Mediada siyasi ekspert qıtlığı
03.12.2021 [23:20]
Nurlan QƏLƏNDƏRLİ
Hər bir ölkədə sağlam ictimai rəyin formalaşmasını, siyasi şüurun və siyasi mədəniyyətin inkişafını, bütövlükdə milli maraqların qorunmasını təmin edən amillərdən biri medianın səmərəli fəaliyyətidir. Bu fəaliyyət çoxşaxəlidir və gündəlik informasiyaların çatdırılmasından, reportajların təqdim olunmasından tutmuş müxtəlif janr və üslublarda sistemli işi özündə ehtiva edir. Təbii ki, burada vacib hadisələrin və aktual məsələlərin təhlili məqsədilə siyasi ekspertlərin rəylərinin, şərhlərinin ictimai rəyə çatdırılması da xüsusi yer tutur.
Eyni simaların oxşar və təkrar fikirləri ictimai rəylə iş üçün yetərlidirmi?
Azərbaycanda diqqət çəkən və vaxtaşırı müzakirə predmetinə çevrilən məsələlərdən biri mediada siyasi ekspert qıtlığıdır. Çap mediasına, internet resurslarına və efir məkanına nəzər yetirdikdə eyni simaların oxşar və təkrar fikirlərinə rast gəlmək adi hala çevrilib. Yeri gəlmişkən, sosial şəbəkədə TV kanallarında prosesləri təhlil edən siyasi şərhçilərlə bağlı fikirlər daha çox tənqidi xarakter daşıyır. Başqa sözlə, virtual ictimai platformada “bizim politoloqlarımız hadisələri yaxşı izah edə, tutarlı fikirlər söyləyə bilmirlər” tipli ümumi-kütləvi qənaətin hökm sürdüyünü görürük. Bu sosial baxışın nə dərəcədə doğru olduğunu müəyyən etmək üçün efir məkanında müzakirə proqramlarına nəzər salmaq yetərlidir. Kiçik istisnalar olmaq şərtilə mənzərə qeyri-qənaətbəxş görünür. Bu baxımdan, bir neçə məqama diqqət yetirmək məqsədəmüvafiq olar.
Politoloqların fərdi hazırlıq səviyyəsi müasir tələblərə və çağırışlara adekvatdırmı?
Əvvəla, efir məkanına “politoloq” statusu ilə dəvət olunanların bir çoxunun fərdi hazırlıq səviyyəsi çox aşağıdır: müzakirə etdikləri mövzu ilə bağlı yalnız cari informasiyalardan xəbərdardırlar. Məsələnin tarixi kökləri, hüquqi əsasları, elmi-nəzəri aspektlərindən və dünya təcrübəsindən anlayış dərəcələri yetərsizdir. Yeri gəlmişkən, Vətən müharibəsi şəraitində də strateji informasiya diplomatiyasını uğurla həyata keçirən Prezident İlham Əliyev müxtəlif beynəlxalq media qurumlarına müsahibələrində məzmunlu, dəyərli fikirlər səsləndirir ki, bunlar siyasi təhlilçilərə sistemli analiz üçün mükəmməl zəmin yaradırdı. Məsələn, dövlət başçısı müharibənin başa çatmasından sonra başqa - yeni bir dünya olacağı barədə fikir söyləməklə, əslində, beynəlxalq münasibətlər sistemində yeni geostrateji nizamın konturları barədə ipucu vermişdi. Amma siyasi şərhçilərimiz bu məsələyə diqqət yetirmədilər. Yaxud Prezident İlham Əliyevin “Türkiyə və Azərbaycan yeni dünya nizamına daha tez hazırdır” fikrinin politoloqlar tərəfindən analitik şərhinə rast gəlmədik. Ona görə də efir məkanında siyasi təhlilçilərin fikirləri auditoriya tərəfindən maraqlı, təsirli və cəlbedici qəbul olunmur.
Təsvir, yoxsa təhlil?
Beləliklə, sözügedən şərhçilərin fərdi inkişafdan qalma patologiyası, yaxud öz üzərində işləməmə sindromu aşkar görünür. Ona görə də efir məkanında söylənilən “analitik qənaətlər” küçədə, ictimai iaşə obyektlərində, dost-tanış yığıncaqlarında həvəskar müzakirələr zamanı ifadə edilən fikirlərdən fərqli və ya üstün xarakter daşımır. Bu səbəbdən, ideya istehsalı və təbliğatı vasitəsilə ictimai rəyə təsir göstərə bilməmək problemi yaranır.
Bununla yanaşı, siyasi şərhçinin missiyası adi informasiya vermək deyil, təhlil etmək və analitik qənaət söyləməkdir. Amma insanların qeyri-qənaətbəxş hesab etdikləri politoloqlarımızın efirdə söylədikləri fikirlər informasiya vasitələrində dərc olunan gündəlik xəbər və məlumatlardan fərqlənmir. Yəni analitik məzmun, fərqli (fərdi ideya ilə zənginləşdirilmiş) yanaşma yoxdur;
Problem kimdə və ya nədədir?
Belə hallarda adətən “problem kimdə və ya nədədir” sualına cavab axtarılır. Təbii ki, burada iki tərəfin də üzərinə məsuliyyət düşür. Həm media subyektləri, həm də “siyasi ekspert” ünvanına sahib şəxslər auditoriya qarşısına hazırlıqlı çıxmalıdırlar. Media subyekti düzgün seçim etmirsə, bu, milli təhlükəsizliyin tərkib hissəsi olan informasiya məkanında ciddi boşluqlara və qüsurlara səbəb olur. Digər tərəfdən, öz üzərində işləməyən və analitik təfəkkürünün sərhədlərini genişləndirə bilməyən ekspert-politoloqlar ictimai rəyə zərər vermiş olurlar.
Bunlarla yanaşı, üçüncü faktor da var, özü də daha ciddi, daha fundamental məsələ. Bu, ali təhsil müəssisələrində politologiya ixtisası üzrə təhsil alanların, demək olar ki, əksəriyyətinin niyə peşəkar və intellektual mütəxəssis formalaşmaması, yaxud ən azından, siyasi ekspert olaraq mediada görünməməsidir. Ali təhsil müəssisələri müasir tədris metodları və proqramlarından istifadə edərək politoloq yetişdirə bilmirlər, yoxsa ixtisas sahiblərini media məkanında öz peşə vəzifələrini yerinə yetirmək üçün yetərincə stimullaşdırılmır? Bəlkə, media subyektləri heç vitrini dəyişmək, araşdırma apararaq ictimai rəy üçün daha faydalı fikir sahiblərini aşkar etmək, ortaya çıxarmaq niyyətində deyil... Hər halda, düşünməyə dəyər...
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

