Lirik nəfəsli, şair qəlbli insan...
19.06.2025 [08:32]
Cahangir Cahangirovun doğum günüdür
Onun yaradıcılığında ötən əsr musiqimizin simasını bir çox cəhətdən müəyyənləşdirmək üçün kifayət qədər zəngin material var. Bəstəkarın qələmə aldığı operalar, süitalar, üverturalar, poemalar, konsertlər, fuqalar, prelüdlər, pyeslər, kantatalar, oratoriyalar, odalar, marşlar, mahnılar, rəqslər, kinofilmlərə yazdığı musiqilər buna parlaq sübutdur. Söhbət görkəmli bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafında misilsiz xidmətləri olmuş Cahangir Cahangirovdan gedir.
Bu gün mərhum bəstəkarın anadan olmasından 104 il ötür. O, 1921-ci il iyunun 20-də Balaxanıda anadan olub. C.Cahangirov mahnı, kantata, instrumental pyes, opera kimi müxtəlif janrlarda eyni çoşğu ilə, ilham və həvəslə yazıb yaradıb. Sənətkarın musiqisi öz rəngarəngliyi, parlaqlığı və emosionallığı ilə qəlbləri fəth edib. Cahangir Cahangirovun yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da maraq doğurub, bəyənilib və zamanında dövlət tərəfindən layiqincə qiymətləndirilib.
Görkəmli bəstəkarın yaradıcılıq yolu Azərbaycan musiqisinin böyük bir tarixi mərhələsini əhatə edir. Milli musiqi yaradıcılığının bir çox janrının inkişafında onun xidmətləri əvəzedilməzdir. Milli xor mədəniyyətimizin təşəkkülündə dahi Üzeyir Hacıbəyovdan sonra Cahangir Cahangirovun adı çəkilir. Ü.Hacıbəyovla şəxsən tanış olan Cahangir Cahangirov dahi bəstəkarla bağlı xatirələrini “Unudulmaz xatirələr” və “Üzeyir Hacıbəyov haqqında xatirələrim” məqalələrində qələmə almışdı. Məqalələrdən aydın olur ki, dahi Üzeyir bəylə gənc Cahangirin ilk tanışlığı 1937-ci il ilə təsadüf edir. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində xor kollektivi təşkil etmək üçün filarmoniyaya gələn Üzeyir bəy tələbələri dinləyir. Həmin vaxt teatr texnikumunda təhsil alan gənc Cahangir komissiyanın sədri Üzeyir Hacıbəyov tərəfindən bəyənilir və o, xor kollektivinə qəbul edilir. Bir müddət xorda oxuyan Cahangir xatirələrinin birində yazıb:
“Bir gün məşqdən sonra Üzeyir bəy məni yanına çağırdı və dedi: “Cahangir, yoldaşlarından bir neçəsi mənə deyiblər ki, sən bəzən musiqi parçaları, mahnılar qoşursan. Bir əyləş, çal görüm. Eşitmək istəyirəm.” Özünü itirən, əlləri əsməyə başlayan Cahangirin həyəcanını sakitləşdirən Üzeyir bəy onun çaldığı əsərlərə qulaq asaraq onları bəyənir və ona Qara Qarayevə müraciət etməyi məsləhət görür. “Beləliklə, mənim bəstəkarlıq sənətinə ilk dəfə qədəm qoymağım məhz Ü.Hacıbəyovun adı ilə bağlıdır”.
Ümumiyyətlə, Cahangir Cahangirov Üzeyir bəyin atalıq qayğısını hər zaman hiss etdiyini vurğulayırdı. Hətta xatirələrinin birində qeyd edir ki, müharibə illərində yaradıcı ziyalılara geyim, pal-paltar, ayaqqabı verirdilər. 1944-cü ildə bəstəkarlar ittifaqına yenicə qəbul olunmuş gənc Cahangirə bir şey düşmədiyini bilən Üzeyir bəy öz adına yazılmış əşyanı ayaqqabı ilə əvəz edib Cahangirə verilməsini tapşırır. “Amma geyməyə ürəyim gəlmirdi. O, Üzeyir bəyin əvəzsiz yadigarı kimiydi. İllər keçib, ancaq mən unudulmaz müəllimimin hədiyyəsini - bir cüt ayaqqabını heç cür yaddan çıxarmıram”.
C.Cahangirovun yaradıcılığı çoxşaxəlidir. O, “Azad” və “Xanəndənin taleyi” operalarının, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarının, Sabir, Hüseyn Cavidə həsr olunmuş oratoriyaların, xalq mahnılarının xor üçün işləmələrinin, orijinal xor əsərlərinin, mahnıların, simfonik əsərlərin, kinofilmlərə və teatr tamaşalarına musiqilərin müəllifidir. Bəstəkarın ölməz şair Füzuliyə həsr etdiyi “Füzuli” kantatası xüsusən böyük şöhrət qazanıb. Müəllif Şərqin misilsiz şairinin parlaq obrazını təsirli musiqi dili ilə əks etdirə bilmişdi.
C.Cahangirovun yaradıcılığının bir şaxəsini də onun gözəl lirik mahnıları təşkil edir. Bəstəkar müxtəlif irihəcmli əsərlərə müraciət etməklə yanaşı, mahnı janrına da daim üstünlük verib və gözəl nəğmələr bəstələyib.
Cahangir Cahangirov ictimai musiqi xadimi kimi geniş fəaliyyət göstərib. O, Azərbaycan Bəstəkarlar İttifaqının, onun İdarə Heyətinin üzvü, habelə “Xor musiqisi” bölməsinin rəhbəri olub. O, həmçinin müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının bədii rəhbəri, Azərbaycan Dövlət Televiziya və Radiosu xorunun bədii rəhbəri, Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri kimi məsuliyyətli vəzifələrdə çalışıb. Gözəl bəstəkar, lirik nəfəsli, şair qəlbli insan olan C.Cahangirovun musiqisi daim qəlbləri fəth edəcək!...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

