Uşağın IQ-sunu necə öyrənmək olar?
16.07.2022 [10:18]
M.BAYRAMLI
İnsanlar arasında zəka səviyyəsi bir-birindən fərqlənir və bunun səbəbləri elm aləmində uzun zamandır müzakirə mövzusu olub. Belə ki, 130 IQ səviyyəsi üstün zəkaya işarədir. Dünyanın 2-3%-i bu cür zəkaya sahibdir. 145 IQ səviyyəsi isə dahilərə məxsusdur. IQ testi 1900-cü illərin əvvəllərində Binet-Simon tərəfindən tətbiq edilib.
Deyilənə görə, zəka genetik mirasdır və daha çox anadan övlada keçən prosesdir. Həmin üstün zəkalı uşaqlar bir neçə istiqamətdə yaşıdlarından daha öndə olurlar. Belə uşaqların fərqi əsasən 3 yaşından sonra ortaya çıxır. 5 yaşından sonra isə testlər vasitəsilə təsdiqlənir. Belə uşaqlardan biri də ingilis 3 yaşlı Ophella Morgan-Dewdir. Ophella IQ testindən 171 bal toplayıb. Bu nəticə ilə Albert Eynşteyn və Stefan Havkinqi geridə qoyub. Uşağın anasının sözlərinə görə, ilk kəlməsini 8 ayında deyən qızcığaz daha sonra rəqəmləri, hərfləri də sürətlə öyrənib və kitab oxumağa başlayıb. Ophella hətta 1 yaşından əvvəl yaşananları belə dəqiqliklə xatırlaya bilir.
Ən yüksək nəticəni isə Cənubi Koreyadan Kim Unq Yen göstərib. Onun IQ səviyyəsi 210-a bərabərdir və bu, özlüyündə dünya rekordu hesab edilir. Kim 1963-cü ildə Seulda anadan olub və inanılmaz dərəcədə genişmiqyaslı intellektə sahibdir. 6 aylığında danışmağa başlayıb, 3 yaşında isə yapon, koreya, alman, ingilis və digər dillərdə oxumağı öyrənib. Dünyanın ən ağıllı insanı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Hazırda Koreyada inşaatçı-mühəndis vəzifəsində çalışır.
IQ-su yüksək olanlar daha uzun yaşayırlar
Həmin özəl insanlar haqqında hər gün tədqiqatlar aparılmaqdadır. Araşdırmalara görə, yüksək zəka səviyyəsinə sahib olan insanlar, aşağı IQ səviyyəsinə sahib olan insanlardan daha çox yaşayırlar. Belə ki, alimlər Şotlandiyada 1936-cı ildə doğulmuş və 11 yaşında zəka testindən keçmiş 33.536 kişini və 32.229 qadını tədqiqatdan keçiriblər. Yaş, cins və sosial-vəziyyət də nəzərə alınıb. Nəticədə alimlər belə qənaətə gəliblər ki, yüksək zəkaya sahib olan şəxslərin 79 yaşına kimi ölüm riski aşağıdır.
Hər kəsin yaxşı tanıdığı Bill Gates də onlardan biri idi. Gatesin uğur fəlsəfəsinə görə, ilk qayda irəlini görməkdir. O, kiçik yaşlardan bəri kompüterin əhəmiyyətini və həyatında alacağı yeri çox yaxşı qavramışdı. Yəni böyük bir uzaqgörənlik sərgiləyərək gələcəyi görmüşdü. Yaxın dostu və Microsoft-un qurucu tərəfdaşı Paul Alenlə yaxın gələcəkdə hər kəsin evində və işində özünə aid kompüteri olacağına inanmışdı. Hədəfini buna görə qurmuşdu. İkinci qayda isə planlı çalışmaqdır. Bill Gates ağıllı idi, amma zəkanın tək başına kifayət etməyəcəyini, çox və planlı işləməli olduğunu bilirdi. Gates bərabər çalışdığı insanlardan da eynisini gözləyirdi.
Üstün zəkalı şagirdlər necə təhsil almalıdırlar?
Fərqli xüsusiyyətlərə malik, zəkaca üstün, xüsusi qabiliyyətli uşaqların valideynləri daha diqqətli olmalıdır. Bu uşaqların əsas xüsusiyyətlərindən biri maraqdır. Bəzən böyüklər həmin uşaqların suallarını cavablandırmaqda çətinlik çəkə bilərlər. Belə olduqda başqa çıxış yolu tapılmalıdır. Məsələn: kitabların, ensiklopediyaların, dostların və mütəxəssislərin köməyindən istifadə etmək olar. Valideynlər çox yaxşı bir dinləyici olmaqla yanaşı, uşaqlarına dəstək ola bilməlidirlər. İstedadlı şagirdlərin təhsili ailədən başlamalıdır. Belə uşaqlar hər şeyi tez qavrayır və onların valideynləri övladlarının qabiliyyətlərini hər kəsə göstərmək istəyir. Unutmaq olmaz ki, uşaqlar hər şeyi özləri maraq etdikləri üçün öyrənirlər. Ən xırda nöqsan tutulduqda belə başladıqları işi yarımçıq qoya və özlərinə qapana bilərlər. Buna görə də valideynlər həssaslıq nümayiş etdirməli, ən əsası ətrafdakılara övladının fərqli olduğunu hiss etdirməməli, onları digərlərindən fərqləndirməməlidirlər. Valideynlər uşaqlarına hələ kiçik yaşlarından zehni və sosial baxımdan özlərinə uyğun bir dost çevrəsi yaratmalıdırlar.
Hər kəsi bir sual maraqlandırır. Bəs üstün zəkalı şagirdlərin təhsili hansı sistemlə qurulmalıdır? Dünya təcrübəsinə görə, bəlli bir IQ səviyyəsinə malik şagirdlər kəşf edilməli və özəl məktəblərdə oxumalıdırlar. Həmin şagirdlər təhsil almaq və öyrənmək baxımından fərqli xüsusiyyətlərə sahib olduqları üçün onlara fərqli və xüsusi proqramların yaradılması tələbi önə çıxır. Bunun üçün ilk olaraq uşağın istedadı kəşf olunmalıdır. Sonra istedadlı uşaq üçün bir ortam yaradılmalıdır. İstedadlı şagirdlərə təhsil verən məktəblər daim bu uşaqların inkişafı üçün işlər görməlidir. Yəni əsas olan istedadlı uşağa bir çevrə yaratmaq, diqqətli çalışmağa yönləndirməkdir. Əks halda, uşağın istedadlı olması bir şey ifadə etməyəcəkdir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16

