Jurnalist idi, kraliça oldu
02.03.2023 [11:36]
Nağıl kimi həyat...
MÜŞFİQƏ
Gələcəkdə kraliça olacağı yatsa, yuxusuna belə gəlməzdi. Amma indi o, Avropanın ən gənc kraliçasıdır. Jurnalist kimi fəaliyyətini davam etdirərkən təsadüfən kraliça olan qadının həyatından söhbət açacağıq...
Qəhrəmanımız sadə bir ailədə dünyaya gəlmişdi. Atası jurnalist, anası isə tibb bacısı idi. Böyüdükcə atasının yolundan getməyə və jurnalist olmağa qərar vermişdi. Təhsilini başa vurduqdan sonra öz ölkəsinin və xarici ölkələrin bir sıra nüfuzlu media agentliklərində çalışdı. Dünyada baş verən ən mühüm hadisələrə işıq tutdu. Ölkəsində ən əsas jurnalistlər sırasında öz yerini almağı bacardı. Bu ərəfədə tanış olduğu yazıçı ilə ailə qursa da, evliliyi uzun sürmədi. Sevgiləri dillərə düşməsə də, kitaba düşdü. Keçmiş həyat yoldaşı onun sevgisindən bəhs edən əsər yazdı.
Jurnalist arzularını həyata keçirərkən təsadüfən kraliça oldu
Təqvimlərin vərəqi 2002-ci ili göstərirdi. Qadın hələ də İspaniya televiziya kanallarından birində işləyirdi. Həyatının necə dəyişəcəyi barədə fikri belə yox idi. TVE-də xəbəri təqdim edərkən İspaniya kralı Filipp ekranda Letisiyanı gördü və ona aşiq oldu. Kral jurnalist yoldaşlarından onları tanış etmələrini istədi. Nağıl kimi sevgi hekayəsi beləcə başladı...
Kral ailəsində 97 ildən sonra ilk dəfə İspaniyadan gəlin seçilməsinə mətbuat xüsusi diqqət çəkmişdi. “El Pais”, “El Mundo” və “La Vanguardia” qəzetləri “İlin ən böyük xəbəri”, “Kral Filipp uğurlu seçim etdi” kimi başlıqlarla evliliklə bağlı xəbəri paylaşdı. Letisiyanın evli olub boşanması və zadəgan ailədən çıxmaması bir sıra problemlər yaratsa da, onların sevgiləri bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı və bütün stereotipləri yıxdı. 2002-ci ildə nişanlanan cütlüyün nişanlılıq müddəti bir il çəkdi. Uzun illər kral ailəsində çalışan yazıçı və jurnalist Pilar Urbano müsahibələrinin birində bunun səbəbini belə açıqlayır: “Letisiya Kraliçanın istəyi ilə nişanlı olduqları müddətdə sarayda yaşadı. Burada olarkən bəzi protokol qaydalarını öyrəndi. Çünki hansı ailəyə daxil olduğunu və necə bir həyat yaşayacağını bilməliydi”.
Ən nəhayət, 2004-cü ilin mayın 22-də möhtəşəm bir mərasimlə evləndilər. Madriddə evlənən ilk kral ailəsi olduğu üçün bu toy xüsusi əhəmiyyət kəsb edirdi. Toyda 30 ölkənin dövlət və hökumət başçıları, eləcə də dünyanın hər yerindən 40 kral ailəsinin üzvləri iştirak etdi. İspaniyanın dövlət televiziyası TVE tərəfindən canlı yayımlanan mərasim 1 milyard insan tərəfindən izləndi. Həm ictimaiyyət, həm də kral ailəsi təkcə gözəlliyi ilə deyil, həm də zərifliyi ilə seçilən gəlini çox sevdi. Filippin atası tezliklə taxt-tacı oğluna həvalə etdi və beləliklə, keçmiş xəbər aparıcısı Letisiyaya Kraliça titulu verildi.
Xüsusilə də stili və şık tərzi ilə bütün dünyada kral qadınları arasında ən dəbli qadınlardan biri olmağı bacardı. Artıq hər kəs onun kimi geyinməyə, onun kimi görünməyə çalışır. Bu gün 51 yaşlı, iki uşaq anası olan Ülyahəzrət illərə meydan oxuyan xarici görünüşü ilə hələ də özündən söz etdirməyi bacarır.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01

