Böyük ideologiyanın banisi
10.08.2023 [10:53]
Cəmiyyətin həmrəylik və mənəvi birliyi uğrunda
Günel ABBAS
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan
Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin əziz xatirəsinə ehtiramın ən yüksək səviyyədə nümayiş olunması baxımından olduqca mühüm hadisədir.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər
Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq tariximizin səhifələrinə öz adını yazdı. Ümummilli Liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm” sözləri öz təsdiqini əməli işdə tapıb.
Milli Məclisin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderimizin xalqımız və dövlətimiz qarşısında göstərdiyi misilsiz xidmətlərə böyük ehtiramın nümunəsidir: “Ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana və onun inkişafına, tərəqqisinə həsr edib. Bu baxımdan, dövlətimizin başçısının bu Sərəncamı xalqımız tərəfindən çox yüksək dəyərləndirilir. Ulu Öndərin 100 illiyi tamam olur. Heydər Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxsiyyətdir. O, Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirib. 1991-ci ildə Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra burada dirçəlişə çalışdı və Naxçıvanın ermənilər tərəfindən işğal olunmasının qarşısını aldı. Biz Heydər Əliyevin hesabına Naxçıvanı əldə saxladıq, qonşu ölkələrdən - İrandan və Türkiyədən gələn yardım hesabına ayaqda qaldıq. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini davam etdirir. Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar ulu öndərin vəsiyyətini, arzusunu məhz Prezident İlham Əliyev həyata keçirdi”.
Deputat hesab edir ki, müstəqilliyimizin ilk illərində xalqımızın üzləşdiyi çətinliklər, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qalması bütün vətəndaşlarımıza yaxşı məlumdur. Belə bir ağır dönəmdə məhz xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər xalqımızı bütün bəlalardan xilas edib:
“Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil oldu. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ulu öndər Heydər Əliyevin xidmətləridir. Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.
Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərin həllinə yönəlmişdi. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir”.
Deputat Cavid Osmanov qeyd edib ki, Heydər Əliyev azərbaycançılığı sistem halına salan, həm Azərbaycan Respublikası vətəndaşları, həm də coğrafi siyasi sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız üçün vahid ideologiyaya çevirən dünya şöhrətli, görkəmli dövlət adamımızdır: “1993-cü ilin iyununda Azərbaycan ümumi böhrana düşüb müstəqil dövlətçiliyini itirmək, xaricdən dəstəklənən separatçılıqla bölünmək təhlükəsi qarşısında qalanda xalqın tələbi və Konstitusiyaya uyğun olaraq ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev azərbaycançılığın bütün cəmiyyətə hakim olmasından ötrü təbii vasitələrdən istifadə etdi”.
C.Osmanov xatırladıb ki, 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və orada bütün vətəndaşların bərabərliyi bir daha təsbit edildi: “Sonrakı illərdə Konstitusiya referendumu keçirilərkən şəxsiyyət vəsiqələrində milli mənsubiyyət çıxarıldı və vətəndaşlıq önə keçirildi. Hamı Azərbaycan Respublikasının vətəndaşı kimi yazıldı. Bu, böyük bir tarixi xidmət idi. Azərbaycançılıq tək dövlət, tək qüdrətli millət, tək Vətən və tək bayraq deməkdir. Azərbaycançılıq bütün Azərbaycan vətəndaşlarının, hamının bərabərliyi və birliyi deməkdir”.
“Heydər Əliyev daim deyirdi ki, “mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Azərbaycanlı ifadəsi bu gün ölkəmizdə yaşayan 10 milyondan çox vətəndaşın və xaricdə yaşayan 10 milyonlarla azərbaycanlını tək bayraq, tək dövlət, tək Vətən, tək torpaq altında birləşdirən bir ideologiyadır. Bu ideologiyada hamı bərabərdir, eynidir. Azərbaycançılıq güclü dövlət, qüdrətli millət deməkdir. Azərbaycançılıq ideologiyasının cəmiyyətimizə, dövlətimizə və bütün azərbaycanlılara verdiyi mühüm töfhələrdən biri 44 günlük müharibədə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında işğalçı Ermənistanın əzilməsi, qələbə qazanılması və ərazi bütövlüyümüzün təmin edilməsi oldu”, - vurğulayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideologiyasının təbliği - “Heydər Əliyev ili”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58

