Regionlarda yaş barama tədarükü başa çatmaq üzrədir
02.07.2021 [10:26]
Respublikamızın şimal bölgəsinə daxil olan rayonlarda da barama istehsalında yüksək nəticələr əldə olunur
Prezident İlham Əliyevin ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi istiqamətində imzaladığı sərəncamlar ölkə üzrə baramaçılığın potensial imkanlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılmasına və sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb. Həmçinin Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin, barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilməsi, barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramaya görə subsidiyanın verilməsi, digər dəstək tədbirləri bu sahəyə marağı daha da artırıb. Eləcə də dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Dövlət Proqramında 2025-ci ilə qədər ölkə üzrə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Bundan başqa, ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı yeni innovasiyalardan istifadə etməklə yeni ipəkqurdu növlərinin yetişdirilməsi istiqamətində də mühüm addımlar atılmaqdadır. Məsələn, AMEA-nın Şəki Regional Elmi Mərkəzində respublikada ilk dəfə olaraq laboratoriya şəraitində “Böyük gecə tovuzgözlüsü” və ya “Armud saturniyası” (“Saturnia pyri”) kəpənəyinin yetişdirilməsinə nail olunub. Artıq üçüncü ildir ki, Regional Elmi Mərkəzin laboratoriyasında “Saturnia pyri” vəhşi ipəkqurdları bəslənilir və təbii ipək lifləri alınır. Bu ixtira elmi və təsərrüfat əhəmiyyətinə malik olmaqla yanaşı, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə Regional Elmi Mərkəzin tədbirlər planının “Baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin yeni üsul və texnologiyalarının öyrənilməsi və tətbiqi” istiqamətində yerinə yetirilən ilk tədqiqat işidir.
Bütün bunlarla yanaşı, bölgələrimizdə də baramaçılığın inkişafı ilə bağlı mühüm tədbirlər görülməkdədir. Vurğulamaq yerinə düşər ki, ölkəmizdə baramaçılığın inkişafında xüsusi yerə malik Şəki-Zaqata iqtisadi rayonunda yaş barama tədarükü başa çatmaqdadır. Məsələn, Qax rayonunda cari mövsümdə yaş barama istehsalının 22 tona çatdırılması qarşıya hədəf qoyulmuşdu. Kümçülər iyun ayının ikinci ongünlüyünün əvvəlinə kimi Qax Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə 22 ton 38 kiloqram yaş barama təhvil veriblər. Qeyd edək ki, bu il barama yetişdirmək üçün Qax rayonunda 324 kümçü ilə müqavilə bağlanılıb, onlara 550 qutu, yəni 10 kiloqram 450 qram ipəkqurdu paylanılıb. Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, Ləkit kəndindən Qiyas Aslanov cari mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 302 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 80 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Zəyəm kəndindən Xəyyam Ramazanov cari mövsümdə 294 kiloqram, Əmircan kəndindən Hümmət Mirzəbəyov isə 275 kiloqram yaş barama istehsal ediblər.
Qədim barama ənənəsinə malik Şəki kümçüləri bu il də istehsalı genişləndirməyə nail olublar. Şəki baramaçıları iyunun 18-nə kimi 29 tona yaxın yaş barama təhvil veriblər. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidovun sözlərinə görə, bu il barama yetişdirmək üçün Şəki rayonunda 325 kümçüyə 1250 qutu, yəni 23 kiloqram 750 qram ipəkqurdu paylanılıb. Birinci Biləcik kəndindən Samir Xəlilov ötən ayın birinci yarısında qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 328,7 kiloqram yaş barama təhvil verib. Şəki şəhərindən Hürü Məmmədova cari mövsümdə 226,2 kiloqram, Yusif Şükürlü isə 223 kiloqram yaş barama istehsal ediblər. Xatırladaq ki, şəkili kümçülər keçən mövsüm 33 tondan çox yaş barama istehsal etmişdilər.
Ölkəmizin ən böyük barama istehsalçılarından sayılan Balakən rayonunda da barama tədarükü yekunlaşıb. Balakənli kümçülər bu il qəbul məntəqəsinə 42 ton 3 kiloqram yaş barama təhvil veriblər. Barama istehsalı ötən illə müqayisədə 10,8 ton artıb. Bu barədə məlumat verən Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli bildirib ki, cari mövsümdə barama yetişdirmək üçün 355 kümçü ilə müqavilə bağlanılıb, onlara 1150 qutu və ya 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb. Qurum rəsmisinin sözlərinə görə, Talalar kəndindən Nüsrət Əsgərov builki mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 732 kiloqram yaş barama təhvil verib. Qazma kəndindən Tahir Məmliyev bu il 609,4 kiloqram, Mahamalar kəndindən Fail Taşov isə 346,3 kiloqram yaş barama istehsal ediblər.
Oğuz rayonunda da istehsalçılardan yaş barama tədarükü başa çatıb. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlovun məlumatına görə, builki mövsümdə barama yetişdirmək üçün rayonda 65 kümçü ilə müqavilə bağlanılıb, onlara 220 qutu, yəni 4 kiloqram 180 qram ipəkqurdu paylanılıb. Oğuzlu kümçülər qəbul məntəqəsinə 6 ton 358,8 kiloqram yaş barama təhvil veriblər. Barama istehsalı ötən illə müqayisədə dəfələrlə artıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53

