Hisslərin sözsüz ifadəsi
26.05.2023 [16:49]
Şahanə XANKİŞİYEVA
Bəzən bir fikri ifadə etmək üçün sözlər yerinə müəyyən işarələr istifadə etmək kifayətdir. Bu kimi simvollar, rəmzlər keçmişdən bu günə qədər hələ də istifadə olunur. Bəzən gündəlik həyatımızda yol hərəkət qaydalarında, bəzi qablaşdırmaların üzərində, bəzən də jestlərdə görə bilərik.
Bunlardan bəzilərini isə ən güclü hisslərimizi ifadə etmək üçün istifadə edirik. O halda ki, simvollar dilə gətirmədiyimiz sözləri əvəzləməkdə bizə kömək edir. Bəs, bu simvolların haradan yarandığını düşünmüsünüzmü? Ümumiyyətlə, onları düzgün yerdə istifadə edirikmi?
Məsələn, hamının bildiyi ürək işarəsi. Hər kəs bilir ki, əsl ürəklə ürək işarəsi arasında bənzərlik yoxdur. Lakin onun yaranması barədə bir sıra fərziyələr mövcuddur. Bu fərziyələrdən biri də qu quşları ilə bağlıdır. Bir-birinə doğru üzən qu quşları toxunma anında ürək formasını yaradır. Bir sıra xalqların mədəniyyətində bu quşlar sevgi, sədaqət və bağlılıq simvollarıdır. Belə ki, formalaşan cütlük ömür boyu birlikdə qalır.
Bluetooth
X əsrdə Danimarkanı idarə edən kral Harald Blatand tayfaları birləşdirən vahid krallıq yaradıb. Haralda “göydişli” ləqəbi də qoyulub. Belə ki, o, qaragilə yeməyi həddindən artıq çox sevib və onun ən azı bir dişi həmişə göy rəngdə olub.
Bluetooth texnologiyası (ingilis dilindən “göy diş”) bir neçə qurğuların eyni şəbəkədə birləşdirmək üçün nəzərdə tutulub. Texnologiyanın simvolu isə 2 hərfin birləşməsindən ibarətdir: “haqal” – latınca analoqu “H” və “berkana” – latınca analoqu “B”. Bu isə Harald Blatandın inisialına uyğundur. Yeri gəlmişkən, ilk olaraq qurğu göy rəngdə olub və dişi xatırladıb.
Tibb simvolu
Çox az sayda insan bilir ki, qanadlarla və iki ilanla əl ağacını təsvir edən tibb simvolu əslində səhvdir. Əfsanəyə görə, Hermesin məhz bu cür görünən sehirli əsası olub. Bu əsa istənilən mübahisəni yatırmaq və düşmənləri barışdırmaq gücünə malik olub. Lakin tibbə bunun heç bir aidiyyatı yoxdur. Məsələ ondadır ki, təxminən 100 il əvvəl ABŞ-dan olan hərbi həkimlər bu əsanı Asklepiyin əsası ilə səhv salıblar. Qədim Yunanıstanda şəfa və tibb allahı olan Asklepiyin əsasında qanad olmayıb və yalnızca bir ilan olub. Bu səhvin nəticəsində simvol indi də tibbi sirr simvolu kimi istifadə olunur.
Bundan başqa heyvanların simvolik məna daşıması da bizə məlumdur. Məsələn, göyərçin sülhü, it sədaqəti, pişik nankorluğu, şir gücü təmsili təmsil edir.
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45

