Yeni əməkdaşlıq modeli yaradılır...
16.03.2024 [10:46]
Yeganə BAYRAMOVA
Məlum olduğu kimi, martın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentləri arasında “Anlaşma Memorandumu”, “Protokol”, “Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş” imzalandı.
Qazaxıstan prezidentinin ölkəmizə səfəri və imzalanmış sənədlər bunu deməyə əsas verir ki, hər iki ölkə münasibətlərdəki hazırkı inkişaf tempini daha da yüksəltməkdə və mövcud potensialdan maksimum yararlanmaqda israrlıdırlar. Qazaxıstan dost ölkə olaraq Qarabağın bərpasına da töhfələrini verir. Xatırladaq ki, 2022-ci ilin avqust ayında Qazaxıstan Prezidentinin Bakıya səfəri zamanı hədiyyə olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini bildirmişdi. Artıq Füzuli şəhərində həmin Mərkəzi tikilib və açılış mərasimi baş tutub. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan və Qazaxıstan SSRİ-nin dağılmasından sonra təkcə dostluğu qoruyub saxlamayıb, həm də ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olublar: “Əlaqələrin möhkəmlənməsi istiqamətində ilk addımı şübhəsiz ki, Ulu Öndər atmışdı. Bu da sonrakı dövrlərdə iki qardaş xalq arasında münasibətlərin inkişafında müstəsna rol oynayıb. Bu siyasətin nəticəsi olaraq hər iki ölkə bu gün regional inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edir, inkişaf paradiqmalarını uğurla tənzimləyir, qlobal uğura töhfəsini verir. Bununla yanaşı, hər iki ölkə regionda əsas inteqrator rolunda çıxış edir, yüklərin Çindən Avropaya və geriyə daşınmasında uğurlu fəaliyyət göstərirlər. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində sıx qarşılıqlı, faydalı əlaqələr bunun sübutudur. Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının Abşeron stansiyasına gəlməsi iqtisadi nailiyyət kimi tarixə yazıldı. Prezident İlham Əliyevin dediyi kimi bu hadisə TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsinin, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir”.
Politoloq qeyd edib ki, hazırda Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səyləri nəticəsində bu əlaqələr daha da dərinləşərək strateji əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib: “Azərbaycan və Qazaxıstan ikitərəfli, o cümlədən çoxtərəfli əlaqələr formatında, həmçinin beynəlxalq platformalarda sübut ediblər ki, ölkələr arasındakı əlaqələr təkcə regionumuzda sülhə və sabitliyə kömək etmir, həm də qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq nümunəsidir. Hər iki dövlət bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsinə və xalqlarımızın daha da yaxınlaşmasına inanır.
Sevindirici haldır ki, ölkələrimiz arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Aydındır ki, mədəni mübadilə və sıx əlaqə iki xalq arasında qarşılıqlı anlaşmada mühüm rol oynayır. Xalqlarımız arasında münasibətlər dilin, mədəniyyətin oxşarlığına, dinlərin birliyinə, tarixi köklərə və coğrafi yaxınlığa əsaslanır. Ölkələrimiz arasında vaxtaşırı mədəniyyət günləri, dəyirmi masalar, beynəlxalq konfranslar, təqdimatlar, sərgilər və yaradıcılıq görüşlərinin keçirilməsi münasibətlərin doğmalaşmasına, əlaqələrimizin daha da inkişafına geniş imkanlar açıb.
Xalqımız 44 günlük Vətən müharibəsində Qazaxıstanın rolunu və sərgilədiyi mövqeyini heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Dünən haqq savaşımızda ölkəmizin yanında olan Qazaxıstan bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verir.
Prezident Kasım-Jomart Tokayevin işğaldan azad olunmuş tarixi yurd yerlərimizə səfər etməsi Qazaxıstan dövlətinin işğal dönəmində ölkəmizin ərazi bütövlüyünü tanımasının siyasi yekunu olaraq qardaşlığın, birliyin və Azərbaycana olan sevgisinin ifadəsi kimi yadda qaldı.
Kasım-Jomart Tokayevin Azərbaycana səfəri ölkələrimizin münasibətlərində keyfiyyətcə yeni səhifənin açılmasına şərait yaradacaq. Sirr deyil ki, liderlər arasında şəxsi münasibətlər və təmaslar ikitərəfli əməkdaşlığın inkişaf dinamikasına və möhkəmlənməsinə müsbət təsir göstərir. Bu kontekstdə demək olar ki, Tokayevin Azərbaycana səfəri dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi üçün yeni konturların müəyyənləşdirilməsi istiqamətində mühüm addım olacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41

