Ən sərt zərbələrə belə əyilməmişdi!
17.07.2024 [11:03]
Tarixçi, alim, rəssam, musiqiçi...
Sara Aşurbəylinin xatirə günüdür
Yorulmaz tədqiqatçı, əsl elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri olan Sara xanım Aşurbəyli bütün ömrü boyu vətənpərvər bir ziyalı həyatı yaşamışdı. Məşhur tarixçi Bakı neft sənayeçisi və xeyriyyəçi Bala bəy Aşurbəylinin ailəsində dünyaya göz açıb. O, bu nəslin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin tədqiqinə öz misilsiz töhfələrini verib. Faciəli tale yaşamış Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı kimi bütün dünyada tanınır. Məhz S.Aşurbəylinin səyi nəticəsində Aşurbəylilərin geniş nəsil şəcərəsini bərpa etmək mümkün olub.
Bu gün Sara xanımın vəfatından 24 il ötür. Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında Bakıda vəfat edib.
Yeddi dil bilirdi...
S.Aşurbəylinin fəaliyyətində bir neçə xarici dil bilməsi hər zaman xüsusi önəm daşıyıb. O, 1925-ci ildə İstanbulda Janna Dark adına fransız kollecini bitirib. Yeddi dili-ingilis, fransız, alman, ərəb, fars, türk, rus dillərini mükəmməl bilirdi. Əcnəbi dilləri bilməsi hansısa məqamda Sara xanımın əlindən tutur, təqib olunduğu illərdə xarici dillərə yiyələnməsi və rəssamlıq təhsili ona ağır yaşam illərinə tab gətirməkdə böyük yardımçı olur. Belə ki Sara xanım Azərbaycan Dram Teatrında rəssam-dekorator kimi çalışır. Bundan başqa, o, həm də xarici dilləri gözəl bildiyinə görə Üzeyir Hacıbəylinin dəvəti və köməyi ilə 15 il ardıcıl olaraq Dövlət Konservatoriyasında xarici dildən dərs deyir.
İlk və yeganə tarixçidir ki...
Sara xanım özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etmişdi. Onu yaxından tanıyan insanların yaddaşında Sara xanım nəcib, üzügülər, alicənab və əsilzadə bir xanım kimi qalıb.
Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixinə dair olan tədqiqatlarıdır. O, ilk və yeganə tarixçidir ki, öz həyatını Bakı (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr etmişdi. Bu əsərlərdə qədim Bakının yaranma tarixi orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunmuşdu.
Həm də rəssam və musiqiçi idi...
S.Aşurbəyli Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. O, fortepianoda həm Azərbaycan təranələrini, muğamlarını, həm də klassik Avropa musiqisini əla ifa edirdi.
Sara xanım bir çox rəsm əsərlərinin müəllifi olub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, sərgilərdən birində onun “Göygöl” adlı əsərini Meksika nümayəndələri alıb və bu əsər indi Meksika muzeylərindən birinin eksponatıdır.
İlk və son etiraf...
Sara xanımın mənəvi zənginliyi, alicənablığı, elmə xidməti və ümumilikdə, Azərbaycanın tarixinə, mədəniyyətinə olan sonsuz məhəbbəti irsi bir hal idi. Bütün bu müsbət keyfiyyətlərin təzahürü idi ki, Aşurbəylilər soyadına vurulan nahaq damğaya - “xalq düşməni” damğasına baxmayaraq, Sara xanım adına və nəslinə layiq bir tərzdə öz fəaliyyətini davam etdirmişdi.
Dəyərli tarixçi xanıma “Sizin ömrünüz heç də sadə bir insan ömrü olmayıb, nə vaxtsa memuar yazacaqsınızmı?” sualını verəndə o belə cavab vermişdi:
“Bilirsiniz, mən, bəlkə də, heç nə yazmayacağam. Çünki mənim ömrüm doğmalarımın itkisi, dövrün və bir qrup insanların ədalətsiz münasibətləri, xəyanətlər ilə dolu keçib. Bunları yazmaq o hadisələri yenidən yaşamaq deməkdir. Mən bunu bacarmaram...”.
Bu, taleyin ən sərt zərbələri qarşısında belə əyilməyən, bütün ömrünü Azərbaycan tarixinin tədqiqinə həsr edən Sara xanım ilk və son etirafı idi...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30

