İrəvanda yaradılan zəngin Azərbaycan mədəniyyəti
18.02.2025 [11:29]
Mirzə Qədim İrəvaninin 200 illik yubileyi qeyd olunacaq
2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin anadan olmasının 200 ili tamam olur. Prezident İlham Əliyev görkəmli rəssamın 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi rəssamın 200 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Qərbi Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi
Mirzə Qədim İrəvani zamanında Qərbi Azərbaycanda formalaşmış milli mədəniyyətimizin görkəmli simalarından biridir. İmperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasənda qurulan indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzur da Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilib. Azərbaycanlılar indiki Ermənistan ərazisindən həmçinin 1948-1953-cü illərdə və ötən əsrin səksəninci illərinin sonlarında olmaqla daha iki dəfə ağır deportasiyaya məruz qalıblar.
Azərbaycanlılar əsrlər boyunca yaşadıqları ərazilərdə zəngin mədəniyyət formalaşdırmağa nail olublar. Bu mədəni irsin araya-ərsəyə gəlməsində isə Mirzə Qədim İrəvani kimi sənətkarların müstəsna xidmətləri olub.
İrəvan şəhərində anadan olan Mirzə Qədim - (4 dekabr 1825, İrəvan - 1875, İrəvan) - 15 yaşında Tiflisdəki progimnaziyanı bitirib. Fars, rus və fransız dillərini mükəmməl öyrənən Mirzə Qədim İrəvana qayıtdıqdan sonra ömrünün sonunadək poçtda teleqrafçı vəzifəsində çalışıb. Verilən məlumatlara görə, Mirzə Qədimin atası Məhəmməd Hüseyn məşhur şəbəkə ustası olub. Mirzə Qədimdə rəssamlığa meyl hələ Tiflisdə progimnaziyada oxuduğu vaxt yaranıb. Əvvəlcə şüşə və parça üzərində şəkillər çəkən Mirzə Qədim sonralar portret və ornamental kompozisiyalar ustası kimi məşhurlaşıb.
Rəssamın yaradıcılığının mühüm mərhələsi - İrəvan xan sarayının bərpası
Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
İrəvan xan sarayının bərpası görkəmli rəssamın yaradıcılığının mühüm bir mərhələsini təşkil edir desək, yanılmarıq. Qərbi Azərbaycan İcmasının (QAİ) məlumatına əsasən, sarayın Güzgülü zalındakı portretlərin və ornamental kompozisiyaların bərpası Mirzə Qədimə həvalə edilib. O, Güzgülü zaldakı divar rəsmlərinin əksəriyyətini xüsusi zövqlə və ustalıqla bərpa edib. Görünür, 1867-1874-cü illərdə Xan sarayında dəfələrlə aparılan bərpa işlərini Mirzə Qədim həyata keçirib. Rəssamın yağlı boya ilə çəkdiyi “Fətəli şah”, “İrəvan sərdarı”, “Həsən xan”, “Rüstəm Zal” portretləri hazırda Tiflisdə Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Abbas Mirzə” portreti isə Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Mirzə Qədim İrəvani “Gənc qadının portreti”, “Gənc oğlanın portreti”, “Fətəli şahın portreti”, “Rəqqasələr”, “Molla”, (hamısı Azərbaycan Milli İncəsənət Muzeyində), “Mah Tələtin portreti” (Gürcüstan Dövlət İncəsənət Muzeyi), “Quş və çiçəklər” (Dövlət Ermitajı), həmçinin də, 1850-ci illərdə, İrəvandakı Sərdar sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir. O, panel rəssamlığının əsasını qoyub.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55

