıb, onu müasir dövr Azərbaycan lirikasının poetik zirvəsini fəth edən və bu ucalıqda əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və sözün həqiqi mənasında layiqli vətəndaş kimi səciyyələndirib.
Tədbirdə filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin “Məmməd Araz şeirlərində azərbaycançılıq” mövzusunda məruzəsi dinlənilib.
Qeyd edilib ki, böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Şairin “Ayağa dur, Azərbaycan!” şerinin xalqı sarsılmazlığa, əyilməzliyə, milli qürura, bütövlüyə və birliyə səslədiyi xüsusi qeyd edilib.
Sonda universitetin müəllimləri - Əməkdar artist, dosent Ağalar Bayramov və dosent Nadir Hüseynov şairin bənzərsiz yaradıcılığından nümunələr səsləndiriblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

