Vətəndaş cəmiyyəti yolu ilə irəliləmək...
25.08.2023 [10:55]
QHT-lərin inkişafı dövlətin diqqət mərkəzində
Yeganə BAYRAMOVA
Demokratik cəmiyyətin formalaşmasında, ictimai maarifləndirmədə, qanunvericiliyin təşkilində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi dövlət tərəfindən həyata keçirilir. Hüquq dövlətin idarə olunmasında başlıca rol oynayır, eyni zamanda, dövlətin və vətəndaşların üzərinə qarşılıqlı məsuliyyət qoyur. Dövlət hüququn qoruyucusudur və vətəndaş cəmiyyətinin normal formalaşmasına məsuldur. İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətinin formalaşmasında hüququn rolunun önə çəkilməsi təsadüfi deyil.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu bir-birini tamamlayan və dövlətlə vətəndaş arasında daim vəhdətdə olan münasibətlər sistemidir. Ölkəmizdə vətəndaş cəmiyyəti və dövlət quruculuğu sahəsində qazanılan müsbət nəticələr barədə nüfuzlu beynəlxalq təşkilatların müsbət rəy bildirməsi heç də təsadüfi deyil. Əlbəttə, dövlətimizin əldə etdiyi bu nəticələr asan başa gəlməyib. Bu nəticələrin qazanılması üçün uzun illər ərzində həm ölkə daxilində, həm də xaricdə xeyli işlər görülüb. Azərbaycanın əleyhinə təbliğat aparan, dövlətimizi müxtəlif təxribatlarla nüfuzdan salmağa çalışan düşmənlərin müqavimətini qırmaq məqsədilə ciddi səylər göstərilib.
Vətəndaş cəmiyyəti güclüdürsə...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyətinin struktur elementləri içərisində qeyri-hökumət təşkilatları (QHT) mühüm yer tutur. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaranması dövlətimizin prioritet istiqaməti olub. R.Zeyni qeyd edib ki, Azərbaycan dövlətinin ən böyük işi hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulmasıdır: “İqtisadi cəhətdən dövlət inkişaf edə bilər, hərbi cəhətdən də dövlətin güclü olması vacibdir. Amma dövlətlərin gücü həm də vətəndaş cəmiyyətinin güclü olması ilə ölçülür. Vətəndaş cəmiyyəti güclüdürsə, bütün sahələrdə təsbit olunubsa, deməli, bu sektor öz işini günün tələbləri səviyyəsində quracaq”.
R.Zeyni vurğulayıb ki, vətəndaş cəmiyyətinin maddi-texniki bazasının yaranması, beynəlxalq standartlara uyğun hüquqi sənədlərin qəbul edilməsi vətəndaş cəmiyyətinin əsas göstəriciləridir: “Azərbaycanda bu istiqamətdə çox pozitiv inkişaf prosesləri gedib. 1997-ci ildə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı BMT ilə memorandum imzalanıb. 1999-cu ildə Milli QHT Forumu yaradılıb. 2000-ci ildə Milli QHT Forumunun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə “QHT-lər, ictimai birliklər və fondlar haqqında” qanun qəbul olunub. Bu proses ardıcıllıqla davam edir. Dövlət sektoru, özəl sektor və ictimai sektoru müqayisə eləsək, dövlət sektorunun əhəmiyyətli dərəcədə inkişaf etməsinin şahidi olarıq. Özəl sektorda da kifayət qədər inkişaf var”.
MQF rəhbəri bildirib ki, Azərbaycanın QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasıdır: “Sonrakı dövrlərdə müxtəlif qanunların qəbul edilməsi, ölkədə QHT hərəkatının daha geniş vüsət almasına imkan yaratdı. Qəbul edilən qanunlar vətəndaş cəmiyyətinin inkişafı üçün vacib bir platforma, qanunvericilik bazası yaratdı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir. Bu qanun QHT-lərin yaradılmasından başlayaraq, onların hakimiyyət orqanları ilə münasibətlərinə qədər, meydana gələ biləcək bir çox məsələləri tənzimləməyə çalışır. Həmçinin, qanun QHT-lərin fəaliyyəti, yenidən təşkili və ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsiplərini nizamlayır”.
Totalitar sistemdən demokratik cəmiyyətə keçid
R.Zeyni bildirib ki, müstəqillik illərindən sonra vətəndaş cəmiyyəti institutları, QHT-lər totalitar sistemdən demokratik cəmiyyətə keçid prosesinin, ictimai həyatın vacib institutlarından birinə çevriliblər: “Bu dövrdə müxtəlif sahələrdə fəaliyyət göstərən, cəmiyyətin bütün sektorlarına dərindən nüfuz edən ictimai birliklərdən və QHT-lərdən ibarət sektor formalaşıb. İllər ərzində davamlı təkamül və inkişaf prosesləri hazırda müxtəlif istiqamətlər üzrə QHT-lərin sabit qruplarının formalaşmasına gətirib çıxarıb”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09

