Tarixi yaddaşımızın dini irsi
09.06.2022 [10:43]
Şuşa məscidləri
MÜŞFİQƏ
Şuşa təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur yeridir. Qarabağın incisi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlardır.
Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı ilə bir daha Azərbaycanın mədəniyyət paytaxtından bütün dünyaya tolerantlıq, dostluq, qardaşlıq və sülh mesajları verildi.
Şuşa əsl tolerantlıq mərkəzidir. Şuşanın hər məhəlləsinin özünəməxsus məscidi olub. Məscid binaları həm də mədəniyyət nümunəsi və tarixi abidə kimi dəyərləndirilir.
“Yuxarı Gövhər ağa məscidi” necə yaranıb?
Şuşada ilk dini abidə Pənahəli xanın əmri ilə inşa edilən Cümə məscididir. Bu məscid sonradan dağıldığı üçün Pənahəli xanın oğlu İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra onun yerində, yəni “Meydan” adlanan yerdə 1769-cu ildə yeni Cümə məscidini tikdirdi. Məscidin memarı Kərbəlayi Səfixan Qarabaği idi.
1822-ci ildə çar Rusiyası tərəfindən Qarabağ xanlığına son qoyulduqdan sonra buradakı ermənilər ruslara arxalanaraq Şuşanın yerli əhalisi azərbaycanlılara məxsus olan İslam mədəniyyəti abidələrini məhv etməyə başladılar. İbrahimxəlil xanın tikdirdiyi Cümə məscidi bu dövrdə yararsız vəziyyətə salındı. Sonra bu məscid İbrahimxəlil xanın qızı, Qarabağın məşhur xeyriyyəçilərindən olan Gövhərağa xanımın maddi vəsaiti ilə (175 min manat qızıl pul) yenidən inşa edildi - iki əzəmətli minarə ucaldıldı.
Məscidin giriş qapısının üzərindəki daşa həkk olunmuş kitabədən məlum olur ki, bərpa işləri 1867-cı ildə başa çatıb. Məscidin sağ və sol divarlarına Gövhər ağanın vəsiyyətnaməsi yazılıb. Həmin vaxtdan da Cümə məscidi el arasında “Yuxarı Gövhər ağa məscidi” adlanıb.
Eləcə də məscidin nəzdində tədris ocağı açıldı. Burada oxuyan yoxsul uşaqların hamısı onun hesabına təhsil alırdı. Məktəb el arasında “Gövhəriyyə məktəbi” adlandırılırdı. 1917-ci ildə məktəbin nəzdində müsəlman tələbə komitəsinin təşəbbüsü ilə pulsuz kitabxana zalı açılmışdı. 1920-ci ilə qədər fəaliyyət göstərmişdi.
1992-ci ilin mayında ermənilər Şuşa şəhərini işğal etdikdən sonra Şuşada olan İslam mədəniyyəti abidələrinin əksəriyyəti kimi bu məscid də viran edildi, minarələrinin dekoru zədələndi, örtükləri dağıdıldı.
Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Bu gün Yuxarı Gövhər ağa məscidi artıq təmirdən çıxıb.
Aşağı Gövhər ağa məscidinin yaranma səbəbi
Aşağı Gövhər ağa məscidi Şuşanın ikinci Cümə məscididir. 1874-1875-ci illərdə İbrahimxəlil xanın qızı Gövhərağanın maddi vəsaiti ilə inşa edilib. Məscid xalq arasında Aşağı Gövhər ağa məscidi kimi tanınıb. Yuxarı məscid kompleksinin kiçildilmiş formasını xatırladır. Yuxarı məsciddən fərqli olaraq burada minarələrin bəzədilməsi zamanı müxtəlif həndəsi naxışlara yer verilməyib.
Bir şəhərdə 2 Cümə məscidin inşasını isə şiə və sünniliklə əlaqələndirirlər. O vaxt ticari əlaqələrin genişlənməsi nəticəsində Şuşaya Osmanlı imperiyası və Dağıstandan çoxlu tacirlər gəlməyə başlayır və onların ibadəti üçün ikinci məscid inşa edilir.
1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhər ağa məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib. Daxildə və xaricdə divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb.
Qapan meydanında yerləşən cümə məcidi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
“Qarabağ - mədəniyyətimizin beşiyi”: Saatlı məscidi
Şuşanın Saatlı məhəlləsində yerləşən Saatlı məscidi Kərbəlayi Səfixan Qarabağinin son əsərlərindən biri hesab edilir.
Şuşanın düz fasadlı məscidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Saatlı məscidini Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır. Belə ki, şəhərdəki bu tipli digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də, Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə ilə zəngin naxışlarla bəzədilmiş minarə inşa edilib.
Aşağı və Yuxarı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin minarəsi məscid binası ilə birləşik deyil və minarəyə giriş məscidin daxilindən yox həyətindən həyata keçirilir. Saatlı məscidinin Divanxana meydanından effektiv görünən, ifadəli rəngarəng vertikalı ilə özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynayır. Minarənin üstü çadır formalı gümbəzlə tamamlanır.
1980-ci illərdə məsciddə restavrasiya işləri aparıldı. Rəngarəng kərpiclərdən naxışvari formada inşa edilən minarəsi ilə məşhur olan bu məscid 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalından sonra yararsız vəziyyətə salındı. Erməni əsgərləri tərəfindən məscidin minarəsinin başlığı və içərisi dağıdıldı.
Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparıb.
Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.
Şuşada yeni məscidin təməli qoyulub
Ötən il mayın 12-də Şuşada yeni məscidin təməli qoyulub. Qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.
Məscidin təməlini qoyan Prezident İlham Əliyev deyib: “...Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır. Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi”.
Qürur və fəxr hissi ilə deyə bilərik ki, Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16

