Sözün gücü....
20.12.2023 [10:40]
İnformasiya müharibəsində qalibiyyətin əhəmiyyəti
Günel ABBASOVA
Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi ilə öz iradəsi və potensialını nümayiş etdirdi. Xalq Prezident İlham Əliyevin strateji baxışlarına güvənərək onun rəhbərliyi altında öz sözünü dedi, bütün dünyaya nümayiş etdirdi ki, heç bir halda torpaqlarının bir qarışından belə imtina etməyəcək. Həmin müddətdə Ermənistanın saxta təbliğat maşını artıq keçmişdə qalmış münaqişə vəziyyəti ilə bağlı həqiqətləri təhrif edirdi. Son illərdə ölkə Prezidenti bütün mötəbər tribunalardan Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaqla yanaşı, həm də qəbul etdirməyi də bacardı.
Məsələ ilə bağlı filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm müharibədən sonrakı dönəmdə Azərbaycan tərəfi öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün kütləvi kommunikasiya vasitələrindən, həmçinin mümkün olan bütün vasitələrdən maksimum istifadə etməkdə idi.
“Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, bu gün qlobal mediaya erməni lobbisinin təsir imkanları həddən artıq genişdir. 80-ci illərin ortalarından başlayaraq, onlar həmin beynəlxalq media qurumları vasitəsi ilə təəssüflər olsun ki, həm Azərbaycan əleyhinə, həm də Qarabağa qarşı müəyyən kampaniya qura bilmişdilər. Ermənilərin bizə qarşı apardığı əsas informasiya müharibəsi də məhz həqiqətlərimizin təhrif edilməsi, manipulyasiyalar və ümumiyyətlə, həm tarixi, həm müasir gerçəkliyi tamamən əks etdirməyən, onun əleyhinə olan informasiyalar yaratmaqdan ibarət idi. Lakin buna baxmayaraq, son illərdə bildiyimiz kimi digər media qurumlarında da bizimlə bağlı kifayət qədər informasiyalar gedir. Həqiqətləri əks etdirilən xəbərlər yer alır. Məsələn, elə 44 günlük Vətən müharibəsi ilə yanaşı, son bir ayda baş verən proseslər fonunda beynəlxalq mediada gedən kontentləti buna misal gətirə bilərik”,-deyə V.Zifəroğlu bildirib.
Müsahibimiz xüsusilə qeyd edib ki, Qərb mediasında kifayət qədər obyektiv informasiyalar olur. Müxtəlif televiziya kanallarında bununla əlaqədar müxtəlif verilişlər yayımlandı və ekspert rəyləri dinlənildi: “Bu sahədə əlbəttə ki, böyük işlər görülüb. Ancaq yenə də işlər davam etməlidir və qarşıda görməli olduğumuz işlər çoxdur. İndinin özündə də nə qədər “fake” xəbərlərdən, manipulyasiya edici xəbərlərdən istifadə edirlər. Buna da misal onu gətirə bilərik ki, yaxın keçmişdə yaşlı erməni qadına Azərbaycan polisi su verirdi. Həmin video görüntünü montaj edib ictimaiyyətə elə çatdırdılar ki, mövzudan tamamilə kənar qaldı. Tamamilə əks effekt verdi. Bunu da erməni tərəfi bütün kütləvi informasiya vasitələrində yanlış məlumat kimi yaymağa davam etdilər və çox ayıb bir davranış oldu”.
Vüqar Zifəroğlu sonda bildirib ki, ermənilərin “fake” və dezinformasiyalarının, manipulyasiyaedici xəbərlərinin qarışını almalıyıq. Baş verən proseslərlə bağlı doğru xəbərlərin yayılmasına şərait yaratmalıyıq: “Ermənilərin bu cür davranışlar sərgiləməsinə baxmayaraq, biz də öz mövqeyimizdən doğru xəbərləri dünya ictimaiyyətinə obyektiv və dəqiq çatdırmalıyıq”.
Milli Məclisin üzvü Tahir Rzayev qeyd edib ki, Vətən müharibəsinə qədər bizim qələbəmizin siyasi əsasları və elementləri artıq mövcud idi: “Azərbaycan onun ardınca da hərbi qələbə qazanaraq torpaqları işğaldan azad etdi. Təbii ki, bu vəziyyətdən beynəlxalq informasiya müstəvisində Ermənistanın təcavüzkar dövlət mahiyyətini, işğalçı dövlət olmasını dünyaya çatdırmaq vacib məsələlərdən biri idi. Bunu bizim tarixi qələbəmizi möhkəmləndirən element də hesab etmək olar.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev müharibə dövründə, elə ondan sonra da dünyanın ən mötəbər media orqanlarına müsahibələr verərək münaqişə vəziyyəti ilə bağlı həqiqətləri davamlı olaraq dünyaya çatdırırdı. Prezident müsahibələrində o qədər ciddi arqumentlərə istinad edirdi ki, onun söylədiklərini qəbul etməmək mümkün deyildi. Bu faktor Azərbaycanın informasiya mübarizəsində mövqelərini möhkəmləndirirdi. Azərbaycanın mühüm strateji addımlarından biri də ondan ibarət idi ki, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər Azərbay?anda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad olunmuş ərazilərə intensiv şəkildə səfərlər edirdilər. İnformasiya müharibəsində bu da çox mühüm rola malik idi. Yəni, dövlət başçısının atdığı hər addımında həm də informasiya müharibəsinin elementi var idi. Misal üçün, torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident dəfələrlə həmin ərazilərə səfərləri zamanı sükan arxasından erməni vandalizminin izlərini nümayiş etdirirdi. Təbii ki, Azərbaycan Prezidentinin hər bir səfəri, hər sözü dünya mediası tərəfindən yaxından izlənilir”, - deyə qeyd edib.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

