İnternet provayderlərimizin sayı artdı!
28.02.2024 [10:50]
İKT ölkəmizdə inkişaf edən sahələrdən biridir...
Məlumdur ki, son dövrlər yeni texnologiyaların yaranması həyatımızı dəyişib. Demək olar ki, hər gün yeni texnologiyaların sayı durmadan artmaqdadır. İnternet texnologiyasının həyatımızda oynadığı rol çox böyükdür. Əhalinin önəmli bir hissəsi internetin daimi istifadəçisidir. Amma demək olar ki, onun haqqında müfəssəl informasiyaya malik olan insanlar azdır. Bunun isə bir çox səbəbi var.
İnternet elə bir məkandır ki, daim genişlənir, inkişaf edir və hər an yenilənir. Heç kəs bu informasiya bolluğunda yüksək sürətlə inkişaf edən bir virtual aləm haqqında bütün informasiyalara malik ola bilməz.
Provayder nədir?
Etiraf edək ki, yeni texnologiya özü ilə çoxlu sayda ingilis sözləri gətirib. Belə sözlərdən biri də “provayder”, yəni təchiz edən anlamını verən informasiya-kommunikasiya texnologiyasına (İKT) aid qurğudur. Provayder - hər bir ölkənin vətəndaşlarını ümumilikdə hüquqi və fiziki şəxsləri internetə girişlə təmin edən və onunla əlaqədar digər zəruri kompleks xidmətlər göstərən təşkilatdır.
İnternet provayderləri müxtəlif səviyyələrdə fəaliyyət göstərirlər. Ona görə də onlar müxtəlif qruplara bölünürlər: birinci qrupa məxsusi kanalı olan provayderlər, ikinci qrupa birinci qrupdan icarəyə kanal alanlar, üçünçü isə ikinci qrupdan icarəyə kanal götürənlər daxildir.
İnternet provayderlər əsasən ayrılmış xətlə birləşmə, kommutasiya yolu ilə birləşmə, e-poçt və yeniliklər, internetdə veb-səhifənin yerləşdirilməsi, domen adları qeydiyyatı kimi xidmətlər təqdim edir. Onların əlavə xidmətləri sırasına isə İnternet-telefon, informasiya təhlükəsizliyi, zəmanətli keyfiyyət servisi, virtual xüsusi şəbəkələr, müxtəlif maliyyə və informasiya sisteminə girişin təmini, provayderin və xidmətin dinamik seçilmə imkanı daxildir.
Provayderlərimizin sayı 157 oldu
Ölkəmizdə çoxsaylı provayder var. Yeri gəlmişkən, son məlumatlara görə, Azərbaycanda uçota alınan operator və internet provayderlərinin sayı 157-yə çatıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.
Bildirilir ki, İKTA internetin təkrar satışı xidmətini göstərən “Robonet”, “Setnet” və “Smart Office” MMC-ləri, həmçinin Naxçıvanda ADSL, GPON, ETTH, Hostinq və digər internet xidmətləri göstərən Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzini (Naxinternet) uçota alıb.
Xatırladaq ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
İKT sahəsində ciddi addımlar atılıb
Mövzu barədə “Yeni Azərbaycan”a danışan İKT üzrə mütəxəssis Fərid Kazımov bildirib ki, müasir dövrümüzdə İKT-nın təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir: “Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər bu kimi amillərdir. Artıq dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz, o cümlədən internetsiz təsəvvür etmək qeyri-mümkündür.
Təqdirəlayiq haldır ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir. Ölkəmizdə son illərdə İKT sahəsində ciddi addımlar atılıb, bu istiqamət dövlət siyasətinin əsas prioritetlərindən biri elan edilib. Elə buna görə də hazırda İKT sektoru ölkəmizdə ən dinamik inkişaf edən sahələrdən biridir”.
2025-ci ilə qədər...
Ekspert qeyd edib ki, Azərbaycanda həyata keçirilmiş bir sıra layihələr, təkcə şəbəkə texnologiyaların deyil, həmçinin
İKT-nin digər sahələrinin inkişafına da böyük təkan verir: “Ölkəmizdə uçota alınan operator və internet provayderlərinin sayının artması təbii ki, təqdirəlayiq haldır. Fikrimcə, internet artıq əlavə xidmət sahəsi deyil, vacib kommunal sahələr sırasına daxildir. Dünya Bankının həyata keçirdiyi tvinninq layihəsi çərçivəsində də bildirilmişdi ki, artıq dünyada internetə zəruri olan kommunal predmet kimi baxırlar. Qlobal iqtisadi zəncirin tərkib hissəsi olan Azərbaycan da bu istiqamətdə addımlar atır. Yəni əgər internet vacib faktordursa onun təchizat və istifadə qaydaları, şərtləri olmalıdır. Əslində dövlətimiz bu işlərə əvvəldən başlayıb. 2025-ci ilə qədər ölkədə 100 faizlik minimum 25 MB/S sürətli internetin olması planları açıqlanıb və layihənin icrası istiqamətində sürətli addımlar atılmaqdadır. Son göstəricilər də, yəni ölkəmizdə uçota alınan operator və internet provayderlərinin sayının artması uğurlu nəticələrdən xəbər verir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
14 Yanvar 13:27
İqtisadiyyat
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50

