/ / Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi milli adət-ənənələrimizin öyrənilməsi və xalqımızın zəngin mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi milli adət-ənənələrimizin öyrənilməsi və xalqımızın zəngin mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
10.07.2021 [09:18]
Fəxrəddin Salim: Yubiley çərçivəsində həyata keçirilən tədbirlər Aşıq Ələsgərin zəngin poetik irsinin 200 illik tədqiqi, onun yaradıcılığının geniş ictimaiyyətə çatdırılması üçün çox önəmlidir
Müstəqilliyinin 30 illiyini qeyd edən Azərbaycan zəngin dövlətçilik tarixinə malikdir. Təsadüfi deyil ki, xalqımızın milli adət-ənənələrinin, mədəniyyətinin öyrənilməsi və təbliği ilə bağlı aparılan araşdırmalarda, ərsəyə gətirilən fundamental tədqiqat əsərlərində də bu məqam öz əksini tapır. Bütövlükdə isə, ölkəmizdə ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər - görülən işlər zəngin mədəniyyətimizin müxtəlif qatlarının öyrənilməsinə və təbliğinə müstəsna töhfələr verir.
Məlum olduğu kimi, bu il ölkəmizdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18 fevral 2021-ci il tarixində imzalanmış “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncama uyğun olaraq bu istiqamətdə mühüm işlər görülür. Belə ki, müvafiq qurumlar tərəfindən Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində dahi saz və söz ustadının irsinin öyrənilməsi ilə əlaqədar yeni tədqiqatlar aparılır və tədbirlər keçirilir. Ekspertlərin qeyd etdikləri kimi, dövlət başçısı tərəfindən sözügedən Sərəncamın imzalanması bütövlükdə Aşıq Ələsgərin yaradıcılığı ilə məşğul olan tədqiqatçılar, ələsgərşünaslar qarşısında yeni imkanlar açır. Bütövlükdə, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi milli adət-ənənələrimizin öyrənilməsi və xalqımızın zəngin mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim (Fəxrəddin Baxşəliyev) qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edən Aşıq Ələsgərin yaradıcılığı ədəbiyyatımızın parlaq səhifələrindəndir: “Müstəqilliyinin 30 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasında 2021-ci ildə daha bir əlamətdar hadisə - dövlət başçısının müvafiq Sərəncamı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd edilir. Dədə Ələsgərin 200 illik yubileyinə həsr olunmuş vacib tədbirlər həyata keçirilir. Tədbirlər planının hazırlanıb həyata keçirilməsinin Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə tapşırılması çox mühüm əhəmiyyətə malikdir. Ona görə ki, Dədə Ələsgər təxminən 2 əsrə yaxındır, xalqımızın qəlbini fəth edib və onun yubileyi adına layiq keçirilməlidir. Eyni zamanda, o, Azərbaycan folklorunda, şifahi xalq yaradıcılığında elə bir iz qoyub ki, Aşıq Ələsgərin həmişə yad edilməsi hər birimizin mənəvi borcudur. Bütövlükdə, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi, dahi saz və söz ustadının irsinin dərindən araşdırılması Azərbaycanda aşıq sənətinin inkişafına mühüm töhfədir”.
Tədqiqatçı-alim bildirib ki, yubiley çərçivəsində həyata keçirilən tədbirlər Aşıq Ələsgərin zəngin poetik irsinin 200 illik tədqiqi, onun yaradıcılığının geniş ictimaiyyətə çatdırılması üçün çox önəmlidir: “Müxtəlif qurumlar və birliklərin təşkilatçılığı ilə keçirilən tədbirlər alimlərimizin, tədqiqatçılarımızın, eləcə də şairlərimizin və digər sənət adamlarımızın Dədə Ələsgərin Azərbaycan ədəbiyyatındakı, aşıq sənətindəki yeri və rolu ilə bağlı faydalı fikir mübadiləsi aparmalarına geniş şərait və real imkanlar yaradır. Bu istiqamətdə aparılan tədqiqatlara gəlincə, ələsgərşünaslar Aşıq Ələsgər yaradıcılığının, ümumiyyətlə ozan-aşıq mədəniyyətinin və sənətinin bu günə qədər açılmayan qatlarına baş vurur və mühüm nəticələr əldə edirlər. Bu, heç şübhəsiz, təqdirəlayiq haldır. Əminəm ki, Ələsgərin yaradıcılığına yeni yanaşmalar əsasında, bir çox yeni monoqrafiyalar yazılacaq, fundamental tədqiqat əsərləri ərsəyə gətiriləcək, onun şeirlərinə yeni-yeni musiqi əsərləri yazılacaq”.
F.Salim deyib ki, o, vaxtilə Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı müvafiq tədqiqatlar aparıb və dissertasiya işi müdafiə edib. O, bu istiqamətdə elmi tədqiqatlar aparılmasının və yeni faktlar əldə olunmasının Azərbaycan xalqının milli adət-ənənələrinin öyrənilməsi, zəngin mədəniyyətinin təbliği baxımından olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

