Tələbələrin yaşıl dünyaya baxışı..
28.09.2024 [08:08]
COP29 və incəsənət
COP29 Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər il keçirilən iqlim dəyişiklikləri ilə əlaqədar konfransdır. Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-da təkcə elmi və siyasi müzakirələr aparılmayacaq, incəsənət də bu konfransların ayrılmaz hissəsi kimi çıxış edəcək. İncəsənət, eyni zamanda, cəmiyyətin iqlim dəyişikliklərinin törətdiyi fəsadları dərindən anlamasına da əhəmiyyətli dərəcədə təsir edir. Buna görə də incəsənət xadimlərinin üzərinə böyük vəzifə düşür. Hər bir incəsənət xadimi isə öz sahəsi vasitəsi ilə bunu ən yüksək səviyyədə cəmiyyətə çatdırmağa çalışmalıdır.
İqlim dəyişikliyi günümüzün ən böyük problemlərindən biridir. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı bu problemlə əlaqədar olaraq İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını təşkil edir. 11-22 noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi bu konfrans iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün bir sıra siyasi və elmi müzakirələrin mərkəzində olacaq və təbii ki, incəsənət bu müzakirələrə xüsusi bir rəng qatacaq.
İncəsənət beynəlxalq ictimaiyyətə iqlim dəyişikliyinə dair mesajları çatdırmaq üçün ən effektiv üsullardan biridir. Məsələn, qlobal istiləşmə nəticəsində evlərinə zərər gəlmiş və ya təbii fəlakətlərə məruz qalan ərazilərdən olan sənət adamları öz əsərlərində bu təcrübələri vizual olaraq çatdırırlar. Bu cür incəsənət layihələri, iqlim dəyişikliyinin real təsirlərini daha emosional bir dildə ifadə edir və iştirakçılara bu problemləri daha aydın səviyyədə anlamaq imkanı verir.
Rəssamlar öz rəsm əsərlərində ekoloji problemlərin yaratdığı çətinlikləri çəkə bilərlər (Banksy - “I remember when all this was trees”). Musiqiçilər həm mahnı sözlərində, həm də musiqi kliplərində bu problemlərə toxuna bilərlər (Charles Aznavour - La terre meurt). Misal olaraq, avstriyalı sənətçi olan Herman Nitsch-in iqlim dəyişikliyi ilə bağlı yaratdığı performanslar bu məsələyə emosional reaksiya yaratmağı hədəfləyir.
İncəsənət, xüsusilə uşaqlara və gənclərə iqlim dəyişikliyinin əhəmiyyətini çatdırmaqda təsirli olur və nəsillərarası körpü olaraq bu problemi digər nəsillərə də ötürür. Bu, təkcə rəsm və musiqi ilə bitmir. Buraya film, dekorativ tətbiqi sənət, memarlıq, teatr kimi incəsənət sahələrini də əlavə etmək olar. Bu incəsənət sahələrinin daha çox insan tərəfindən görülməsini və yayılmasını təmin etmək üçün müxtəlif sərgilər və tədbirlər keçirilir. COP29 konfransları zamanı təşkil edilən sərgilər həm də ekoloji cəhətdən davamlı dizayn və materiallardan istifadə ilə diqqət çəkir. Təkrar emal edilmiş materiallar, enerji qənaət edən texnologiyalar və minimal ekoloji iz buraxan sənət əsərləri tədbirin ümumi davamlılıq mesajını dəstəkləyir.
COP29 tədbirləri zamanı təqdim edilən sənət əsərləri və performanslar sosial media platformalarında da geniş yayılır ki, bu da qlobal miqyasda daha çox insanın bu layihələrdən xəbərdar olmasına yardım edir.
İncəsənət təkcə COP29 deyil, bütün sahələrdə böyük təsir gücünə malikdir. Hazırda qarşıdan gələn COP29-la əlaqədar olaraq incəsənət xadimlərinin üzərinə düşən ən böyük vəzifə bu problemləri ən aydın və ən sadə dillə bütün insanlığa çatdırmaq və hər kəsi bu mövzuda düşünməyə cəlb etməkdir.
Bu layihələrin təkcə bir ölkə deyil, eyni zamanda, bütün dünyada yayılmasına kömək etmək isə bütün vətəndaşların borcudur. Axı dünya təkcə bizim deyil, eyni zamanda, gələcək nəsillərindir. Özümüzdən sonra onlar üçün ən önəmli mirasımız, şübhəsiz, təmiz, yaşıl bir dünya olacaq.
Fidan Sadıqova,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

