/ / Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin “Zaman və gözəllikdən kənar” adlı sərgisi açılıb
Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin “Zaman və gözəllikdən kənar” adlı sərgisi açılıb
15.11.2013 [09:42]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub
Noyabrın 14-də Müasir İncəsənət Muzeyində rəssam Lalla Essaydinin işlərindən ibarət sərgi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgi ilə tanış olublar.
AzərTAc xəbər verir ki, “YARAT!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, L.Essaydinin “Zaman və gözəllikdən kənar” (Beyond Time and Beauty) adlı sərgisini təqdim etməkdən şərəf duyuruq. Fikrimizcə, bu tədbir bizim qədim tarixdən də məlum olduğu kimi, vizual ənənələr içində boya-başa çatan Bakı ictimaiyyətində dərin maraq doğuracaq. A.Mahmudova sərginin təşkilində əməyi olanlara dərin təşəkkürünü bildirib.
Sonra incəsənət elmləri namizədi, şərqşünaslıq tarixi və nəzəriyyəsi üzrə mütəxəssis, Qətərin Doha şəhərində Şərqşünaslıq Muzeyinin təsisçisi və direktoru Olqa Nefedova rəssam L.Essaydinin yaradıcılığını, o cümlədən onun burada nümayiş etdirilən əsərlərini yüksək qiymətləndirib və sərginin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edib.
Sonra rəmzi açılışı bildirən lent kəsilib və sərgiyə baxış olub.
Gələn il yanvarın 14-dək nümayiş etdiriləcək sərginin kuratoru Dina Nasser-Xadividir.
“Zaman və gözəllikdən kənar” rəssam L.Essaydinin Azərbaycanda ilk sərgisidir və müəllifin 2012-13-cü illərdə Afrika Smitsonian İncəsənət Muzeyindəki sərgisindən sonra növbəti işidir. Rəssamın bütün karyerası boyu yaratdığı əsərləri bir yerə cəmləyən sərgi “Hərəm”, “Güllələr”, “Qovuşan ərazilər” və “Mərakeş qadınları” silsiləsini əhatə edir.
Sərgi Müasir İncəsənət Muzeyində “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən beynəlxalq müasir incəsənət sərgilərinin genişlənməkdə olan proqramının bir hissəsidir.
Lalla Essaydi keçən on illikdə fotoqrafiya, qarışıq media və quraşdırma kimi texnikadan bəhrələnməklə oriyental motivlərin, İslam ikonaqrafiyası və Yaxın Şərq qadınına baxışın orijinal biçimdə yenidən canlandırılmasına görə şöhrətlənib. Rəssamın formalaşdığı illər Mərakeşdə və Səudiyyə Ərəbistanında keçib və o, Avropa və ABŞ-da təhsil alıb. L.Essaydi deyir ki, sənətimdə özümü çoxlu sayda linzalar vasitəsi ilə təqdim etmək istərdim - rəssam kimi, mərakeşli kimi, səudiyyəli kimi, ənənəçi, liberal, müsəlman kimi. Qısası, mən tamaşaçını stereotiplərə qarşı çıxmağa dəvət edirəm.
Sərginin kuratoru Dina Nasser-Xadivinin fikrincə, L.Essaydi çox məşhur beynəlxalq rəssamdır, o, nəsə çox orijinal bir şey yaratmaq üçün nüfuzedici mədəni və estetik dixatomiyaları irəli sürür - Şərq və Qərb, ənənə və müasirlik və qadın haqqında dəyişən qavrayışları da məhz o irəli sürür.
Mərakeşin hərəm memarlığından tutmuş ərəb kalliqrafiyasına və oriyentalist rəssamlıq ənənəsinədək sıralanan vizual ənənələri yada salmaqla L.Essaydi onu formalaşdıran ikonoqrafiyanı əsaslandırır. Onun “Mərakeş qadınları” silsiləsindən əsərləri tamamilə İslam kalliqrafiyasına bürünüb. Mətn sanki, qadının düşdüyü tordur və o, eyni zamanda, həm də dekorasiya formasıdır, bu isə İslam qadınının həyatında ən mənalı məqamlardan sayılmalıdır.
Tam illüstrasiyalı rəngli kataloq sərgini müşayiət edir və buraya Qətər Şərqşünaslıq Muzeyinin təsisçi-direktoru O.Nefedova tərəfindən yazılmış esse daxildir.
Mərakeşdə boya-başa çatan L.Essaydi ömrünün bir çox ilini Səudiyyə Ərəbistanında keçirib və Qərb təhsili almasına baxmayaraq, ənənəvi İslam həyatı onun formalaşmasında əsas rol oynayıb. L.Essaydinin fotoəsərlərində İngres, Delakrua və Gerome kimi on doqquzuncu əsrin oriyentalist rəssamlarına xas olan ikonoqrafiya əsaslı müasir refleksiya dərhal nəzərə çarpır. Son vaxtlarda müəllif Mərakeşdə hərəm üslubunda bir sıra əsərlər yaradıb.
L.Essaydi Nyu-Yorkda yaşayır. Onun “Mərakeş qadınları” silsiləsindən seçmələri 2009-cu ildə tanınmış kitab evləri tərəfindən nəşr edilib. Müəllifin işlərindən ibarət son sərgi Afrika Smitsonian, Boston İncəsənət muzeylərində, Uilyams Kollec Muzeyində və Ohayoda Kolumbus İncəsənət Muzeyində sərgilənib. Onun əsərləri Parisin Luvr Muzeyində və dünyanın bir sıra məşhur muzeylərində nümayiş etdirilir.
Xəbər lenti
Hamısına baxElm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17

