Son 20 ildə dünya okeanı iki dəfə çox istiləşib
05.06.2024 [12:47]
UNESCO-nin yeni hesabatında bildirilir ki, dünya okeanının istiləşməsi son 20 ildə iki dəfə, dəniz səviyyəsinin qalxması tempi də axırıncı 30 ildə bir o qədər artıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, 30-a yaxın ölkədən 100-dən çox alimin töhfələri ilə UNESCO-nun İslandiyanın dəstəyi ilə nəşr etdiyi “Okeanın vəziyyəti - 2024” hesabatı dünya okeanının üzləşdiyi təhdidlərlə bağlı həyəcanverici yeni məlumatları ortaya qoyur. Bu hərtərəfli qiymətləndirmə okeanların istiləşməsi, dəniz səviyyəsinin yüksəlməsi, çirklənmə, turşulaşma, oksigenin azalması, mavi karbon və biomüxtəliflik daxil olmaqla, bir sıra problemlərin sübuta əsaslanan icmalını təqdim edir.
Hesabatda qeyd olunur ki, atmosfer temperaturu dəyişməyə meyilli olsa da, okean davamlı olaraq istiləşir. Belə ki, hazırda okean iyirmi il əvvəlkindən iki dəfə daha çox istiləşib və 2023-cü ildə 1950-ci illərdən bəri ən yüksək artım müşahidə olunur. Paris Sazişi qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcə Selsindən aşağı saxlamağı vəd etsə də, okeanların temperaturu artıq orta hesabla 1,45 dərəcə Selsi artıb, Aralıq dənizi, Tropik Atlantik okeanı və cənub okeanlarında aydın qaynar nöqtələr isə 2 dərəcə Selsidən də yuxarıdır.
UNESCO diqqətə çatdırıb ki, bu istiləşmənin dramatik nəticələrindən biri bütün dünyada dəniz səviyyəsinin qalxmasıdır. Okean atmosferə buraxılan artıq istiliyin 90 faizini udur və su qızdıqca onun akvatoriyası genişlənir. Okeanların istiləşməsi hazırda dəniz səviyyəsinin qlobal yüksəlişinin 40 faizini təşkil edir və son 30 ildə yüksəlmə sürəti iki dəfə artaraq 9 santimetrə çatıb.
Hesabatda göstərilir ki, 1960-cı illərdən bəri okeanlar temperaturun qalxması və çirklənmə, o cümlədən çirkab suları və kənd təsərrüfatı axıntıları səbəbindən oksigeninin 2 faizini itirib. Sahil əraziləri xüsusilə təsirlənir, heyvan və bitki növlərinin nəfəs alması getdikcə çətinləşir, azalan oksigen səbəbindən demək olar ki, heç bir dəniz həyatının qalmadığı təxminən 500 “ölü zona” müəyyən edilib.
Alimlər bildirir ki, artan turşuluq da narahatlıq üçün əsas səbəbdir: okean mədən yanacağı emissiyalarının 25-30 faizini udur və karbon qazının həddən artıq çoxluğu onun özünün kimyəvi tərkibini yenidən formalaşdırır. Belə ki, sənayedən əvvəlki dövrlərdən bəri okeanların turşuluğu 30 faiz artıb və 2100-cü ilə qədər 170 faizə çatacaq.
UNESCO-nun əldə etdiyi məlumatlar bir daha göstərir ki, ən çox mənfi təsirə sahilyanı növlər məruz qalır; açıq dənizlər durmadan turşulaşsa da, sahil suları dramatik mənzərə alır, heyvanların və bitkilərin gənc nəsilləri kütləvi şəkildə tələf olurlar. Manqrovlar, dəniz otu düzənlikləri, gelgit bataqlıqları daxil olmaqla dəniz yaşıllıqları qurudakı meşələrə nisbətən 5 dəfəyə qədər daha çox karbon udmaq qabiliyyətinə malikdir. Onlar biomüxtəliflik üçün həyati əhəmiyyətli limanlar olmaqla yanaşı, qlobal istiləşməyə qarşı ən yaxşı sipərlərdən birini təmsil edirlər. Bununla belə, UNESCO bildirir ki, ölkələrin təxminən 60 faizi hələ də dənizlərin yaşıl dibinin bərpası və mühafizəsini öz milli mühafizə planlarına daxil etmir.
UNESCO 2021-ci ildən 2030-cu ilədək Davamlı İnkişaf naminə Birləşmiş Millətlər Təşkilatının Okean Elmi Onilliyinə rəhbərlik edir. Onilliyin başlanğıcından bəri dünyanın bütün regionlarında 500-dən çox layihəyə start verilib və vəziyyətin yaxşılaşdırılması üçün 1 milyard dollardan çox vəsait səfərbər edilib. Təşkilat, həmçinin 230-dan çox dəniz biosfer qoruğu və Ümumdünya İrs Siyahısına daxil edilmiş 50-dən çox dəniz obyekti vasitəsilə mühüm biomüxtəlifliyə ev sahibliyi edən unikal okean ərazilərinin mühafizəçisidir.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

