Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Virciniyada azərbaycanlı uşaqların rəsm sərgisi açılıb

Virciniyada azərbaycanlı uşaqların rəsm sərgisi açılıb

29.10.2024 [15:13]

Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Azərbaycan Evinin təşkilatçılığı ilə balaca soydaşlarımızın “Mənim sehrim” adlı rəsm sərgisi təşkil olunub.

Diasporla iş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəsm müəllimi Aytən Mövlamovanın təlim verdiyi 10 şagirdin 40-dan çox rəsm əsəri nümayiş olunub.

Sərgiyə Vaşinqtonda yaşayan azərbaycanlı rəssam Mahmud Mahmudzadə də qatılıb.

Azərbaycan Evinin koordinatoru Nigar İbrahimova layihənin davamlı olaraq həyata keçirilməsinin Azərbaycan icmasının birliyini möhkəmləndirdiyini və uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından önəmli olduğunu vurğulayıb.

Sərgidə iştirak edən uşaqlara və digər ziyarətçilərə müxtəlif hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31