Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində “Rəqsin rəmzi” adlı sərgi açılıb
04.10.2024 [23:14]
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Türkiyə və Azərbaycan rəssamlarının süni intellektlə sənəti birləşdirdiyi “Rəqsin rəmzi” adlı sərginin açılışı olub.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sərgidə Azərbaycan motivləri ilə işlənmiş əsərlər tətbiq vasitəsilə hərəkətli təsvirlərə çevrilmişdir. Bundan əlavə, bəzi əsərlər yerli musiqi motivlərinin müşayiəti ilə təqdim edilib.
İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Nabat Qaraxanova Vyanada keçirilən sərgi haqqında məlumat verib. O, burada süni intellekt və incəsənətin birləşdiyini qeyd edərək, dünyanın müxtəlif yerlərində oxşar sərgilər təşkil etdiklərini bildirib.
Festivalının direktorunun sözlərinə görə, onlar “Azərbaycanın ilk süni intellektli rəssamını yaradıblar” və onun köməyi ilə həm Azərbaycanda, həm də Türkiyədə rəqəmsal incəsənət sahəsində işləri təqdim ediblər. O, sərginin hər iki ölkədə rəqəmsal incəsənət sahəsində görülən işin səviyyəsinin əksi kimi sənətsevərlərə təqdim olunduğunu vurğulayıb.
Qaraxanova bildirib ki, “Rəqsin rəmzi” üçün tekstil məmulatların üzərində süni intellektdən istifadə etməklə 3D simvollar yaradılıb və sərgidə təqdim olunan əşyalar yeni moda növünün yaranmasına töhfə verməklə yanaşı, həm də sənət əsərləridir.
“Rəqəmsal incəsənət təkcə sənət deyil, həm də gənclərə innovativ ideyalarla yeni əsərlər yaratmaq və dünyaya nümayiş etdirmək imkanı verir”, - deyə o, bu sərgidə Azərbaycanın ilk “süni intellektli rəssamı Şuşa xanımın” da nümayiş olunduğunu əlavə edib.
İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Qarabağın qədimdən Azərbaycan üçün incəsənət və mədəniyyət baxımından çox əlamətdar bir yer olduğunu vurğulayıb. Bu bölgədən bir çox məşhur rəssamlar çıxıb, ona görə də canlandırdıqları ilk süni intellekt rəssamını “Şuşa xanım” adlandırıblar.
İstanbul Rəqəmsal İncəsənət Festivalının bədii rəhbəri Esra Özkan sərgilənən əsərlərin süni intellektdən istifadə olunmaqla hazırlandığını, çoxşaxəli və uzunmüddətli zəhmətin məhsulu olduğunu qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

