Azərbaycanla Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
21.10.2020 [08:55]
Ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər
Beynəlxalq birliyə daha sıx inteqrasiya etmək, ikitərəfli və çoxtərəfli platformalarda ayrı-ayrı xarici ölkələrlə əməkdaşlıq əlaqələrini dərinləşdirmək Azərbaycanın strateji hədəfləri sırasında yer alır. Ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq qeyd olunan istiqamətlərdə yaxşı nəticələr əldə olunub. Hazırda respublikamız işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə yüksəksəviyyəli münasibətlərə malikdir. Eyni zamanda, Azərbaycan Avropa İttifaqına, İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına daxil olan ölkələrlə münasibətlərini davamlı şəkildə yüksələn xətlə inkişaf etdirir.
Qısa müstəqillik tarixində Azərbaycanın yüksəksəviyyəli münasibətlər qurduğu ölkələrdən biri də Ukraynadır. Bu gün Azərbaycanla Ukrayna arasında əlaqələr strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə yüksəlib. Ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.
Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin təməlini Ulu Öndər Heydər Əliyev qoyub
Bu gün Azərbaycanla Ukrayna arasında münasibətlərin məmnunluq doğuran yüksək səviyyəsindən söhbət açarkən Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli, məhz xalqımızın Ümummilli Lideri tərəfindən qoyulub. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik və zavodların tikintisinə, iri infrastruktur layihələrinin icrasına mərkəzi büdcədən böyük həcmlərdə vəsaitlər ayrılmasına yardımçı olması Ukrayna xalqı tərəfindən bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanır.
Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da Ulu Öndər Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin yeni əsaslarla möhkəmlənməsinə Özünün sanballı töhfələrini verib. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızla Ukraynanın çoxtərəfli münasibətlərinin fundamental hüquqi əsasları yaradılıb. Belə bir mühüm faktı vurğulamaq kifayətdir ki, təkcə 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək müqavilə, saziş və protokollar imzalanıb. Bu sənədlər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açıb.
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri baş tutub. Bu səfər qarşılıqlı əlaqələrin hüquqi-normativ bazasının yaranması və münasibətlərin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb. Səfərə yollanarkən onun əhəmiyyəti barədə jurnalistlərə məlumat verən Heydər Əliyev vurğulayıb: “Mən Ukrayna - Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə, bütün sahələrdə inkişaf edəcəyini gözləyirəm. İqtisadi, elmi-texniki əməkdaşlığı, təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün bizim geniş imkanlarımız var. Bu məsələlərə dair dövlətlərarası bir çox sənədlər hazırlanıb və biz bunları orada imzalayacağıq. Bir sözlə, səfərdən yaxşı nəticələr gözləyirik”.
Ulu Öndərin bəhs olunan səfər çərçivəsində Ukraynanın dövlət başçısı və digər yüksəksəviyyəli rəsmiləri ilə keçirdiyi görüşlər ölkələrimiz arasında iqtisadi, siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən 17 sənəd imzalanıb. Bu sənədlərdən ən vacibi isə “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında” müqavilədir ki, bu da iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını göstərir. Sonradan səfərin nəticələrini dəyərləndirən Ulu Öndər əmin olduğunu bildirib ki, imzalanan yeni sənədlər ölkələrimizin müstəqilliyinin, suverenliyinin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsində, demokratik, sivilizasiyalı dövlətlər qurulması işində, habelə keçid dövründə qarşıya çıxan sosial-iqtisadi çətinliklərin qısa müddətdə aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.
Onu da xatırladaq ki, səfər çərçivəsində Heydər Əliyevə Ukraynanın ali mükafatı - “Yaroslav Mudrı” ordeni, həmçinin Kiyev şəhərinin Fəxri qonağı və şəhərin rəmzi açarı təqdim olunub ki, bütün bunlar da Azərbaycan xalqının böyük oğluna dost Ukraynada bəslənən yüksək ehtiram və hörmətin ifadəsidir.
İki ölkə arasında siyasi əlaqələr yüksələn xətlə inkişaf edir
Azərbaycanla Ukrayna arasında siyasi əlaqələr daim yüksələn xətlə inkişaf edir. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 6 fevral 1992-ci il tarixində qurulub. Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi 1997-ci il 17 mart tarixində, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi isə 1996-cı il 5 may tarixində açılıb.
Azərbaycan Respublikası ilə Ukrayna arasında siyasi münasibətlər pozitiv inkişaf dinamikasına malikdir. Ölkə başçıları, hökumət rəhbərləri, parlament sədrləri və üzvləri, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında vacib amil qismində çıxış edir. İndiyədək Azərbaycan Respublikası ilə Ukrayna arasında 134 sənəd imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərçivəsində 22 may 2008-ci il tarixində “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması, 28 aprel 2011-ci il tarixində isə “Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı barədə Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərin inkişafına möhkəm hüquqi baza formalaşdırırb. Bundan başqa, Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci il tarixindən fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, Ukraynanın yeni Prezidenti Vladimir Zelenski də 2019-cu ilin dekabrında Azərbaycana səfərə gəlib. Prezident İlham Əliyev bəhs olunan səfər çərçivəsində mətbuata verdiyi bəyanatında Vladimir Zelenskinin Ukraynanın Prezidenti seçildikdən cəmi bir neçə ay sonra Azərbaycana səfərə gəlməsini dost ölkənin dövlət başçısının respublikamıza diqqətinin ifadəsi kimi dəyərləndirib. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirən dövlətimizin başçısı vurğulayıb: “Biz də Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına çox böyük diqqət veririk”.
Yuxarıda da bildirdiyimiz kimi, Azərbaycanla Ukrayna öz münasibətlərini, yalnız ikitərəfli müstəvidə inkişaf etdirmirlər. İki dost ölkə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də - BMT-də, ATƏT-də, Avropa Şurasında uğurlu əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər.
Azərbaycanla Ukrayna arasında iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar mövcuddur
Siyasi münasibətlərin yüksək səviyyəsinə adekvat olaraq iki ölkə arasında iqtisadi sahədə də əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar mövcuddur. Respublikamız Ukraynadan hava və qaz kompressorları, ventilyasiya qurğuları, vakkum nasosları, neft və qaz quyularının qazılması üçün borular, neft-qaz kəməri boruları, təyyarələr və uçuş aparatları, onların hissələri, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar, soyuducular, natrium və kalium bromidləri, şokolad məmulatları, azqiymətli metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, eləcə də digər məhsullar idxal edir. Azərbaycanın dost ölkəyə ixracında isə yanacaq, benzin, digər neft məhsulları, fındıq, bitkimənşəli məhsullar, meyvə və tərəvəz şirələri üstünlük təşkil edir. Bütövlükdə iki ölkə arasında ticarət dövriyyəsi 2019-cu ildə 20 faiz artıb.
Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələrin spektiri kifayət qədər genişdir. Kənd təsərrüfatı iqtisadi sahədə əməkdaşlığın ənənəvi sahəsidir. İndiyədək respublikamız Ukraynadan 400-dən çox kənd təsərrüfatı texnikasını alıb və bu istiqamətdə əməkdaşlıq perspektivdə də davam etdiriləcək.
Qarşılıqlı əməkdaşlıq üçün digər bir cəlbedici sahə nəqliyyat sektorudur. Prezident İlham Əliyev bəhs olunan bəyanatında bildirib ki, həm Ukraynada, həm də Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur. “Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə Azərbaycanda bu sahəyə çox böyük investisiyalar qoyulub. Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq” layihəsi - bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İki ölkə arasında birgə sərmayə qoyuluşu layihələri də böyük maraq doğurur. Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə bəhs olunan səfəri çərçivəsində müzakirə olunan aktual məsələlərdən biri məhz bununla bağlı olub. Dövlət başçıları səviyyəsində qarşılıqlı investisiya qoyuluşu barədə geniş fikir mübadiləsi aparılıb. Həm Ukraynanın Azərbaycana, həm də Azərbaycanın Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər mövcuddur. Şübhə yoxdur ki, müzakirələr zamanı irəli sürülən təkliflər həyatda öz əksini tapacaq və ayrı-ayrı sahələrdə birgə sərmayə layihələri iki dost ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirəcək.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

