Sivilizasiyanın tələbi: Gender bərabərliyi
26.05.2023 [10:59]
Müasir dövrümüzdə “gender bərabərliyi” mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən biri olan bu mövzu özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Məlumdur ki, gender bərabərliyi cəmiyyətdə daha çox qadınlara qahmar çıxmaq, onlara xüsusi diqqət göstərmək kimi xarakterizə edilir. Əslində, bunlar tamam fərqli anlayışlardır. Çünki sadalananlar hüquqi yox, etik müstəvidən yanaşmadır. Qadınların çox zaman haqlı narazılıqları, kişilərinsə idarəçilik iddiaları gender bərabərliyinin şərtlərinə əməl olunmamasına yol açır, nəticədə balans pozulur. Qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması sağlam ailə institutunun inkişafı üçün də mühüm addım sayıla bilər.
Əksər dünya ölkələrində bu sahədə bir çox qanunlar qəbul edilib. Hər hansı fiziki və cinsi özəlliyinə görə fərqlər qoyulmasına görə müəyyən addımlar atılıb, mühüm beynəlxalq sənədlər müəyyən edilib.
Azərbaycanda gender bərabərliyinin tarixi
Dünya praktikasına nəzər salsaq, Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ verən ilk dövlət olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur. Qadın hüquqları məsələsinin hələ İnqilab dövründə Olimpiya de Quj tərəfindən səsləndirilməsinə, qabaqcıl fikir adamlarının qadınlara cəmiyyətdə ikinci dərəcəli kimi baxılmasının radikal tənqidçiləri olmasına baxmayaraq, Fransa Avropada qadınlara seçki hüququ verən son ölkələr arasındadır.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub. Həmin dövr üçün ağlasığmaz olan addım həm də Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması prosesinin uzun və şərəfli tarixə malik olmasının göstəricisidir.
Müasir Azərbaycan: Müstəqillik dövründə qadınlar
Azərbaycan qadınları 20-ci əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Bütün bunların əksər hissəsi Sovet dövründə gerçəkləşsə də, bu nailiyyətlərin əsas hissəsi müstəqillik dövrünün payına düşür. Azərbaycan müstəqillik qazandıqdan, ölkədə sabitlik bərpa edildikdən sonra qadınların siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Bu prosesi daha da sürətləndirmək üçün bir sıra qanunlar qəbul edilib, tədbirlər planı həyata keçirilib və keçirilməkdədir.
Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur.
Müasir Azərbaycanda qadınlar bütün sahələrdə təmsil olunur???. Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, ədliyyə orqanlarında məsul vəzifə daşıyır.
Psixoloq Elnur Rüstəmov “Yeni Azərbaycan”a açıqlamasında gender bərabərliyi anlayışını lokallaşdırmağın əleyhinə olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, təkcə Azərbaycanla bağlı məsələ deyil, dövrün, sivilizasiyanın tələbidir: “Bəziləri gender bərabərliyini feminizmlə eyniləşdirir. Əslində sözügedən anlayışlar tamam fərqlidir. Feminizm qadın hüquqlarını önə çəkirsə, gender bərabərliyi bu ayırımçılığın əleyhinə çıxır, cinsindən asılı olmayaraq insanların eyni hüquqa malik olması düşüncəsini müdafiə edir”.
Psixoloqun fikrincə, ölkədə cinslərarası konfliktlər əsasən məişət müstəvisində aktualdır: “Əvvəllər kişi və qadın arasında əmək bölgüsü var idisə, indi bütün bunlar arxada qalıb. Texnologiyanın, eləcə də sivilizasiyanın inkişafı bu fərqi heçə endirib. Qadınlar daha aktiv, dinamik həyat tərzi sürürlər. Hazırda Azərbaycanda qadınlar bütün sahələrdə vəzifə sahibidirlər. Qadın millət vəkilləri, siyasətçilər, hərbçilər, eləcə də bir çox başqa qadın vəzifə sahibləri kifayət qədərdir. Düzdür, bizdə bu proses tam başa çatmayıb. Diqqət etsək görərik ki, konfliktlər, zorakılıqlar az deyil. Amma bir məsələ də var ki, bütün bunlar daha çox məişət müstəvisində cərəyan edir. Ailədaxili məsələlərdə bəzən kişilər qadının müstəqilliyini qəbul edə bilmir. Yaxud qadınlar 20 il əvvəl kişilərin hansısa məsələdə dominantlıqlarını normal sayırdılarsa, indi bunu qəbul etmirlər. Düşünürəm ki, zaman keçdikcə bu məsələlər öz həllini tapacaq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53

