Dövlətin ali məqsədi...
23.09.2023 [11:40]
Vətəndaşlarımızın hüququ yüksək səviyyədə qorunur
Yeganə BAYRAMOVA
Dünyanın hər bir ölkəsində insan hüquq və azadlıqlarının qorunması dövlətin əsas təməl prinsiplərindən biri sayılır. Bu məsələdə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti subyektlərinin, o cümlədən siyasi partiyaların, vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Hər kəs ilk növbədə öz hüquqlarını öyənməli, bilməlidir. Dövlətimizin də qarşıya qoyduğu əsas məqsəd vətəndaşların maraq və mənafeyinin yüksək səviyyədə təmin olunmasıdır. Sivil, demokratik cəmiyyət quruculuğunda bu addımların atılması zəruridir.
Azərbaycan vətəndaşları siyasi sferada daim aktivliyi ilə seçilib. Son günlər də şahidi olduq ki, vətəndaşlarımız istənilən zaman dövlət, xalq üçün siyasi birlik nümayiş etdirməyə hazırdır. İstər 44 günlük Vətən müharibəsində, istərsə də dövlətimiz və xalqımız üçün vacib olan digər günlərdə bütün dünya buna şahid oldu.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, Azərbaycan müstəqillik əldə edəndən sonra yaranmış institutlar vasitəsilə insan hüquq və azadlıqlarının qorunması, təlqin edilməsi təşkil olunur. O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında ictimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunlar öz əksini tapıb: “1995-ci ildə qəbul edilən Konstitusiyamızda insan və vətəndaş hüquqlarının təmin edilməsi ali dəyər kimi qiymətləndirilib. Burada bir fəsil bütöv olaraq insan hüquq və azadlıqlarına, onun qorunmasının təmin edilməsinə həsr olunub. Konstitusiyanın 12-ci maddəsində dövlətin əsas ali məqsədinin insanların hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi olduğu göstərilir.
Eyni zamanda Azərbaycan Konstitutsiyasında insan hüquq və azadlıqları ilə bağlı ayrıca bölmələr var ki, bunlar da vətəndaşlarımızın hüquq və azadlıqlarının konstitutsion müdafiəsinə yönəlik müddəalardır. Həmin müddəaların Konstitutsiyada təsbit olunduğu vaxtdan Azərbaycanda insan və azadlıqlarına xüsusi diqqət var.
Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil, yəni Ombudsman institutu fəaliyyət göstərir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dünya birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Təbii olaraq sual oluna bilər ki, hüquqlarımızı necə müdafiə edə bilərik? Hüquqlarımızı bilmək üçün, ilk növbədə hüquq və vəzifələrimizi öyrənməli, bunlarla bağlı müəyyən bilgilərə sahib olmalıyıq. Bütün bunlar nəzərə alınaraq məktəblərdə, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan uşaq, yeniyetmə və gənclərimizə tədris olunan fənlər üzrə biliklər verilməklə yanaşı, onlara mütəmadi olaraq insan hüquqları barədə də ətraflı məlumatlar verilir, maarifləndirmə işləri aparılır”.
Hüquqşünas əlavə edib ki, bu gün Azərbaycanın inkişafına, dünyada artan nüfuzuna xələl gətirmək niyyətində olan qüvvələr var: “O qüvvələr insanların mədəni siyasətdən uzaqlaşması üçün var gücü ilə çalışırlar. Xaricdə oturub özlərini “jurnalist”, “bloqer” adlandıranların vasitəsilə Azərbaycan? qənim kəsilmiş qüvvələrin əlaltısına, Azərbaycana qarşı qüvvələrinin nökərinə çevrilənlər böhtan, şantaj kampaniyası ilə məşğul olurlar. Aydındır ki, bu, ilk növbədə Azərbaycanın artan nüfuzuna xələl gətirmək məqsədilə edilir. Eyni zamanda, belə qüvvələr çalışırdılar ki, siyasi mədəniyyət səviyyəsini tamamilə aşağı salsınlar. Elə həmin dairələr tərəfindən sosial şəbəkələr üzərində çox böyük anarxiya, xaos bu gün də hökm sürür. Bu da ümumi inkişafa təsir edən amildir. Digər tərəfdən, bəzi radikal dindarlar öz çirkin əməllərini Azərbaycanda həyata keçirmək üçün din pərdəsi arxasında gizlənərək siyasi mədəniyyət səviyyəsini aşağı salmağa cəhdlər edirlər. Bütün bunların fonunda biz cəmiyyət olaraq belə şər qüvvələri tamamilə təcrid etməliyik. Onların qarşısını yalnız həmrəyliyimiz, birliyimiz və ölkə başçısının ətrafında sıx birləşməklə almalıyıq. Belə olan halda Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının qorunması, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf daha da sürətlənəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

