Xalqımızın milli bayramı!
20.03.2024 [10:50]
Milli ruhumuzu yaşadan Novruz adət-ənənələri...
Yeganə BAYRAMOVA
Bu gün xalqımızın ən qədim və əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Hər dəfə bu bayram öz gəlişi ilə evlərimizdə tamam başqa bir ab-hava yaradır. Hətta dünyanın yaranışını belə ilk yaz günü ilə bağlayan bu bayram xalqımız üçün doğma və qiymətlidir. Ölkəmizdə hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə assosasiya olunur. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bayram ritualları isə insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub.
Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir ümumxalq bayramı təsəvvür etmək çətindir. Tarixi min illərlə ölçülən, özündə milli adətlərimizi yaşadan Novruz bütövlükdə, türk dünyasına xas bayram olsa da, Azərbaycanda daha möhtəşəm və keçmişə söykənən ənənələri ilə keçirilir. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, Krım türklərinin Nevrez adlandırdıqları bu bayram bir çox ölkələrdə də geniş qeyd olunur.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən folklorşünas-alim, professor Məhəmməd Məmmədov bildirib ki, Novruzla bağlı məlumatlara qədim və orta əsrlərə aid bir çox yazılı qaynaqlarda rast gəlmək olar. Amma əsaslı araşdırmalar 19-cu əsrdən başlanır. Professorun sözlərinə görə, bu araşdırmalarda Novruzun genezisi və tipologiyası ilə bağlı mülahizələr geniş yer tutur: “Məşhur şərqşünas Aleksandr Xodzko Novruzun hələ Zərdüşt dövründən bayram edildiyini yazır. Qərb şərqşünası A.Metsin “Müsəlman intibahı” kitabında isə belə bir qeyd var: “Müsəlman ruhaniləri nə qədər çalışdılarsa, Novruz bayramını nə qadağan etməyə, nə də ona dini don geydirməyə müvəffəq olmadılar. Xalq kütlələri bahar bayramı olan Novruzun qeyri-dini, azad xarakterini qoruyub saxladılar” M.Məmmədov Novruz adətlərinin azərbaycançılıq hissinin aşılanmasında oynadığı roldan bəhs edərək qeyd edib: “Xalq özünün həyat, sağlamlıq, təmizlik, əmək vərdişi ilə bağlı bir çox ayin, etiqad və mərasimini Novruzla bağlayıb, beləliklə də onların el içərisində geniş yayılmasına və kütləviləşməsinə nail olub. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayramda hamı özünə təzə paltar alar, təzə paltar tikdirər, qız-gəlinlər təzə çəkmə, qırmızı don geydirərdilər.
Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü-humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Bu nümunələrdə xalq gigiyenasının əhəmiyyəti, onun təbliği, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək və s. kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunub”.
Folklorşünas qeyd edib ki, Novruz adətlərinin Azərbaycan xalqı içərisində uzun zamandan bəri davam edib gəlməsinin səbəbi hər şeydən əvvəl onun təsərrüfatla bağlı, xalqın əmək və məişəti ilə əlaqədar olmasıdır: “Qədim Azərbaycanda yeni il baharın ilk günündən başlayırdı. Novruz bayramı, eyni zamanda, dostluq, xeyirxahlıq və mehribanlıq bayramıdır.
Mübaliğəsiz demək olar ki, Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, adət-ənənələrimizin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır”.
Alimin sözlərinə görə, hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür: “Müəyyən illərdə Novruzun keçirilməsinə qadağalar qoyulsa belə, xalqımız bu bayramı qəlblərində yaşadıb və özlərindən sonrakı nəslə layiqincə ötürməyi bacarıblar. Bu baxımdan ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələni də xüsusi qeyd etmək olar. Belə ki, məhz Heydər Əliyevin xidmətləri sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32

