“Altai” teatrı fəaliyyətə başlayıb
15.05.2024 [11:53]
Mayın 5-də zəngin teatr ənənələrinə malik muxtar respublikada yeni “Altai” teatrı fəaliyyətə başlayıb. Teatrın yaradıcısı Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyevadır. Yaradıcı heyət gənc yazar və aktyor Rza Zeynalovun "Xəyanət" əsəri ilə tamaşaçıların görüşünə gəlib.
Tamaşanın quruluşçu rəssamı Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev, musiqi tərtibatı Cabir Əsədov, rejissor assistenti Ayhan Hacıyev, teatrın meneceri Gülay Ağazadədir.
Səhnə əsərində Əməkdar artist Behruz Haxverdiyev, Rza Zeynalov, Zəlihə Hüseynquliyeva, İlqar Babayev,Əfqanə Ələsgərova, Xəlil Hüseynov, Sadiq Əliyev, Ayhan Hacıyev, Yusif Rzayev, Dilsuz Qasımov rol alıb.
Xəyanət əsəri müasir dövrümüzün sosial problemlərini özündə əks etdirən və qabarıq şəkildə oxucuya çatdırmağa çalışan bir səhnə əsəridir. Əsərdə vicdanlı insanların addımbaşı qarşılaşdığı ədalətsizlik və xəyanətdən , ikiüzlü fürsətçi insanların başqalarının bədbəxtliyi üzərində qurduğu xoşbəxtlikdən, ailə münasibətlərinin düzgün qurulmamasından və bütün bunların cəmiyyətimizə gətirdiyi bəlalardan bəhs olunur.
Əsərdəki bütün personajlar demək olar ya xəyanətin qurbanı ya da icraçılarındandırlar.
Əsərin baş qəhrəmanı Şahin doğularkən anası vəfat edir atasının humayəsində böyüyən qəhrəman gənc yaşlarında olarkən atası müəmmalı şəkildə özünə qəsd edir. Atasının itkisi ilə bütün dünyası alt üst olan Şahin Afətə olan sevgisi ilə həyata tutunur. Bütün insani keyfiyyətləri özündə birləşdirən Şahin ziyalı, gənc bir yazardır. O sadiqliyi düzgünlüyü insanpərvərliyi mütərəqqi fikirləri ilə örnək ola biləcək sədaqətli həssas qəlbli bir gəncdir. Cəmiyyətdəki ədalətsizliyə dözə bilməyən Şahin özü də dost xəyanətinin qurbanı olur. Sosial vəziyyəti çox aşağı olan bir müəllim kimi o arvadının Afətin müalicə xərclərini qarşılaya bilmir və dərmanları oğurlamaq məcburiyyətində qalır. Bu zaman bir qətlin şahidi olan Şahin sonradan sevgisi uğruna bu qətli öz üzərinə götürərək azadlığından məhrum olur.
Əsərdə unsanlığını itirmiş xisləti, ədalətsizliyi amansızlığı ilə diqqəti cəlb edən digər obraz isə Şahinin atasının dostu Rüstəm bəydir. O öz çirkli əməllərini ört- basdır etmək üçün insan taleləri ilə oynayır. Şahinin atasını özünü qəsd etməyə, Şahini isə oğlunun törətdiyi qətli boynuna almağa məcbur edir. Şahinin dostu olan Mahirsə Afətə olan sevgisindən Şahindən bütün həqiqəti gizlədir və Afətlə evlənir. Afətin rəfiqəsi Şahinə böyük sevgi bəsləyən Sona da xəyanətə şahidlik edir.
Sonda üzərinə atılmış cəzanı çəkib qayıdarkən bütün həqiqətlər açılır. Artıq psixoloji pozğunluq yaşayan Şahin öz monoloqu ilə insanlığa, cəmiyyətə hətta allaha belə üsyan edir. O yaradılışdan insanlığın ədalətsizliyə haqsızlığa xəyanətə məruz qaldığını diqqətə çatdırır. Burada xəyanətin hələ ilk insan olan Adəmlə, oğlu Qabillə əlaqələndirilməsi isə çox yerinə düşür. Şahin əli mürəkkəb qoxan təmiz vicdanlı bir insan cəmiyyət tərəfindən öz qatilinə çevrilir. Bütün həyata insanlığa yalnız nifrət bəsləyir. O tanrıya səslənərək nə üçün dünyanı sevgi üzərində yaradıb xəyanət üzərində dağıtdığı üçün üsyan edir. Hətta müasir dövrlə də əlaqələndirərək müharibələrə, günahsız insanların ölümünə qarşı çıxıraq deyir:
"Məni yenidən yarat ki, dünyanı təzədən qurum, lakin icazə verməyim ki, müharibələr olsun. Üsyanlar qalxsın, silahlar atılsın, bombalar partlasın. İmkan verməyim ki, atalar sinəsindən vurulsun, körpələrin gözü yaşlı qalsın. İmkan verməyim ki, qız, gəlinlər həsrət çəksin. İcazə verməyim analar saçlarını yolsun və bağrına daş basıb oğul yolunu gözləsin.
Məni yenidən yarat.... Ey tanrım, eşidirsən, ya məni bilmərrə öldür, ya da yenidən yarat."
Xəbər lenti
Hamısına baxSiyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00

