“YAY!” qalereyasında “Özünümüşahidə” adlı videoart sərgisi açılıb
12.04.2013 [00:53]
“YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında “Özünümüşahidə” adlı videoart sərgisi açılıb.
AzərTAc xəbər verir ki, aprelin 23-dək davam edəcək sərgi “YARAT!” Müasir İncəsənət Məkanı və gənc müstəqil kurator Suad Qarayeva tərəfindən düşünülərək reallaşdırılıb.
İnsanın özünü dərketmə axtarışına çıxması qədim zamanlardan bəri müşahidə olunur. Vücudun fiziki və əqli hədlərini aşmaqdan meydana çıxan tərəqqi inqilabi ixtiralara və insan qabiliyyətinin gücləndirilməsinə səbəb olur. Lakin indiyədək müasir cəmiyyətdə insan vücudunun tədqiqi, müəyyən mənada, yasaqdır. Vücud və beyinlə yanaşı, üçüncü tərəfdaş mövcuddur - bu ötəri və sezilməyən anlayış fövqəltəbii bir səltənətdə yaşayır, elm və texnologiya dünyasının biçarəsidir. Bununla belə, son iki onillikdə müşahidə olunan texnoloji tərəqqi sayəsində insanın daxili aləmi ilə bağlı suallar yenə də gündəmdədir, çünki psixosomatik impulslar qeyri-müəyyənlik örtüyü ilə gizlədilən, nadir və təbiət qanunlarına tabe olmayan məkanın olmasına dəlalət edir.
“Özünümüşahidə” sərgisində üç rəssamın əsərləri təqdim olunur. Rəssamların hamısı insanın daxili aləmi mövzusuna toxunur və tamaşaçıların təməl, qədimdən gələn və əhəmiyyətli məqamlarla bağlı anlayışlarını sorğu-sual edir. Bu sərgidə təmsil olunan rəssamlar əsasən əbədilik konsepsiyasını mütərəqqi texnologiyalar dili ilə ifadə edən videoart sənətindən istifadə edirlər.
Böyük Britaniyada doğulub böyüyən Villiam Kobbinqin yaratdığı əsərlər daxili aləm, onun zədələri və təxəyyülləri məsələləri ilə bağlı müasir Qərb anlayışının təməlini formalaşdıran Ziqmund Freydin psixotəhlil tədqiqatlarından qaynaqlanır. Onun 2004-cü ildə yaratdığı “Öpüş” əsərində məhəbbətin sonsuz izharı ilə bir-birinə qovuşmuş kişi və qadın təsvir olunub. Onların başlarını palçıq kürələri ilə əvəz edən Kobbinq, bu insanların fərdiyyətini formalaşdıran bütün əlamətlərini silib, bununla da, o, bu addıma ümumdünya əhəmiyyəti əta edib və personajları “id” (altşüurla), qeyri-iradi duyğuların və diləklərin təməl meyli ilə məhdudlaşdırıb.
2004-cü ildə yaradılmış “Qazıyıb çıxartma” adlı digər bir əsərdə tənha bir insan fiquru müəllifin çirkli başının üstünü kəsir və bu da onun vücuduna məxsus məknun layların aşkar olunmasının məzəli cəhdidir. “Qazıyıb çıxartma” əsərində bərkiyib, fəqət “Öpüş”ün ifadə etdiyi ehtirasda incə və plastik torpaq quruluşu yerin altında gizlədilən insan mahiyyətini xatırladır, bununla da Kobbinqin cəhdlərinə əlavə dolaşıqlıq bəxş edir.
Qırğız rəssamı Şaarbek Amankul qədim tarixi Şərq fəlsəfəsi və adət-ənənələrindən bəhrələnmiş doğma qırğız torpağında yeni, postsovet ruhaniyyətini tədqiq edir. Əvvəlcədən demək olar ki, tamamilə məhv edilib, lakin ölkə siyasi müstəqilliyini əldə etdikdən sonra dirçələn, insanlara xas olan ruhaniyyətə qayıdış arzusu 2007-ci ildə çəkilmiş “Şam” videoçarxında təsvir olunub. Həmin videoçarxda Qırğızıstanın ucqar bölgələrində yenicə formalaşmış sektaların şaman ayinləri sənədli film şəklində göstərilir. Amankul dini mərasimləri və bu mərasimlərdə iştirak edən insanları lentə alaraq daxili və xarici aləmlər arasında səddin yayılmasını və beləliklə, şamanların cuşa gəlmə məqamını əbədiləşdirib.
2007-ci ildə çəkilmiş “Zindan” əsərində zindanda müqavimət rəqsini oynayan iki çılpaq qadın fiquru təsvir olunub. Sürrealistik araşdırmalara və istəklərə izzət rəmzi olan bu film insanın daxilində bağlı olan, fəqət qeyd olunmağa, qaydaya salınmağa və reallaşdırılmağa can atan, əsirlikdə izhar olunan instinktdən bəhs edir.
Nəhayət, Azərbaycan rəssamı Zamir Süleymanov və Emin Əzizbəylinin 2012-ci ildə çəkdikləri “Astar” qısametrajlı filmi gündəlik həyatın təzahürü olan fərdin daxili aləminə baxışdan bəhs edir. Filmdə Bakıda və onun ətraflarında doğulan və böyüyən gənc oğlanın gündəlik həyatı təsvir olunur. Əsərin qəhrəmanının keçirdiyi qeyri-adi təcrübəni ani kadrlarla göstərən müəlliflər, həm fərdi, həm də personajın öz təxəyyülü ilə bağlı, lakin bütün insanlara xas təəssüratlarını və əhəmiyyətsiz təcrübələrini təsvir edirlər. Məhdud özünümüşahidənin digər misalları kimi, belə bir gündəlik məqamlar həm fani, həm də əbədidir, həm mücərrəd, həm də realdır, həm mənzum, həm də bayağıdır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

