Regionlarda taxıl biçini yekunlaşdırılır
16.07.2020 [09:08]
Biçin prosesi başa çatan bir sıra rayonlarda mühüm göstəricilər əldə olunub
Dərin konseptual əsaslarla, bölgələrin potensialı və ənənələri nəzərə alınmaqla hazırlanan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bütün ölkə üzrə yeni müsbət reallıqlar yaranıb. Öz növbəsində, regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun, ən əsası isə kənd təsərrüfatının davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına təkan verib. Bildirmək yerinə düşər ki, müvafiq Dövlət proqramlarının uğurlu icrası nəticəsində kənd təsərrüfatının ənənəvi, o cümlədən ixrac potensialı yüksək olan sahələrinin inkişafı yüksək səviyyədədir. Aqrar sektora yeni texnikaların cəlb edilməsi relyefi çətin ərazilərdə əkin sahələrinin artırılmasına, tədarükün çoxaldılmasına imkan yaradır. Bununla yanaşı, kənd təsərrüfatı sahələrinə göstərilən diqqət və qayğı bölgələrdə vətəndaşların sosial rifahının yüksəldilməsi ilə yanaşı yeni iş yerlərinin açılmasına da təkan verib. Dövlət tərəfindən yerli sahibkarlara subsidiyaların verilməsi, kənd təsərrüfatına marağın artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi aqrar sahədə mühüm nailiyyətlərin əldə olunmasına imkan verir.
Aqrar sektordan danışarkən onu da vurğulayaq ki, ərzaq təhlükəsizliyimizin əsas komponentlərindən sayılan taxılçılığın inkişafı bu gün əsas diqqət mərkəzində olan məsələlərdəndir. Ölkəmizdə taxılçılığın inkişafı istiqamətində mühüm addımlar atılır, sahibkarlara bol məhsul əldə etmələri üçün şərait yaradılır. Kənd Təsərrüfatı Nazirliyi rayonlarda taxıl əkmiş sahibkarların məhsulun yetişdirilməsi və biçilməsi prosesini uğurla aparması üçün bütün gücünü səfərbər edir. Yeri gəlmişkən, Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub.
O da qeyd olunmalıdır ki, biçin prosesi başa çatan bir sıra rayonlarda mühüm göstəricilər əldə olunub. Məsələn, mühüm taxılçılıq rayonlarından sayılan Biləsuvar rayonunun fərdi fermer təsərrüfatlarında taxıl yığımı artıq başa çatıb. Rayon Statistika İdarəsinin yaydığı məlumata görə, ötən ilin payızında cari ilin məhsulu üçün rayonda 33 min 298 hektar sahədə taxıl əkilib ki, bunun da 17 min 995 hektarı arpa, 15 min 303 hektarını isə buğda sahəsi təşkil edib. Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 81 min 826 ton məhsul toplayıblar. Yığılmış məhsulun 40 min 34 tonu buğda, 41 min 792 tonu isə arpa məhsulu olub. Biçin aparılan hər hektardan 24.6 sentner məhsul yığılıb. Ayrı-ayrı fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub. Qeyd edək ki, ötən il biləsuvarlı taxılçılar 30 min 193 hektar sahədə taxıl becərib və 94 min 222 ton məhsul yığıblar.
Yardımlı rayonunun da dağətəyi ərazilərində taxıl zəmilərində biçin başa çatıb. Rayonda 3090 hektar sahənin taxılı biçilib. Bu, rayon üzrə taxıl yığımının 86,3 faizini təşkil edir. Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev bildirib ki, rayonda taxılçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları 3579,5 hektar əkin sahəsindən dənli bitkilər üzrə - 2884 hektar buğda sahəsindən 64713 sentner, 94 hektar arpa sahəsindən 2064 sentner, 112 hektar digər dənlilər sahəsindən 2432 sentner məhsul əldə ediblər. Dənli bitkilər üzrə orta məhsuldarlıq hər hektara 22,4 sentnerdir. Verilən məlumatda o da qeyd edilir ki, hazırda biçin işləri əsasən dağlıq ərazilərdə növbəlilik əsasında aparılır. Rayonda biçin kampaniyasına başlanandan indiyədək hər hansı texnika çatışmazlığı və digər problemlər, yanğın və yaxud müxtəlif səbəbdən əkin sahəsinin məhv olması halları olmayıb.
Vurğulanmalıdır ki, dağlıq ərazilərdə 489,5 hektar biçilməmiş əkin sahəsində işlərin hava şəraitindən asılı olaraq rayon üçün xarakterik olan optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. İyulun 13-nə olan məlumata görə, taxıl əkilmiş 16 min 135 hektar sahənin 16 min 48 hektarında biçin artıq başa çatdırılıb, zəmilərdən 50 min 51 ton məhsul tədarük olunub. Hər hektarın orta məhsuldarlığı 31,2 sentner təşkil edib. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlovin məlumatına görə, arpa sahələrində biçin artıq tam başa çatıb və 12 min 976 ton məhsul istehsal olunub. Hər hektardan orta hesabla 31,2 sentner məhsul götürülüb. Buğda sahələrinin isə 11 min 883 hektarında biçin aparılıb və 37 min 75 ton məhsul əldə olunub.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayon üzrə ən yüksək məhsuldarlıq toxumçuluq təsərrüfatlarında qeydə alınıb. Belə ki, rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatının taxıl sahələrində hər hektardan orta hesabla 60 sentnerədək məhsul götürülüb.
Zaqatala rayonunun təsərrüfatlarında da taxıl biçini kampaniyası sona yaxınlaşır. İyulun 15-dək 3 min 508 hektar arpa və 7 min 626 hektar buğda sahəsinin məhsulu biçilib, 34 min 164 tonməhsul tədarük olunub. Hər hektarda orta məhsuldarlıq 30,7 sentner təşkil edir.Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, arpa sahələrində biçin artıq başa çatıb və zəmilərdən 10 min 524 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 30 sentner məhsul götürülüb. Biçin aparılan buğda sahələrindən isə 23 min 640 ton məhsul əldə olunub. Buğda zəmilərində orta məhsuldarlıq 31 sentner olub.
Rayon üzrə ən yüksək məhsuldarlıq “Muxax” İstehsal Kooperativinin buğda sahələrində qeydə alınıb. Belə ki, bu təsərrüfatda buğda zəmilərində orta məhsuldarlıq 50 sentnerdən yuxarı olub. Hələlik rayonda 186 hektar biçilməmiş taxıl sahəsi qalıb. Torpaq mülkiyyətçiləri sahələrdə qalan məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün səylə çalışırlar.
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Ağcabədi rayonunda da məhsul yığımı başa çatıb. Biçin prosesində zəmilərdən 105 min 494 ton məhsul əldə edilib. Toplanmış məhsulun 77 min 150,9 tonu buğda, 28 min 343,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 37,2 sentner, o cümlədən buğda sahələrində 38,6 sentner, arpa sahələrində isə 34 sentnerdir. 2019-cu illə müqayisədə hər hektarın məhsuldarlığı 1,1 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.
Qeyd edək ki, Ağcabədi rayonunda 2020-ci ilin məhsulu üçün 28 min 324 hektarda taxıl, o cümlədən 19 min 989 hektarda buğda, 8335 hektarda arpa becərilib.
Göyçay rayonunda da taxıl biçini başa çatıb və zəmilərdən 39 min 104 ton məhsul istehsal olunub. Qeyd edək ki, cari mövsümdə 13 min 237 hektar sahənin məhsulu yığılıb. Biçilən zəmilərin 7166 hektarı buğda, 6971 hektarı arpadır. Hər hektarda orta məhsuldarlıq 29,5 sentner olub. Biçin kampaniyasında 40-dək kombaynın qüvvəsindən istifadə olunub. Bir sıra ərazilərdə, o cümlədən Qaraməryəm, Potu, Qarbaqqal, Ərəbcəbirli və bir çox digər ərazi dairələrində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar. Hazırda biçilən ərazilərdə yay şumu çıxarılır.
Ağdam rayonunun fermerləri və torpaq mülkiyyətçiləri də taxıl biçinini başa çatdırıblar. Vurğulanmalıdır ki, 2020-ci ilin məhsulu üçün rayonda 14 min 347 hektar sahədə taxıl becərilib. Ondan 12 min 092 hektarı buğda, 2 min 255 hektarı arpa əkinləridir. Zəmilərdən 57 min 480 ton məhsul, o cümlədən 49 min 270 ton buğda, 8 min 210 ton arpa əldə edilib. Məhsul istehsalı keçən ilin müvafiq dövründəkindən 1950 ton və ya 3,5 faiz, məhsuldarlıq isə 1,7 sentner və ya 4,4 faiz çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.
Taxıl biçinini başa çatdıranlar sırasında Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri də var. Rayon Statistika İdarəsindən bildirilib ki, 10 min 599,8 hektar taxıl sahəsindən 42 min 56,1 ton məhsul əldə edilib. Məhsulun 25 min 620 tonu buğda, 16 min 436,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 42,3 sentner, arpa sahələrində isə 36,2 sentner olub. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı isə 2,5 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır. Qeyd edək ki, 2020-ci ilin məhsulu üçün Tərtər rayonunda 10 min 599,8 hektar sahədə taxıl becərilib. Ondan 6056,9 hektarı buğda, 4542,9 hektarını arpa əkinləridir.
Vurğulanmalıdır ki, bu ilin biçin prosesində yeni nəsil texnikalardan da istifadə olunur ki, bu da relyefi çətin olan ərazilərdəki məhsulun yığılmasına imkan verir. Məsələn, iyulun 9-dan etibarən yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynları Siyəzən, Xızı və Qusar rayonlarının çətin relyefli sahələrində biçinə başlayıb. Qeyd edək ki, yeni nəsil kombaynlar əsasən biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələr üçün nəzərdə tutulub. Bununla bağlı fikirlərini bölüşən “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirib ki, bu il Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının texnika parkının müasirləşdirilməsi üçün vəsait ayrılıb. Bundan sonra “Aqrolizinq” ASC tərəfindən 25 ədəd yeni nəsil kombayn alınıb. Bu kombaynların bir hissəsi artıq ölkəyə idxal olunub və texnikaların gətirilməsi davam edir. Bu kombaynlar vasitəsilə iyunun 26-dan başlayaraq Cəlilabad, Yardımlı və Lerikin çətin relyefli, dağlıq sahələrində 700 hektara yaxın taxıl zəmisi biçilib. Qeyd edək ki, əvvəllər fermerlər yalnız meyilliliyi az olan düzənlikli Aran rayonlarında suvarma şəraitində taxıl əkinindən məhsul götürə bilirdisə, yeni nəsil kombaynların sayəsində nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərə biləcəklər. Bununla da ölkəmizin taxıl ehtiyacının azalmasına böyük dəstək olacaq.
Pərviz
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32

