/ / Azərbaycanın regionlarında əhalinin elektrik enerjisi ilə təminatı istiqamətində işlər davam etdirilir
Azərbaycanın regionlarında əhalinin elektrik enerjisi ilə təminatı istiqamətində işlər davam etdirilir
12.07.2016 [10:00]
Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində bölgələrin elektrik enerjisi ilə təchizatı istiqamətində mühüm uğurlar əldə edilib
Son illərdə məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsindən söhbət açarkən respublikanın enerji təminatının güclənməsini də xüsusi qeyd etmək lazımdır. 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Ölkənin enerji təminatının daha da gücləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə də davam etdirilib. Belə ki, ötən il Azərbaycanın regionlarında 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik xətti çəkilib. Hazırda respublikanın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 15 su elektrik stansiyası fəaliyyət göstərir. Respublika ərazisindəki istilik və su elektrik stansiyalarının ümumi layihə gücü 6 231.6 MVt-a bərabərdir. Bir sözlə, ölkə ərazisindəki bütün enerji güclərinin uğurlu istismarı müvəffəqiyyətlə təmin olunur və bu istiqamətdə addımların atılması davamlı xarakter daşıyır.
Məsələn, “Azərenerji” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Məlumata əsasən, enerji təchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın qərb bölgəsinin enerji təchizatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilməkdədir. Belə ki, digər energetika müəssisələrində olduğu kimi, Gəncə Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində də istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlılığın artırılması istiqamətində görülən işlər cari ilin son üç ayında da davam etdirilib. O cümlədən, 500/330/10 kilovoltluq (kV) “Samux” yarımstansiyasında 500 kV-lik 1-ci “Samux” hava xəttinin (HX) avadanlıqları, I, III və IV bölmə, “Samux-Qardabani” HX-nin avadanlıqları təmir olunub. Eyni zamanda, 330 kV-lik 2-ci “Samux”, 4-cü “Mingəçevir” HX-nin avadanlıqları təmir edilib, yeni mühafizə kabelləri çəkilib, 3x167 MVA avtotransformator, onun 330 kV-lik eleqaz açarı və cərəyan transformatoru, müxtəlif gücdə iki xüsusi sərfiyyat transformatorları təmir edilərək onların normal iş rejimi təmin olunub.
“330/110/10 kV-lik “Gəncə” yarımstansiyasında 330 kV-lik dolayı şin sistemində gərginlik transformatorları dəyişdirilib, gücü 200 MVA olan 1 saylı avtotransformator, 330 kV-lik 4-cü “Ağstafa”, II şin sisteminin gərginlik transformatorları, 330 kV-lik dolayı eleqaz açarı, 110 kV-lik dolayı eleqaz açarı, şinlər arası eleqaz açarı, 1-ci, 2-ci və 6-cı “Gəncə”, 1-ci “Yenikənd”, 1-ci “Şəmkir” HX-nin eleqaz açarı, cərəyan transformatoru və xətt ayrıcısı cari təmir olunub. Həmin bu dövrdə 110 kV-lik “Gəncə-1”, “Gəncə-2”, “Zəyəm” və digər bir neçə yarımstansiyada da təmir-bərpa işləri həyata keçirilib.
Eyni zamanda, EVX-lər üzrə əsaslı və cari təmir işləri aparılıb və hazırda davam etdirilir. Buna misal olaraq 330 kV-lik 3-cü və 4-cü “Ağstafa”, 110 kV-lik 2-ci “Gəncə”, 2-ci “Şəmkir”, 1-ci “Ağstafa” və bir neçə HX-lərdə görülmüş işləri göstərmək olar. Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılıb və yanğına qarşı qəza məşqləri keçirilib. Yaz-yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılıb və normal səviyyəyə gətirilib. İldırımlı mövsümlə əlaqədar tədbirlər planı da hazırlanıb. Eyni zamanda, digər qabaqlayıcı tədbirlər də görülüb. Sadalanan tədbirlərin yerinə yetirilməsi enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir.
Yeri gəlmişkən, “Mingəçevir Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) də mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, tədbirlər planında nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilib və yanğın təhlükəsizliyi ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.
Verilən məlumata görə, cari ilin son üç ayı ərzində “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin balans mənsubiyyətinə aid olan 220/110/10 kilovoltluq (kV) “Ağsu” yarımstansiyasında 1 saylı 63 MVA gücündə avtotransformator və onun eleqaz açarı təmir edilib. Analoji təmir işləri eyni gərginlikli “Qəbələ”, “Ağdaş” və digər yarımstansiyalarda da həyata keçirilib. Ümumiyyətlə, bu dövrdə 220 kV-lik 3 ədəd transformator, bir ədəd eleqaz açarı təmir edilib.
110/35/10 kV-lik “Ağcabədi” yarımstansiyasında 35 kV-lik yağ açarı, 3-cü “Ağcabədi” hava xəttinin (HX) yağ açarı, 35 kV-lik 1-ci və 2-ci “Ağabəyli” HX-lərin eleqaz açarları, 2 saylı transformatorun 10 kV-lik giriş, 10 kV-lik “Təzəkənd” və “Rəncbərlər” HX-lərinin vakuum açarları da təmir olunub. Həmin bu gövrdə REŞ-in balans mənsubiyyətinə aid olan 110/35/10 kV-lik “Ucar”, “Bərdə”, “Yevlax”, “Şükürbəyli” və digər bir neçə yarımstansiyada həyata keçirilmiş təmir işləri çərçivəsində ümumilikdə 9 transformator, iki yağ açarı, 16 eleqaz açarı təmir edilib.
Respublikanın enerji sistemi üçün son dərəcə strateji əhəmiyyətə malik olan 1-ci və 2-ci “Abşeron”, 1-ci, 2-ci və 6-cı “Mingəçevir” və “Qəbələ” elektrik verilişi xətləri (EVX) xüsusi diqqət mərkəzindədir. Bütün bunlarla yanaşı, həmin bu dövrdə REŞ-in xidməti ərazisində 35 kV-lik 20-dən artıq yağ açarı, yeddi ədəd eleqaz açarı, 10 kV-lik 40-a yaxın yağ açarı, 6-10 kV-lik 25-ə yaxın vakuum açarları təmir edilərək normal iş rejiminə gətirilib.
Təbii ki, görülən işlər öz bəhrəsini verir. Belə ki, cari ilin iyun ayında ölkə enerjisi sistemində 1,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilib. Cari ilin ötən 6 ayı ərzində isə 10,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Bundan başqa, cari ilin mayında “Füzuli” Su Elektrik Stansiyasında (SES) 4,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ümumiyyətlə, ilin 5 ayı ərzində isə stansiyada elektrik enerjisi istehsalı 17,4 milyon kilovat-saatdan artıq olub. Ötən illərdə olduğu kimi, cari ildə də avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir. Stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür. Burada da yay mövsümünə hazırlıqla əlaqədar yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.
Cari ilin ötən beş ayında “Şimal” elektrik stansiyasında (ES) isə 235,3 milyon kilovat-saat, may ayında isə 7,7 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib. Stansiyada mövsümə hazırlıq üzrə nəzərdə tutulmuş işlər və digər təşkilati tədbirlər qrafik üzrə davam etdirilir. O cümlədən mövsümlə əlaqədar soyuducu su yollarının (dövran su nasoslarının girişindəki təmizləyici torlar) dənizdən gələn otlar hesabına tutulmasının qarşısı alınaraq enerji blokunun normal iş rejimi təmin edilib. Digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Bundan əlavə, “Şimal” ES-də 409 meqavatlıq ikinci enerji blokunun tikintisi aparılır. Tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir.
Eyni zamanda, “Sumqayıt” Elektrik Stansiyası cari ilin 5 ayı ərzində 1 milyard 345,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edib. Bu da ötən ilin müvafiq dövründəki istehsaldan 254 milyon kilovat-saat çoxdur. “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin may ayında elektrik enerjisi istehsalı 194 milyon kilovat-saat artaraq, 269 milyon kilovat-saata yaxın olub. Həmçinin bu stansiyada dünya standartlarına cavab verən və hər birinin gücü 164 meqavat olan iki qaz turbini və gücü 189 meqavat olan ən müasir buxar turbini avadanlıqları quraşdırılıb. Bu elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur.
Məlumata əsasən, “Şəmkir SES Silsiləsi”ndə (SESS) cari ilin may ayında ümumilikdə 163,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bunun da 116 milyon kilovat-saatı silsilənin birinci pilləsi sayılan “Şəmkir” SES-də, qalanı isə “Yenikənd” SES-də istehsal olunub. Cari ilin 5 ayı ərzində “Şəmkir” SES-də 361,2 milyon kilovat-saatdan artıq, “Yenikənd” SES-də isə 149,4 milyon kilovat-saata yaxın, ümumilikdə isə silsilə üzrə 510,6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Eyni zamanda, silsilədə yaz-yay sel sularının qəbulu və ötürülməsi işləri ilə bağlı hidroaqreqatlarda cari təmir işləri aparılıb. Onun nəticəsidir ki, “Şəmkir” SES-də hər birinin gücü 190 MVt olan iki ədəd aqreqat sel sularının qəbulu və ötürülməsinə tam hazırdır. “Yenikənd” SES-də olan hər birinin gücü 37,5 MVt-lik dörd ədəd aqreqatın üçündə analoji proseslər həyata keçirilib. Hazırda 2 saylı hidroaqreqatda əsaslı təmir işləri davam etdirilir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxElm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38
Dünya
26 Noyabr 13:16
Maraqlı
26 Noyabr 12:48
İqtisadiyyat
26 Noyabr 12:32
İqtisadiyyat
26 Noyabr 12:30

