Azərbaycan mədəniyyətinin 2025-ci il portreti...
31.12.2025 [08:26]
Bu il hansı hadisələrlə yadda qaldı?
Geridə qoymağa hazırlaşdığımız 2025-ci il Azərbaycan cəmiyyəti üçün təkcə ictimai-siyasi hadisələrlə deyil, həm də mədəniyyət cameəsində yaşanan bir çox hadisələrlə yadda qaldı. Bu il paytaxt Bakı və ölkənin digər şəhərləri beynəlxalq mədəniyyət mübadiləsi üçün möhtəşəm səhnə kimi çıxış etdi, sərgilər və festivalar Azərbaycan mədəniyyətini dünya səviyyəsində tanıtdı. Eyni zamanda, bu il xalqın əsrlər boyu sevdiyi sənətkarlarla vidalaşdığı bir il kimi də ağrılı izlər buraxdı...
2025-ci ilin mədəni tədbirləri
Qeyd etdiyimiz kimi, 2025-ci il Azərbaycan mədəniyyətinin zəngin və dinamik illərindən biri olub. Ölkədə müxtəlif səviyyəli musiqi, incəsənət, beynəlxalq tədbirlər və mədəni layihələr geniş şəkildə həyata keçirilib.
2-4 may tarixlərində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Xalça Festivalının açılışı olub. Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnmək idi.
2025-ci il iyunun 3-də Mədəniyyət Nazirliyi və Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin rəsmi açılış mərasimi keçirilib. Bu, tədbir Azərbaycan mədəniyyəti üçün mühüm platforma hesab olunur. Belə ki, Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacaq.
14-28 iyun 2025-il tarixlərində “Baku Piano Festival 2025” adlı möhtəşəm festival keçirilib. Bu musiqi festivalı klassikadan cazadək geniş repertuarı ilə diqqət çəkdi. Festivalda yerli və xarici piano ifaçıları, konsertlər, sənətkar görüşləri, literatur müsabiqələr və vörkşoplar keçirilib. Tədbir çoxsaylı mədəni tədbirlərlə paralel olaraq Azərbaycanda musiqi sənətinin inkişafına töhfə verdi.
Yay mövsümündə (23-26 iyul) Bakı dəniz sahilində yerləşən “Sea Breeze Resortda” “Dream FEST 2025” musiqi festivalı keçirildi. Bu beynəlxalq açıq hava konsertlərində yerli və xarici tanınmış ifaçılar tərəfindən bir neçə gecə boyu müxtəlif janrlarda musiqilər səsləndi, həm pop, həm də milli repertuarlar yer aldı.
Payız mövsümündə Bakı beynəlxalq səviyyəli incəsənət mərkəzinə çevrildi. 31 oktyabr - 16 noyabr 2025-ci il tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Baku International Arts Festival (BIAF) festivalı baş tutdu. Festival dövründə müasir rəqs, klassik musiqi, teatr tamaşaları, opera və dünya səhnə incəsənətləri təqdim olundu. Festivalda 10-dan çox ölkədən 100-dən artıq sənətçi çıxış edərək Azərbaycan mədəniyyətini dünya sənət aləmi ilə birləşdirdi.
5-11 dekabrda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mədəniyyət festivalı ilk dəfə Azərbaycanda təşkil edildi. Tədbirə 50-dən çox ölkədən 300-dən artıq mədəniyyət işçisi və ekspert qatılmışdı. Festival çərçivəsində mədəniyyət nazirlərinin görüşləri, yaradıcılıq və kino proqramları, modalar nümayişi, oyun texnologiyaları sammiti və müxtəlif sahələr üzrə panel müzakirələr keçirilib. Bu layihə Azərbaycanı mədəni müxtəliflik, tolerantlıq və yaradıcılıq sahəsində regionun mədəni mərkəzi kimi təqdim etdi.
İlin itkiləri: sənətkarlarla vidalaşma
2025-ci il Azərbaycan mədəniyyəti üçün həm də böyük itkilərlə yadda qaldı. İncəsənət, musiqi, teatr və kino sahələrinə ömürlərini həsr etmiş bir çox tanınmış simalar bu il dünyalarını dəyişdi. Onların hər biri öz sahəsində iz qoymuş, yaddaşımızın bir parçasına çevrilmiş insanlardır.
Bu il vəfat etmiş tanınmış şəxslərin siyahısını və onların həyat yoluna qısa nəzəri təqdim edirik:
Martın 16-da Azərbaycan mədəniyyəti daha bir görkəmli sənətkarını itirdi. Xalq artisti Ənvər Həsənov uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişdi. O, onilliklər boyu milli kino və teatr tarixində öz dəsti-xətti olan aktyorlardan biri kimi tanınırdı.
Avqust ayı isə xüsusilə ağır itkilərlə yadda qaldı. Avqustun 1-də Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında dünyasını dəyişdi. Onun muğam sənətinə verdiyi töhfələr, yetişdirdiyi tələbələr Azərbaycan musiqi tarixində silinməz iz buraxıb.
Sentyabrın 8-də Xalq rəssamı, Dövlət Mükafatı laureatı Nazim Bəykişiyev dünyasını dəyişdi. O, Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış sənətkarlardan biri idi.
Sentyabr ayının daha bir ağır itkisi ayın 13-də baş verdi. Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Hacı Murad Yagizarov Almaniyada vəfat etdi. Onun nəşi sentyabrın 16-da Azərbaycana gətirildi, Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olundu. Aktyorun zəngin yaradıcılıq yolu teatr tariximizdə xüsusi yer tutur.
Sentyabrın 29-da Əməkdar artist Cabir İmanov infarkt səbəbilə 49 yaşında həyatını itirdi. Onun da vaxtsız ölümü sənət cameəsində dərin təəssüf hissi ilə qarşılandı.
Oktyabrın 9-da Xalq artisti Əminə Yusifqızı 89 yaşında vəfat etdi. Onun səhnə yaradıcılığı bir neçə nəsil tamaşaçının yaddaşında qalıb.
Oktyabrın 15-də Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev 78 yaşında dünyasını dəyişdi. Onun tar ifaçılığı Azərbaycan milli musiqi məktəbinin ən parlaq nümunələrindən hesab olunurdu.
Noyabrın 11-də isə 96 yaşlı Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova dünyasını dəyişdi. O, Azərbaycan rəqs sənətinin canlı əfsanələrindən biri idi.
İlin son ağır itkilərindən biri noyabrın 18-də qeydə alındı. 66 yaşlı Əməkdar artist Yadigar Muradov vəfat etdi. Onun yaradıcılığı da milli mədəniyyət tariximizdə özünəməxsus yer tutur.
2025-ci il bu itkilərlə Azərbaycan mədəniyyətinin yaddaşında qalacaq. Onlar aramızdan getsə də, yaratdıqları irs və sənətləri hər zaman xalqın xatirələrində dərin izlər buraxacaq...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

