Problemlər həllini tapacaqmı?
15.12.2021 [10:14]
“Media haqqında” yeni qanun müasir tələblərə cavab verir
Nardar BAYRAMLI
“Media haqqında” yeni qanun layihəsi cəmiyyətimizdə geniş müzakirə mövzusudur. Ekspertlər sənədin müasir tələblərə uyğun hazırlandığını qeyd edirlər. Bəs bu qanun media sahəsində problemləri həll edə biləcəkmi?
Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, “Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir: “İlk olaraq onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir. Bu gün Azərbaycan media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldırır. Digər bir yenilik vahid reyestrin yaradılmasıdır. Yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da çox önəmli məqamdır. Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq. Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalana biləcəklər”.
M.Ələsgərlinin fikrincə, yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair hallar hamısı detallı şəkildə layihədə öz əksini tapıb. Yaxud bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib. Onun sözlərinə görə, layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də “freelancer” - sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır. Bununla yanaşı, layihənin dili üzərində işlənilməsi, korrekturaların edilməsi, bəzi maddələrə yenidən baxılması, konkretləşdirilməsi zərurəti də var. Hansı maddələr üzərində yenidən iş aparılmasının zəruri olması barədə qeydlər Milli Məclisdə aparılan müzakirələr zamanı səsləndirildi. Milli Məclis üzvləri və qanun layihəsini hazırlayanlar da qeydləri götürdülər, müsbət yanaşdılar. Hesab edirik ki, səsləndirilən təkliflər də nəzərə alınmaqla qəbul edilən yeni qanun ölkədə peşəkar medianın inkişafını stimullaşdıracaq”.
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə hesab edir ki, “Media haqqında” yeni qanun layihəsi bu sahədə çoxdandır həllini gözləyən problemlərin aradan qaldırılması üçün hüquqi baza yarada biləcək bir sənəddir: “Sirr deyil ki, Azərbaycanda media sahəsində həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Xüsusilə də, yeni medianın gündəmə gəlməsindən sonra bu sahədə nəzərəçarpan hüquqi boşluqlar yaranıb. Ölkədə sayı yüzlərlə olan saytların heç bir qeydiyyatı aparılmır. Saytlar faktiki olaraq KİV hüquqi statusuna da malik deyillər. Bu sahədəki boşluqlardan yararlanan bir qrup kriminal ünsür də media adından istifadə edərək şəxsi maraqlarını təmin etmək yolu tutub. Son illərdə ölkədə heç bir resursu, ofisi, əməkdaşı olmayan, amma özünü KİV kimi təqdim edən saytlar gündəmə gəlib. Yeni qanunda təklif olunan mexanizmlərlə saytların reyestrinin yaradılması, vahid jurnalist vəsiqələrinin verilməsi bu kimi neqativlərin aradan qaldırılması yolunda yaxşı təcrübə ola bilər. Digər tərəfdən, sayı artmaqda olan internet TV-lərin fəaliyyətinin qanunla tənzimlənməsinə də ehtiyac var. Bir sözlə, yeni texnologiyaların gəlişi ilə media sahəsində bir növ hüquqla tənzimlənməyən xaos hökm sürməkdədir”.
Baş redaktorun sözlərinə görə, yeni qanun layihəsi, ilk növbədə, bu xaosun qarşısının alınması, media sahəsində səliqə-sahmanın yaradılması baxımdan əhəmiyyətli ola bilər: “Bu baxımdan, mən yeni qanun layihəsinin ətraflı müzakirələrdən sonra qəbul edilməsinin tərəfdarıyam. Bu müzakirələr artıq bu ilin əvvəlindən başlayıb. Medianın İnkişafı Agentliyi müxtəlif jurnalist təşkilatlarının iştirakı ilə ayrı-ayrı böyük redaksiyalarda layihə ilə bağlı ictimai müzakirələr təşkil edib. Qanun layihəsi mediada dərc olunaraq geniş ictimaiyyətin müzakirəsinə təqdim edilib. Hazırda da bu müzakirələr sosial şəbəkələrdə, media orqanlarında davam etməkdədir. Ümidvaram ki, bu müzakirələr zamanı səsləndirilən fikirlər diqqətlə dinləniləcək və uyğun gələnləri nəzərə alınacaq. Bu qanunun qəbul olunması ilə bağlı media sahəsindəki bütün problemlərin həll ediləcəyini gözləmək də doğru olmazdı. Yeni qanun layihəsi sadəcə bu problemlərin həlli istiqamətində ilk və sanballı addım ola bilər. Fikrimcə, hətta ideal olmayan qanun da qanunsuzluqla müqayisədə ümumi işimizə daha çox fayda verə bilər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

