İlk tramvay...
09.01.2024 [16:23]
M.BAYRAMLI
Tarix: 1924-cü il... Bakı şəhərində fəaliyyət göstərən əsas ictimai nəqliyyat növündən biri idi. 80 illik tarixdə Bakı sakinlərinin yaddaşında silinməz izlər qoydu. Söhbət təbii ki, Bakı tramvayından gedir.
Tarixinə bir nəzər....
Tarixi qaynaqlara görə, XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ictimai nəqliyyat növünün inklişafına tələbat yaranmışdı. 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda "konka" (polad rels xəttiylə işləyən fayton) tikilmişdi. Lakin nə faytonlar, nə də konka neft paytaxtının tələbatını ödəyirdi. 1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif gəldi. Bu təklifin reallaşması 20 il ləngidi. Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bildi. Şəhərdə tramvay xətlərinin tikintisinə başlandı. Əvvəl lazımi vəsait olmadığından, relslər Rusiyanın bir neçə zavodunda sifariş olundu. Şəhərdə ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi.
İlk gediş pulsuz idi
Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. Xatirələrində yazır ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib. Əgər 1920-ci ildə "konka" 9,9 milyon sərnişin aparırdısa, 1925–26-cı ildə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyırdı. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində funikulyor fəaliyyətə başladı. 1966-cı ildə ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı.
Bakı tramvayı filmdə
Bakıda tramvay yolunun salınması və yolun açılışı qısametrajlı sənədli filmi 1924-cü ildə AFKİdə istehsal edildi. Filmdə Bakıda ilk dəfə tramvay yolunun çəkilməsi, bu işdə Bakı zəhmətkeşlərinin fəal iştirakı və tramvay xəttinin təntənəli açılışı öz əksini tapdı.
Yenidən qayıdır...
Yeri gəlmişkən qeyd edək ki, Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Xəbər lenti
Hamısına baxAnalitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34

