MEDİA-nın imza atdığı yeniliklər - medianın inkişafına stimul kimi
12.10.2021 [10:36]
Müvafiq qurumlar tərəfindən ölkədə medianın inkişafı üçün daha real addımlar atılması qaçılmazdır
Azərbaycan müstəqillik əldə etdikdən bir neçə ay sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olan fikir, söz və ifadə azadlığının, plüralizmin təmin edilməsi sahəsində də mühüm addımlar atılıb. Belə ki, ötən müddət ərzində ölkəmizdə medianın inkişafı üçün, qanunvericilik sahəsi başda olmaqla, müxtəlif istiqamətlərdə işlər görülüb. Həyata keçirilmiş ciddi islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan götürülüb.
Heç şübhəsiz, son 30 il ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verənlər haqqında informasiyaların cəmiyyətimizə, həmçinin respublikamız haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Bununla belə, bütün dünyada kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların və iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulub. Məhz bu baxımdan, milli-tarixi ənənələr və modern çağırışlar, habelə müasir medianın özəllikləri də nəzərə alınmaqla hazırda KİV-də yeni islahatların reallaşdırılması prosesi gedir. Azərbaycan mediasının fəaliyyətində fərqli tənzimləmə mexanizminin yaradılması ilə bu sahənin daha da inkişafı isə təbii olaraq ölkəmizdə söz və ifadə azadlığının durumuna öz təsirini göstərəcək.
Yuxarıda qeyd edilən məsələlərlə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosent əvəzi, filologiya üzrə fəlsəfə doktoru Vəfa İsgəndərova əvvəlcə əsas diqqəti media sahəsində aparılan islahatlara yönəldib: “Ümumiyyətlə, hazırda ölkəmizdə medianın inkişafı ilə əlaqədar bir çox addımlar atılır. Buna misal olaraq öz yarıtmaz fəaliyyətləri ilə yadda qalan bəzi qurumların ləğv edilməsi, bu sahədə inkişafa nail olmaq üçün yenilərinin yaradılması, ölkəmizin jurnalist ixtisası üzrə kadrlar hazırlayan dövlət ali məktəblərinin müvafiq fakültələrində yeni istiqamətlərin və ixtisaslaşmaların yaradılmasını göstərmək olar. Bu baxımdan, son dövrlərdə media sahəsində islahatların aparılmasında xüsusi rol oynaya biləcək addımın atılması - bu ilin əvvəlində dövlət başçısı tərəfindən Azərabycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması da mühüm hadisədir. Belə ki, yaradılmasından qısa müddət keçməsinə baxmayaraq, MEDİA-nın imza atdığı yeniliklər, həyata keçirdiyi intensiv fəaliyyət ümümi işimizə xüsusi töhfəsi ilə seçilir. Məsələn, Agentliyin xətti ilə peşəkar jurnalistlər, baş redaktorlar, dövlət orqanlarının ictimaiyyətlə əlaqələr departamentlərinin rəhbərləri və digər dövlət qurumları üçün keçirilən seminarlar, beynəlxalq miqyaslı təlimlər, sosial aksiyalar, eyni zamanda, hazırda reallaşdırılması şübhə doğurmayan jurnalistika ixtisası üzrə təhsil alan, habelə bu sahə ilə maraqlanan tələbələr üçün “Media könüllüləri” layihəsi təqdirəlayiq addımlardandır. Həmçinin müxtəlif beynəlxalq təşkilatlar, təhsil müəssisələrinin və dövlət qurumlarının təşkil etdiyi ölkələrarası təcrübə proqramları, elmi seminarları da qeyd etmək yerinə düşər. Bu günlərdə MEDİA-nın təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilasolma və ilkin tibbi yardım mövzularında təlimlər keçirilməsini də bu qəbildən hesab etmək olar. Bununla yanaşı, ümid edirəm ki, müvafiq qurumlar tərəfindən ölkədə medianın inkişafı üçün daha real addımlar atılacaq”.
“Bir qədər şablon ifadə kimi səslənsə də, media cəmiyyətin güzgüsüdür. Ona görə də “dördüncü hakimiyyət” kimi digər dövlət orqanlarının və ictimai qurumların diqqət mərkəzində olması, bir çox məsələlərdə xüsusi rol oynaması üçün medianın cəmiyyətdə nüfuzunun artırılmasına ehtiyac var. Bu mənada ölkəmizdə kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinin tənzimlənməsi və onun inkişafı son dövrlərdə prioritet məsələlərdən birinə çevrilib. Eyni zamanda, 44 günlük İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbədə medianın, peşəkar jurnalistlərin oynadığı rol danılmazdır. Bu baxımdan, Vətən müharibəsi dövründə xarici media təmsilçiləri ilə çiyin-çiyinə çalışan jurnalistlərimizin fəaliyyətində diqqətəlayiq məqamlar xüsusi önəm daşıyır. Buna görə də mediada çalışan jurnalist kadrların peşəkarlığının daha da artırılmasına dəstəyi, bu sahə ilə bağlı qanunvericilikdə aparılan islahatları və beynəlxalq əməkdaşlıqları yüksək qiymətləndirmək olar”, - deyə V.İsgəndərova bildirib.
Hazırda Medianın İnkişafı Agentliyi, mütxtəlif media qurumları, jurnalistlər və ekspertlərin geniş müzakirəsinə təqdim olunan “Media haqqında” qanun layihəsinə də münasibət bildirən filologiya üzrə fəlsəfə doktoru deyib ki, media sahəsi elm və texnologiyanın inkişafından asılı olduğu üçün daim dəyişir və yenilənir: “Buna görə də media ilə bağlı qanunvericilikdə də yeniliklər olmalıdır. Jurnalistlərin, ümumiyyətlə, media cameəsinin yeni islahatlardan və qanunvericilik nizamlamalarından gözləntiləri çoxdur. Məsələn, bir çox jurnalistlər, onlayn media vasitələrinin əməkdaşları etik kodekslərə əməl etmirlər. Gözləntilərimiz əsasən jurnalistlərin davranış kodekslərinin nizamlanması, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti, reklam bazarı, söz və mətbuat azadlığının inkişaf etdirilməsi ilə bağlıdır. Hesab edirəm ki, ayrı-ayrı KİV orqanlarının özlərinin ümumi kodekslərə əsaslanan peşə davranış normaları olmalıdır. Eyni zamanda, kütləvi informasiya vasitələrinin azad fəaliyyət göstərmələri üçün ən mühüm amil maliyyə baxımından asılılıqlarının aradan qaldırılması olduğundan media subyektlərinin gəlir əldə etmələrinə şərait yaradılmalıdır”.
Azərbaycan milli informasiya məkanında mövcud olan reallıqları ümumiləşdirən V.İsgəndərovanın sözlərinə görə, bu sahədə inkişafın əldə edilməsi üçün ən mühüm amillərdən biri media subyektlərinin iqtisadi müstəqilliyinin stimullaşdırılması və mətbuat sahəsində şəffaflığın təmin edilməsidir: “Buna nail olsaq, media orqanlarının səmərəli və maneəsiz fəaliyyətinə əlverişli zəmin yarada, son illərdə mətbuatımızı nüfuzdan salan qeyri-peşəkarların fəaliyyəti nəticəsində müşahidə edilən neqativ halların aradan qaldırılması, mətbuatın özünü yeniləməsi və tənzimləməsini uğurla başa çatdıra bilərik”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47

