Azərbaycan elektrik enerjisinin əlçatanlıq əmsalına görə dünyada ikinci yerdədir
01.11.2019 [09:41]
Regionlarda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlar, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurlu nəticələr verir
Ölkəmizdə uğurla reallaşdırılan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün şəhər və rayonlarının simasının əsaslı şəkildə yenilənməsini təmin edib, regionların infrastruktur təminatı gücləndirilib. O cümlədən bölgələrdə qazlaşdırma, elektrik enerjisi ilə təminat, digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində mühüm addımlar atılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi istiqamətində görülən işlər elektrik enerjisi sahəsində də mühüm uğurların əldə edilməsinə səbəb olub. Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlar, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam etdirilir. Qeyd edilməlidir ki, son 16 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda sözügedən sahədə reallaşdırılan infrastruktur quruculuğunun bariz nümunəsidir. Əgər 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idisə, son 16 ildə respublikamız 30-dan çox yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda Azərbaycan həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Azərbaycanda enerji təchizatı 100 faizə çatdırılıb
Həyata keçirilmiş tədbirlər nəticəsində respublika üzrə elektrik enerjisi ilə, o cümlədən sayğaclarla təmin olunma 100% olub. Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində göstərilib. 2018-ci ildə “Azərişıq” ASC tərəfindən istehlakçılara 16 954 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 6 683 mln kVt/s (ümumi istehlakçıların 39,4%-ni təşkil edib) əhali qrupuna aiddir. Büdcə zərfinə görə, 2019-cu ilin birinci yarısında 8 559,8 mln kVt/s elektrik enerjisi satılıb ki, onun da 3 478,7 mln kVt/s-ı (40,6%) əhali qrupunun payına düşür. Həmçinin elektrik enerjisi ilə təmin olunan abunəçilərin sayı 2017-ci illə müqayisədə 59 308 vahid artaraq 2018-ci ilin sonuna 2 613 813 vahid, bu il iyulun 1-nə isə 2 645 072 vahid təşkil edib.
Prezident İlham Əliyev də enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyətini hər zaman önə çəkərək bu sahənin ölkəmizin prioritetləri sırasında olduğunu bildirib. Dövlət başçısı cari il iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə də yenidən diqqəti elektrik enerjisi ilə təchizatın gücləndirilməsinin əhəmiyyətinə yönəldərək əldə olunan nailiyyətləri yüksək qiymətləndirib: “Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək”.
Cari il oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də Prezident İlham Əliyev elektrik enerjisinin əlçatanlıq əmsalına görə ölkəmizin dünyada ikinci yerdə olduğunu vurğulayaraq qeyd edib ki, son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi bizi dünya miqyasında ikinci yerə gətirib çıxarıb.
“Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib
Oktyabrın 28-də isə Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. Məlumat verilib ki, yarımstansiyada 110/35/10 kV-luq 40 MVA gücündə iki yeni transformator quraşdırılıb, bununla da yarımstansiyanın gücü artırılaraq 80 MVA-ya çatdırılıb. Yarımstansiyanın yenidən qurulması ilə 110 kV-luq qidalandırıcı elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da “Şəki” Elektrik Stansiyası, “Ağsu” və “Ağdaş” qovşaq yarımstansiyaları arasında 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin etibarlılığı artırılıb.
Qəbələ rayonunda 21375 abonent, o cümlədən 20112 əhali və 1263 qeyri-əhali abonenti və bir sıra istehsal və infrastruktur obyektlərinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, 110, 35 və 10 kV-luq yeni paylayıcı qurğular inşa olunub və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.
Bildirilib ki, indi istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu məqsədlə əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, qəza açılmalarının minimuma endirilməsi, kənd təsərrüfatının inkişafı məqsədilə suvarma sistemlərinin elektrik enerjisi ilə təminatı üçün ilkin profilaktik tədbirlərin görülməsi, qeyri-neft sektorunun, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan yeni texnologiyaların tətbiqi və maddi-texniki bazanın müasirləşdirilməsi başlıca prioritetlərdəndir.
Qeyd olunub ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq, regionlardakı istehlakçıların elektrik enerjisi ilə təchizatı Bakı şəhərindəki səviyyəyə çatdırılmalıdır və bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. Hazırda ölkəmizin bütün ərazilərində perspektiv inkişaf nəzərə alınmaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsinə yönələn tədbirlər geniş vüsət alıb. Paylayıcı elektrik şəbəkələrində informasiya-kommunikasiya texnologiyalarının və ən müasir standartlara cavab verən idarəetmənin geniş tətbiqi də maksimum diqqətdə saxlanılır.
Əlavə edək ki, 2005-ci ildə istifadəyə verilən “Ağdaş” yarımstansiyasının istismar müddəti bitdiyindən artan tələbatı qarşılaya bilmirdi və onun yenidən qurulması zərurətə çevrilmişdi. Yarımstansiya tam yenidən qurularaq gücü 41 MVA-dan 50 MVA-ya çatdırılıb, 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib, avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Ağdaş və Ucar rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına xidmət edəcək. Ümumilikdə, son vaxtlarda Ağdaşda 195 kilometr müxtəlif gərginlikli elektrik veriliş xətti çəkilib, 3600 ədəd dayaq quraşdırılıb.
“Azərişıq” 62 kənddə yenidənqurma işlərini davam etdirir
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Astara rayonunun Doli və Diqo kəndlərinin elektrik enerjisi ilə təminatı istiqamətində görülən işlər bir aya başa çatdırılacaq. Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Astarada jurnalistlərə verdiyi müsahibədə deyib. Ölkə başçısının 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, Astaranın Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC-yə 1,5 milyon manat ayrıldığını xatırladan T.Mustafayev həmin kəndlərdən birinin - çətin relyefdə, ucqar dağlıq ərazidə yerləşən Sekaşan kəndinin elektrik enerjisi ilə təmin olunduğunu bildirib. O, Astara rayonunun dağlıq ərazisində yerləşən digər iki yaşayış məntəqəsinin - Doli və Diqo kəndlərinin də yaxın vaxtlarda elektrik enerjisi ilə təmin olunacağını bildirib: “Məqsədimiz havalar soyuyanadək bütün abonentləri dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir”.
Həmin kəndlərə “Azərişıq” tərəfindən 15 ədəd komplekt transformator məntəqəsi (KTM), 12,5 kilometr uzunluğunda 0,4 kilovoltluq hava verilişi elektrik xətləri, 18 kilometrlik 0,4 kilovoltluq özünüdaşıyan izolyasiyalı kabel xətlərinin (ÖİN -SİP kabellər) çəkilməsi nəzərdə tutulub.
Payız-qış mövsümü ilə əlaqədar “Azərişıq” ASC-nin tabeliyində olan xidmət sahələrində hazırlıq işlərinə başlandığını qeyd edən T.Mustafayev 62 kənddə yenidənqurma işlərinin aparıldığını deyib.
Həmçinin Xaçmaz rayonunun “Arzu massivi” 39-cu məhəlləsində, Qubada 32-33-cü məhəllələrdə, Qusarın Aşağı Ləyərqışlaq kəndində, Şabran şəhərində, Sabirabadın Sərxanbəyli və Moranlı kəndlərində, Ağsunun Ərəbsərvan kəndində, Yevlaxın Nemətabad kəndində, Göyçayın Ulaşlı kəndində, Ucarın Bərgüşad kəndində, Kürdəmirin Pirili kəndində, Goranboyun Tapqaraqoyunlu kəndində, Beyləqanın Allahyarlı, Ağcabədinin Şənlik, Ağdamın Əhmədağalı kəndlərində, Şamaxı şəhərində, Qaxın Güllük kəndində, Qəbələ şəhərində, Balakənin Püştətala kəndində, Gədəbəyin Parakənd, Şəmkirin Düyərli, Samuxun İstixana kəndində, Göygölün Qızılca kəndində “Azərişıq” tərəfindən enerji təchizatının yüksək səviyyədə təmini üçün işlər görülür.
Paytaxtın enerji təminatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan T.Mustafayev bildirib ki, hazırda Bakı üzrə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sulutəpə və Kənd Binəqədi, Xəzər rayonunda isə Binə südçülük qəsəbəsində təmir-bərpa işləri həyata keçirilir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31

