Diaspor fəaliyyətində gənclərin rolu
05.05.2022 [10:26]
Gənclər təşkilatları gələcəkdə çətinliklə qarşılaşa bilərlər
Gənclər təşkilatlarının formalaşdırılması dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Ölkə rəhbərliyi gənclər siyasətini prioritet hesab edir və bu siyasətin həyata keçirilməsi üçün müvafiq qərarlar qəbul edir. Təşkilatlar gənclərin birləşərək öz imkan və bacarıqlarını konkret istiqamətlər üzrə səfərbər etmələri üçün əvəzsiz mühitdir. Gənclər bu təşkilatlarda həm öz mənini axtarıb tapır, həm bir fərd kimi inkişaf edir, həm də vətəndaş cəmiyyətinin fəal iştirakçısı olurlar. Məhz bu səbəbdən gənclər təşkilatları ilə işin təşkili və bu istiqamətə dövlət qayğısı gələcək nəslin hərtərəfli inkişafını təmin edir.
Hazırda 300-dən artıq gənclər təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatındadır. Gənclər təşkilatlarının nizamnamə məqsədlərinə görə bir sıra fəaliyyət istiqamətləri var. Nizamnaməyə görə, təşkilatlar vasitəsilə gənclər Avropaya inteqrasiya və beynəlxalq mübadilə proqramlarında iştirak etmək hüququ qazanır. Eləcə də regionlarda yaşayan gənclərin sosial və təhsil problemlərinin həllində, vətənpərvərlik və vətəndaşlığın təşviq olunmasında iştirak edirlər.
Gənclər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir, mütəmadi olaraq sosial və ictimai layihələr həyata keçirir.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qəzetimizə gənclər təşkilatlarının fəaliyyətindən və öhdəliklərindən danışdı. Onun sözlərinə görə, yeni heyətdə formalaşdırılan Gənclər Birliyi həyata keçirdiyi layihələrlə partiya gənclərinin qarşısına qoyulan məqsədə ən uyğun şəkildə çatmaqdadır: “Həyata keçirdiyimiz layihələrdə gənclərin mənəvi inkişafını diqqətdə saxlayırıq. Gənclərlə mütəmadi görüşlər, diskussiyalar keçirir, onlara vətənpərvərlik hisslərinin aşılanmasına çalışırıq. Bunlar hər biri fəaliyyət planına əsaslanaraq sistemli şəkildə həyata keçirilir. Cənab Prezidentin gənclərimizlə bağlı səsləndirdiyi vacib bir fikir var, bu, gənclərimizin müasir dövrün yeniliklərinə bələd, savadlı, dünyagörüşlü, eyni zamanda, öz tarixi-milli kökünə bağlı şəkildə formalaşdırılmasıdır. Bu da YAP Gənclər Birliyi olaraq fəaliyyət prioritetlərimizin əsas özəklərindən birini, başlıca prinsipimizi təşkil edir. Belə ki, Azərbaycan gəncinin öz keçmişinə, ölkəsinə bağlı, vətənpərvər, dövlətçilik ənənələrinə sadiq, o cümlədən innovativ, yenilikçi yanaşmalara, dünyada baş verən rəqəmsal dəyişikliklərə reaksiya verə biləcək savadda və təhsildə formalaşması üçün fəaliyyətlər həyata keçiririk”.
B.İslamov bildirib ki, gənclərin öhdəlikləri bu günün reallığı ilə böyük və əhəmiyyətlidir: “Vətən müharibəsinə qədər Azərbaycan gənclərinin üzərinə düşən əsas vəzifənin işğal altında olan torpaqları azad etmək olduğunu qeyd edirdik. Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması gənclərin üzərinə də yeni missiya gətirdi. Ölkəmizin inkişafına töhfə vermək, Azərbaycanın bütövlüyünü qorumaq, onun xaricdə tanıdılmasında fəal iştirak etmək gənclərimizin yeni öhdəliklərindən bir neçəsidir. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının da üzərinə bu öhdəliklər düşür.
Azərbaycan gənci bu gün vətənpərvər olmaqla yanaşı, həm savadlı, həm də dövrün çağırışlarına uyğun inkişaf etməlidir. Bu mənada gənclər təşkilatları ənənəvi formada həyata keçirdikləri layihə və təşəbbüslərə yeni yanaşmalar gətirməlidirlər. Çünki məhz milli şüurumuzu özündə ehtiva edən layihələri yeniliklərlə əhatə edərək gənclərin diqqətini cəlb etmək mümkündür. Əgər belə olmasa, gənclər təşkilatları gələcəkdə müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Hesab edirəm ki, bəzi təşkilatlar bunu nəzərə alır və çevik addımlar atırlar. Eləcə də digər təşkilatlar lazımi addımlar atıb, vaxtında öz fəaliyyətlərində dəyişikliklər etməlidirlər”.
Sədr qeyd edib ki, xaricdə fəaliyyət göstərən diasporlarda gənclərin fəaliyyəti ön plana çıxarılmalıdır. “Çünki Azərbaycan gənci, eyni zamanda, beynəlxalq arenada ölkəmizin təmsilçisidir və xaricdə Azərbaycan həqiqətlərinin çatdırılmasında aparıcı şəxslərdən birinə çevrilə bilir. Xaricdə yaşayan Azərbaycan gəncləri düzgün və sağlam şəkildə şəbəkələşməlidir. Bu halda aktiv fəaliyyət göstərə bilərlər. Təbii ki, son illər Azərbaycan gənclərinin diaspor təşkilatlarda effektiv çalışmalarının şahidi oluruq. Bundan sonrakı dövrdə də gənclərin daha çox səy göstərəcəklərinə inanıram. Onu da qeyd etmək istərdim ki, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları müxtəlif ölkələrdə yaşayan gənclərlə kommunikasiyalar quraraq bu istiqamətdə dəstək mexanizmi formalaşdıra bilərlər. Sonrakı mərhələdə artıq hər iki tərəf vahid bir məqsəd, Azərbaycan həqiqətlərinin çatdırılması, ölkəmizin inkişafı üçün çalışmalıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Günel QABİLQIZI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45

