Media Reyestri nə vaxt fəaliyyətə başlayacaq?
05.07.2022 [10:03]
Pərvanə İbrahimova: Media Reyestrinin texniki və proqram təminatının formalaşdırılması istiqamətində tədbirlər görülməkdədir
Milli Məclis tərəfindən ötən ilin dekabrında qəbul edilmiş “Media haqqında” yeni qanunun qəbul olunması Azərbaycanda həyata keçirilən demokratik islahatların tərkib hissəsi kimi dəyərləndirilir. Bu ilin fevral ayında isə dövlət başçısı tərəfindən qanunun imzalanması ilə sənəd qüvvəyə minib. Qanun ölkə Konstitusiyasına uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
9 fəsil, 78 maddədən ibarət olan qanunun qüvvəyə minməsi ilə həllini tapacaq mühüm məsələlərdən biri də Media Reyestrinin yaradılmasıdır. Bu, respublikada media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədinə xidmət edir.
Bəs Media Reyestrinə daxil edilmək üçün jurnalistlər hansı tələblərə cavab verməlidirlər? Əvvəla, ali təhsili və fəaliyyət qabiliyyətli olmalıdır. Həmçinin ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdırlar. Əgər jurnalist Reyestrə daxil edilmək istəyirsə, məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır. Bununla yanaşı, media subyekti ilə əmək müqaviləsinin olması lazımdır. Fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin isə azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır. Digər tərəfdən, işlədiyi media subyektinin Media Reyestrinə daxil edilmiş olması və davamlı fəaliyyət göstərməsi (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla), jurnalistika sahəsi üzrə 3 ildən az olmayaraq iş stajının olması və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 ildən az olmayan müddətdə fəaliyyət göstərməsi və digər bir sıra məsələlər Reyestrə daxil edilmək üçün müəyyənləşdirilmiş tələblər sırasındadır.
Bəs Media Reyestrinin nə vaxt fəaliyyətə başlaması nəzərdə tutulur? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova bildirib ki, Media Reyestrinin yaradılması normativ hüquqi bazanın və texniki təminatın formalaşdırılması olmaqla iki istiqamətdə həyata keçilir: “Normativ hüquqi bazanın yaradılması ilə əlaqədar olaraq bildiririk ki, Agentlik tərəfindən Media Reyestrinin aparılması qaydalarının layihəsi hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim edilib. Media Reyestrinin texniki təminatının formalaşdırılmasına münasibətdə isə qeyd etmək istərdik ki, müvafiq Fərmana uyğun olaraq Media Reyestrinin texniki və proqram təminatının formalaşdırılması istiqamətində tədbirlər görülməkdədir”.
“Media subyektlərinin inkişafı üçün nə kimi güzəştlər nəzərdə tutulur?” sualına cavab olaraq MEDİA Agentliyinin nümayəndəsi deyib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi və medianın inkişafına təminat yaradılması istiqamətində tədbirlərin görülməsi MEDİA Agentliyinin əsas vəzifələrindədir: “Hər birimizə məlumdur ki, bir neçə ay əvvəl Azərbaycanda kütləvi informasiya məhsullarının, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Bununla da, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına şərait yaradıldı”. Bundan əlavə, P.İbrahimova söyləyib ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə onlara müəyyən müddət ərzində vergi tətillərinin tətbiqini nəzərdə tutan ilkin layihə təqdim edilib və hazırda aidiyyəti dövlət orqanları ilə müzakirə mərhələsindədir. “Media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü kimi “Media haqqında” Qanunda da media subyektlərinə münasibətdə müəyyən güzəşt və imtiyazların tətbiqi nəzərdə tutulub”, - deyə həmsöhbətimiz qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40

