O, musiqimizə öz töhfəsini verdi...
07.11.2013 [09:16]
7 noyabr bəstəkar Tofiq Quliyevin ad günüdür
Azərbaycan musiqisinin bir sıra önəmli simaları olub ki, həmin sənətkarlar musiqimizdə öz izlərini qoyub. Həmin musiqiçilərdən biri də məhz Tofiq Quliyevdir. Tofiq Quliyevin uzun illərdən bəri ölkəmizdə və onun sərhədlərindən uzaqlarda səslənən, ilkin təravətini itirməyən mahnıları mədəniyyətimizin salnaməsinə çevrilib. O, Azərbaycan musiqi mədəniyyəti tarixinə obrazlı intonasiya quruluşu cəhətdən keyfiyyətcə yeni olan kütləvi mahnının yaradıcısı kimi daxil olub. Buna görə də təbiidir ki, başqa janrlarda da bir sıra əsərlər yazmasına baxmayaraq, T.Quliyev hər şeydən əvvəl fərdi üslub xüsusiyyətlərinə malik mahnıların müəllifi kimi tanınıb. Onun əsərləri içərisində musiqili komediyalar, kantatalar, instrumental nümunələr, kino musiqisi var. Lakin bütün bu əsərlərdə də məhz mahnı bəstəkarının dəst-xətti müşahidə olunur. Tofiq Quliyev musiqisinin əsas, müəyyənedici amili olan və melodikada adekvat əksini tapan lirizm məhz mahnıda xüsusilə dolğun təzahür edir.
Tofiq Quliyev 1917-ci il noyabr ayının 7-də, Bakı şəhərində anadan olub.
1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki fəhlə fakültəsində S.İ.Turiçin sinfində təhsil alan Tofiq Quliyev, artıq 1931-ci ildə, 14 yaşında ikən Asəf Zeynallının tövsiyəsi ilə M.Ə.Sabirin “Uşaq və buz” şeirinə “Dərsə gedən bir uşaq” mahnısını bəstələyir.
1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olan Tofiq Quliyev, eyni zamanda, iki fakültədə-professor İ.S.Aysberqin sinfində fortepiano və professor S.Y.Ştrasserin sinfində dirijorluq sənəti üzrə təhsilini davam etdirir. Konservatoriyada o, polifoniya, harmoniya, musiqi forması dərslərini R.M.Rudolfun sinfində alır, xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini dahi Üzeyir Hacıbəylidən öyrənirdi.
1936-cı ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Ü. Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə bir qrup istedadlı gənc musiqiçilərlə birlikdə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirmək üçün yola düşür. Qəbul imtahanları zamanı onun fortepianoda qeyri-adi ifaçılığı H.Y.Neyqauzun diqqətini cəlb edir və o, bir müddət bu böyük sənətkardan fortepiano dərsləri alır.
1937-39-cu illərdə Tofiq Quliyev A.N.Tsfasmanın Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərir. 1939-cu ildə Tofiq Quliyev Moskvada təhsilini dayandıraraq Bakıya dönür və Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada Orkestrini yaradır.
1939-cu ildən başlayaraq o, Gənc Tamaşaçılar Teatrı, Gəncə Dram Teatrı, Azərbaycan Akademik Milli Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı ilə sıx yaradıcılıq əməkdaşlığı edərək, müxtəlif illərdə 30-dan çox tamaşaya musiqi bəstələyir. 1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən Dövlət Estrada Orkestri milli cazın yaranma tarixinin təməlini qoydu. Onun rəhbəri Tofiq Quliyevin adı musiqi tariximizə Azərbaycan estrada və caz musiqinin banisi kimi yazıldı.
1948-ci ildə Tofiq Quliyev Moskvaya qayıdaraq Konservatoriyanın III kursuna daxil olur və dirijorluq fənni üzrə professor Qinzburqun, kompozisiya üzrə isə professor N.Qolubevin sinfində təhsilini davam etdirir. 1951-ci ildə Moskva Konservatoriyasını müvəffəqiyyətlə bitirən Tofiq Quliyev professor A.Qaukun sinfində dirijorluq üzrə aspiranturaya daxil olur. Moskvada oxuduğu illərdə o, Moskva Dövlət Filarmoniyasının orkestri ilə çıxış edərək Qlazunov, Mendelson, Çaykovski, Qara Qarayevin əsərlərinə dirijorluq edir.
Sənətindəki uğurlara görə Tofiq Quliyev 1958-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur və Azərbaycan Ali Sovetinin deputatı seçilir. 1964-cü ildə görkəmli sənətkar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülür. 1966-cı ildə bəstəkar Çexoslovakiyada keçirilən Azərbaycan incəsənəti günlərinin iştirakçısı olur. Bu səfərdən yazılmış “Praqa haqqında mahnı”, “Bratislava haqqında mahnı” Çexoslovakiyada nəşr olunaraq geniş populyarlıq qazanır.
1968-ci ildə Tofiq Quliyev Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1973-cü ildə birinci katibi seçilir. 1974-cü ildə Həsən Seyidbəylinin ssenarisi əsasında çəkilmiş “Nəsimi” filmi VII Ümumittifaq kinofestivalında mükafatlandırılır, filmin bəstəkarı Tofiq Quliyev Dövlət mükafatına layiq görülür. 1976-cı ildə Brüsseldə, 1977-ci ildə Vyanada, Varşavada keçirilən tədbirlərdə Azərbaycan incəsənt ustalarının nümayəndə heyətinin rəhbəri Tofiq Quliyev olur.
1990-cı ildə Tofiq Quliyev Bəstəkarlar İttifaqının VII qurultayında ittifaqın sədri seçilir və ömrünün sonuna kimi bu vəzifədə çalışır. Tofiq Quliyevin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi illərdə respublikanın musiqi sənətinin inkişafında mühüm rol oynayan musiqi festivalları, Ümumittifaq və respublika müsabiqələri, “Musiqi baharı”, “Bakı payızı” festivalları keçirilirdi. Bu tədbirlərdə Tofiq Quliyev həmişə münsiflər heyətinin üzvü, sədri olmuşdur. 1998-ci ildə Tofiq Quliyev “İstiqlal ordeni” ilə təltif olunur. Səhhəti ilə əlaqədar xəstəxanada olan bəstəkara bu ordeni onun yaradıcılığını xüsusi ilə izləyən və dəyərləndirən Ümummilli lider Heydər Əliyev şəxsən Özü təqdim etmişdir.
2003-cü il 7 noyabr tarixində Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev “T.Ə.Quliyevin xatirəsinin əbədiləşdirilməsi” haqqında Sərəncam imzalayıb.
2000-ci il oktyabr ayının 4-də Tofiq Quliyev dünyasını dəyişib.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

