Akademik Opera və Balet Teatrında görüş olub
27.10.2024 [17:43]
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin ölkəmizin aparıcı teatrlarının kollektivləri ilə görüşləri davam edir.
Görüşlərdə mədəniyyət ocaqlarının cari fəaliyyəti, qarşıya qoyulan yaradıcı vəzifələr müzakirə olunur.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 26-da mədəniyyət naziri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub, kollektivlə görüşüb.
Görüşdə teatrın direktoru, Xalq artisti Yusif Eyvazov, baş rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baş dirijor Əməkdar artist Əyyub Quliyev, aparıcı səhnə ustaları - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Afaq Abbasova, Tural Ağasıyev, Cahangir Qurbanov, solistlər Mahir Tağızadə, Taleh Yahyayev, Atəş Qarayev, Mütəllim Dəmirov və başqaları çıxış edərək teatrın yaradıcı fəaliyyətinin mövcud vəziyyətindən söz açıblar.
Kollektivin üzvləri incəsənət xadimlərinin maddi rifahının yaxşılaşdırılması, onların güzəştli şərtlərlə mənzillərə sahib olması, eləcə də istismar müddəti bitmiş musiqi alətlərinin yeniləri ilə əvəz olunması, balet artistlərinin təqaüdə çıxması və hərbi xidmətə çağırılması problemləri, musiqiçilərin dövlət tədbirlərində çıxışları üçün qonorarların ödənilməsi, fəxri adların verilməsi, yeni əsərlərin tamaşaya qoyulması kimi məsələlər diqqətə çatdırılıb.
Söhbət zamanı həmçinin ötən əsrdə Azərbaycan bəstəkarlarının yazdığı əsərlərin yenidən redaktəsi və klavirlərin çap olunması, yaradıcı şəxslərin xarici ölkələrdə keçirilən müsabiqə, festival və seminarlarda iştirakı üçün şəraitin yaradılması və s. mövzular da müzakirə olunub.
Nazir qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətləri kimi teatr sahəsinin də inkişafına qayğı göstərilir. Teatrların maddi-texniki bazası möhkəmləndirilir. İncəsənət ustaları mütəmadi fəxri adlara, mükafatlara layiq görülürlər.
Akademik Opera və Balet Teatrı binasının əsaslı təmiri də bu diqqətin təzahürüdür.
Nazir qeyd edib ki, hazırda mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi əlaqədar addımlar atılır. Bu proses başa çatdıqdan sonra bir sıra məsələlər həllini tapmış olacaq.
Görüşün sonunda Adil Kərimli səsləndirilən müraciətlərin diqqətdə saxlanılacağını deyib, kollektivə yaradıcılıq uğurları arzulayıb.
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

