Azərbaycanın ilk Karmeni niyə zorla diləndirildi?
26.12.2023 [16:02]
M.BAYRAMLI
O, Azərbaycanın ilk Karmeni idi. 1946-cı ildə Opera Teatrında "Karmen"i Azərbaycan dilində oxuyan yeganə şəxs oldu. Sanki bu rol üçün yaranmışdı. İnsanı heyran edən ahəngdar səsi, gözəl xarici görkəmi sanki ona təbiət tərəfindən bu rolu ifa etmək üçün bəxş edilmişdi... Söhbət məşhur opera müğənnimiz Fatma Muxtarovadan gedir.
Onun həyat və yaradıcılığına bir nəzər salaq. Fatma Abbas qızı Rzayeva 26 fevral 1893-cü ildə Urmiya şəhərində anadan olub. Fatma xanımın uşaqlığı çox çətin keçib. Atasının ölümündən sonra bütün dünyası başına yıxılır. Anasının ikinci dəfə ailə qurması onun həyatını alt-üst edir. Bununla da onun həyatının acınacaqlı günləri başlayır. Ögey ata əlində böyüyür. Atalığı Səttar Muxtarov qəpik-quruş qazanması üçün tez-tez azyaşlını qazanc dalınca göndərir. Şaxtalı qış günündə onu küçəyə itələyib pulsuz geri qayıtmamağı tapşırır. Balaca Fatma əl açıb dilənmək əvəzinə, həyətlərin birində atalı günlərini xatırlayıb oxumağa başlayır. Dərhal pəncərələr açılır. Adamlar cır-cındır geyimli qıza maraqla baxır, gümüş və ağ pullar atmağa başlayırlar. Beləcə, sənətkarın “ilk konsert”i baş tutur. Bir qədər pul topladıqdan sonra özünə şarmanka – "katerinka" alıb. Elə buna görə də şarmançı Fatma Muxtarovanı Katya Muxtarova deyə çağırmağa başlayırlar. Artıq 12 yaşında Fatma Muxtarova şarmanka ilə küçələrdə mahnılar oxuyur pul qazanır.
İfaçılığa böyük həvəsi yaranır. Musiqi təhsili almaq üçün konservatoriyaya müraciət edir, lakin gözlədiyi cavabı ala bilmir. İsti-soyuq demədən oxuyan Fatma xanımın səsi xırıldadığı üçün konservatoriyanın professorları Fatmadan bir şey çıxmayacağını deyərək, onu öyrətməkdən imtina edirlər. Təkcə professor M.Medvedyev qızla məşğul olmağı öhdəsinə götürür. Maddi çətinliklər yaşayan Fatma tələbə olduğu müddətdə qazanc dalınca qastrollara gedir. Onun konsertinə Müslüm Maqomayev və Hüseynqulu Sarabski kimi şəxsiyyətlər diqqət yetirir. Müğənninin istedadını duyan H.Sarabski onu Bakı mesenatı – Murtuza Muxtarov və onun xanımı Liza ilə tanış edir. Bu görüşdən sonra M. Muxtarov Fatma xanımın təhsilini davam etdirməsi üçün hər ay təqaüd göndərir.
F.Muxtarova Saratov konservatoriyasını yüksək nəticələrlə bitirir. Daha sonra ailə həyatı qurur və Moskvaya köçür. Orada məşhur rus müğənnisi Şalyapinlə görüşmək imkanı əldə edir. Daha sonra V.Serovun "Yudif" operasında Oloferni partiyasını ifa etmək tapşırılır. Fatmanın peşəkar müğənni kimi opera səhnəsində ilk çıxışı belə olur. Nəticədə yaradıcılıq fəaliyyətində dönüş nöqtəsi baş verir. Bu tamaşadan sonra Fatma xanım Rusiya və Qərbi Avropa operalarında müxtəlif partiyaları ifa edərək, 1917-ci ilə qədər teatrda işləyir.
"Qaratoxmaq qadın" operasından Polinanın partiyası, "Mazepa" operasından Lyubovun partiyası, "Çereviçki" operasından Saloxanın partiyası, "Qar qızı" operasından Baharın partiyası, "Faust" operasından Zibelin partiyasını ifa etsə də, müğənninin yaradıcılığında "Karmen" obrazı xüsusi yer tuturdu. Bütün varlığı ilə oynadığı Karmen rolu Fatma xanımı əlçatmaz yüksəkliklərə qaldırdı.
Sonralar Muxtarova bir çox mükafatlara, o cümlədən, Azərbaycan SSR xalq artisti fəxri adına layiq görüldü. Fatma xanım teatrdan ayrılandan sonra ömrünün 19 ilini sakit, səssiz sənəti ilə bağlı sənədləri, fotoları toplamaqla yaşadı. Ömrünün son günlərində evdən bayıra çıxmırdı. "İstəmirəm qocalığımı görsünlər. İstəyirəm, məni həmişə gözəl Fatma kimi xatırlasınlar", - deyirdi...
Sənətkar 19 oktyabr 1972-ci ildə vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25

