Erməni plagiatı
10.07.2024 [10:35]
Növbəti mahnımızı oğurladılar...
Ermənilər tarix boyu nəinki torpaqlarımıza göz dikib, həmçinin mədəni irsimizi, mədəniyyətimizi, musiqimizi oğurlamağa, öz adların çıxarmağa çalışıblar. Təəssüf ki, bəzi hallarda buna nail olublar. Dəfələrlə xalq mahnılarımızı, milli musiqilərimizi özününküşləşdiriblər.
Məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri, eləcə də müasir bəstəkarlarımızın mahnıları zaman-zaman erməni nümunələri kimi təqdim edilib. Ermənilər dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bəstələdiyi “Arşın mal alan”ın musiqisini “Ermənistanda doğulmuşlar” adı ilə ifa ediblər. Uzun illərdir ki, özəlləşdirməyə çalışdıqları mahnılardan biri də Azərbaycanın xalq mahnısı “Sarı gəlin”dir.
Belə mahnılarımızdan biri bəstəkar Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur “Tut ağacı” mahnısıdır. Qeyd edək ki, bu mahnı bir neçə ölkə ifaçısı tərəfindən oğurlanaraq, müəllif hüquqları pozulub.
Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu “Yerevan” mahnı-himninə gəldikdə isə mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı “Arşın mal alan” operettasından “Əsgərin mahnısı”nın eynisidir. Bunu zamanında sovet musiqişünasları da təsdiqləyib...
Növbəti oğurluq...
Bu günlərdə isə ermənilər növbəti dəfə ifa etdikləri mahnını öz adlarına çıxarmaq istəyiblər. Belə ki, Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi faktı ortaya çıxıb.
İlk reaksiya xalq artistlərindən gəldi...
Əqli Mülkiyyət Agentliyindən verilən məlumata görə, sözügedən mahnının “Youtube”-da yayılması faktı araşdırılıb. COPAT-dan verilən xəbərə görə, ilk növbədə, Agentliyin ekspertləri Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər: “Onların təhlilinə əsasən müəyyən edilib ki, B.Nəsibovun “Qarabağ” əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnı B.Nəsibovun “Qarabağ” əsəri ilə tam üst üstə düşür. Ermənilər isə mahnını özgəninkiləşdirməyə çalışırlar.
Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun “Qarabağ” əsərinin adı ermənilər tərəfindən “Sirun jan” adı ilə dəyişdirilərək təhrif edilib:
Bildiririk ki, “Qarabağ” əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır.
“Qarabağ” adlı mahnı Azərbaycan bəstəkarı Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan “Qarabağ” mahnısı 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb və Azərbaycan musiqisi kimi tanınır”.
Şəxsi və əmlak hüquqlarının pozulması...
Agentlikdən bildirilib ki, erməni əsilli ifaçı Gor Yepremyan Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və “Sirun jan” adı ilə oxuyub: “ “Youtube” kanalında yerləşdirilmiş “Sirun jan” adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları, “Youtube” kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Bəhram Nəsibovun əmlak hüquqları pozulub”.
ÜƏMT Konvensiyasının 3-cü maddəsi
COPAT-ın məlumtına görə, bu hal eyni zamanda milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır: “Belə ki, bu Təşkilatın məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır”.
Hər bir fakt araşdırılır!
Agentlikdən həmçinin bildirilib ki, baş verən hadisə uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir: “Agentlik tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır. Hər bir fakt üzrə araşdırmalar aparılaraq, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır”.
Bu təşkilata məktub göndərməliyik...
Hüquqşünas Nadir Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, xalqımıza məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur: “Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən-sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi, hətta məşhur bəstəkarlarımızın əsərlərini öz nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.
Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi, Əqli Mülkiyyət Agentliyi tərəfindən hər zaman mübarizə aparılıb, çox güman ki, bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılıb, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılır. Eyni zamanda, bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) məktub göndərilməlidir. Çünki həm ölkəmiz, həm də Azərbaycan bu təşkilata üzvdür. Ermənilər açıq-aşkar şəkildə təşkilatın müvafiq konvensiya tələblərini pozublar. Ümid edirik ki, ÜƏMT lazım olan qiymətləndirməni edəcək və ermənilərin son saxtakarlığı bir daha sübuta yetiriləcək”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

