Regionlarda mühüm infrastruktur layihələri icra olunur
24.06.2016 [09:59]
Azərbaycan hökuməti tərəfindən həyata keçirilən ardıcıl tədbirlər regionların həyatında əsaslı inkişaf meyilləri ilə nəticələnib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər sırasında bölgələrdə güclü infrastrukturun yaradılması, vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına xidmət edən obyektlərin tikintisi, yeni yolların çəkilməsi və təmiri, əhalinin etibarlı enerji təchizatı ilə təmin olunması mühüm rol oynayır. Dövlət başçısının bu məsələlərin həlli ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir.
Sevindirici haldır ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl və təxirəsalınmaz tədbirlər uğurlu nəticələrini verir və bu regionların həyatında əsaslı inkişaf meyilləri ilə müşayiət olunur. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Bunu Naxçıvan Muxtar Respublikasının əldə etdiyi uğurlu göstəricilər də təsdiq edir. Belə ki, muxtar respublikada bu ilin yanvar-may aylarında 883 milyon 63 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu ilin 5 ayı ərzində hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 1983,1 manata çatıb. Muxtar respublikada ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 410 milyon 601 min 300 manat həcmində məhsul istehsal edilib. Bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,1 faiz üstələyib. Cari ilin yanvar-may aylarında 47 milyon 152 min manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,2 faiz çoxdur. Bu dövrdə muxtar respublikada diri çəkidə 8,3 min ton ət, 34,5 min ton süd istehsal edilib, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 1,5 faiz artıb. Sosial-iqtisadi inkişaf əhalinin gəlirlərinin artmasına yol açıb. 2016-cı ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 658 milyon 809 min 200 manat, onun hər bir nəfərə düşən həcmi isə 1 faiz yüksələrək 1479,5 manat təşkil edib. Bu ilin yanvar-aprel aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 401,8 manat təşkil edib və bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artıb. Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. Cari ilin yanvar-may aylarında muxtar respublikada 140698,2 min dollar həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 2,2 faiz artaraq 125480,7 min dollar təşkil edib, 110 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq həcmdə müsbət saldo yaranıb. Bu il mayın 1-nə olan məlumata görə, muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4803 nəfər və ya 1,1 faiz artaraq 445830 nəfər təşkil edib.
Azərbaycanın digər rayonlarında da geniş quruculuq işləri, infrastruktur layihələrinin icrası davam edir. Bu istiqamətdə növbəti tədbir Beyləqan rayonunda reallaşıb. Belə ki, rayonun Qaradağlı kəndinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər sakinləri təbrik edib, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində görülən işlərdən danışıblar.
Bildirilib ki, 166 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3557 metr polietilen, 14 min 635 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 166 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda Beyləqan rayonunun Şərq, Birinci Şahsevən, İkinci Şahsevən, Yuxarı Çəmənli, Aşağı Çəmənli, Aşıqalılar, Əhmədli və İmamverdili kəndlərində qaz xətlərinin çəkilişi davam etdirilir.
Zaqatala rayonunda da daha bir layihənin icrası uğurla başa çatıb. Muxax kəndində su təchizatı sisteminin istifadəyə verilməsi münasibətilə mərasim keçirilib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə Zaqatala rayon İcra Hakimiyyəti arasında əməkdaşlığın 9 ildir ki, uğurla davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Zaqatala rayonunda bu layihə də daxil olmaqla, ümumi dəyəri 711 min 813 ABŞ dolları olan 7 layihə reallaşıb. Həmin layihələr məktəb və tibb məntəqələrinin tikintisi, tullantıların idarə olunması və su təchizatı sahələrini əhatə edir.
Diqqətə çatdırılıb ki, icrası yenicə başa çatan bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzi” İctimai Birliyi arasında 2016-cı ilin fevralında imzalanıb. Layihənin əsas məqsədi Zaqatala rayonunun Muxax və Qımır kəndlərinin içməli su təchizatını yaxşılaşdırmaqdır. Layihənin ümumi dəyəri 90 min 832 ABŞ dolları təşkil edir.
Masallı rayonunda da yeni obyektlər istifadəyə verilib. İyunun 21-də Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” (“AzKİL-2”) çərçivəsində Masallı rayonunun Gəyəçöl, Xıl və Səmidxan kəndlərində yeni həkim məntəqələrinin açılışı olub. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan “AzKİL” Azərbaycanda 10 ildən çoxdur fəaliyyət göstərir.
“AzKİL-2” çərçivəsində icma əsaslı növbəti infrastruktur layihələrinin açılış mərasimi Masallı rayonunun Gəyəçöl, Xıl və Səmidxan icmalarında keçirilib.
Layihə çərçivəsində Gəyəçöl və Xıl kəndlərində 7, Səmidxan kəndində isə 5 otaqlı həkim məntəqəsi tikilib.
Yeni həkim məntəqələrinin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dünya Bankının “AzKİL-2” üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouen, “AzKİL-2”-nin direktor müavini və icma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, Muğan-Salyan zonası üzrə proqram mütəxəssisi Fəridə Eminova, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, kənd ağsaqqalları və ziyalılar, eləcə də layihənin Bakıdan və regionlardan olan işçi heyəti iştirak edib.
“AzKİL-2” çərçivəsində Masallı rayonunda həyata keçirilən layihələrin icrası zamanı 60 kənddə 215 kilometr kəndarası yolların təmir edildiyini, yeni həkim məntəqələrinin, uşaq bağçasının tikildiyini, əhalinin içməli su təminatının yaxşılaşdığını vurğulayan R.Hüseynov rayonda yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsinə göstərilən dəstəyə görə dövlətimizin başçısına, Dünya Bankının və “AzKİL-2”nin rəhbərliyinə minnətdarlığını bildirib.
Açılış mərasimlərində çıxış edən Dünya Bankının “AzKİL-2” üzrə Tapşırıq Qrupunun rəhbəri Daniel Ouen, “AzKİL-2”-nin direktor müavini və icma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, ziyalılar, ağsaqqallar kənd sakinlərini və tibb işçilərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.
Xaçmaz şəhərində isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi uğurla icra olunur. Hazırda layihənin ikinci mərhələsinə uyğun olaraq şəhər ərazisində şəbəkə su və kanalizasiya xətləri çəkilir. Şəbəkə su xətlərinin ümumi uzunluğu 165,6 kilometrdir. Çəkilməkdə olan kanalizasiya xətlərinin ümumi uzunluğu isə 149 kilometrə bərabərdir. Tikinti işləri şəhər ərazisində mərhələli şəkildə həyata keçirilir. Su və kanalizasiya xətlərinin tikintisi yekunlaşdıqdan sonra 12 minə yaxın abunəçi su sayğacı ilə təmin olunacaq.
Layihənin birinci mərhələsində Uçqun bulağı bərpa edilib. Bununla da bu mənbədən saniyədə 200 litr və ya sutkada 17 min 300 kubmetr su götürmək mümkün olacaq. Bununla yanaşı, 400 millimetr diametrli 2 kilometr uzunluğunda magistral su xətti də çəkilib. Tutumu 3 və 2 min kubmetr olan dörd su anbarı inşa edilib. Bu mərhələdə 1,5 kilometr uzunluğunda anbarlararası qidalandırıcı su xətti çəkilib, xlorator qurğusu da daxil olmaqla, yeni xlorator binası tikilib.
Layihəyə əsasən, Xaçmaz rayonunun Gülalan kəndində inşa ediləcək çirkab sutəmizləyici qurğunun yerləşəcəyi ərazidən şəhər istiqamətində kanalizasiya xətləri çəkilib.
Layihənin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırax, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə, 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Yaranan çirkab suları Xaçmaz rayonunun Gülalan kəndi ərazisində tikiləcək, məhsuldarlığı sutkada 50 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuda emal ediləcək. Xaçmazla yanaşı, Quba və Qusar şəhərlərində yaranan çirkab suları da emal üçün bu təmizləyici qurğuya nəql olunacaq.
Xaçmaz su-kanalizasiya sisteminin yenilənməsi işlərinin iki il ərzində başa çatdırılması nəzərdə tutulub.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Noyabr 22:30
Elm
27 Noyabr 22:19
Maraqlı
27 Noyabr 21:53
Dünya
27 Noyabr 21:25
Elm
27 Noyabr 21:04
Dünya
27 Noyabr 20:46
Hadisə
27 Noyabr 20:36
Sosial
27 Noyabr 20:22
Dünya
27 Noyabr 19:51
Dünya
27 Noyabr 19:32
Dünya
27 Noyabr 19:15
Sosial
27 Noyabr 18:31
İqtisadiyyat
27 Noyabr 17:25
YAP xəbərləri
27 Noyabr 17:12
İdman
27 Noyabr 17:02
Xəbər lenti
27 Noyabr 17:00
YAP xəbərləri
27 Noyabr 16:32
Sosial
27 Noyabr 16:32
İqtisadiyyat
27 Noyabr 16:17
YAP xəbərləri
27 Noyabr 15:28
Xəbər lenti
27 Noyabr 14:58
Dünya
27 Noyabr 14:49
Dünya
27 Noyabr 14:35
Siyasət
27 Noyabr 14:14
Sosial
27 Noyabr 12:46
Gündəm
27 Noyabr 12:44
Sosial
27 Noyabr 12:04
Sosial
27 Noyabr 12:04
İqtisadiyyat
27 Noyabr 12:03
İqtisadiyyat
27 Noyabr 12:01
Gündəm
27 Noyabr 11:45
Gündəm
27 Noyabr 11:37
Sosial
27 Noyabr 11:24
Dünya
27 Noyabr 11:23
Gündəm
27 Noyabr 11:12
Siyasət
27 Noyabr 11:01
Siyasət
27 Noyabr 10:54
Siyasət
27 Noyabr 10:35
Analitik
27 Noyabr 10:19
Ədəbiyyat
27 Noyabr 09:57
Analitik
27 Noyabr 09:33
Maraqlı
27 Noyabr 09:15
MEDİA
27 Noyabr 08:53
Sosial
27 Noyabr 08:30
Dünya
26 Noyabr 23:35
Sosial
26 Noyabr 23:17
Dünya
26 Noyabr 22:51
Dünya
26 Noyabr 22:18
Dünya
26 Noyabr 21:40
Dünya
26 Noyabr 21:26
Dünya
26 Noyabr 20:54
Dünya
26 Noyabr 20:19
İqtisadiyyat
26 Noyabr 19:43
Dünya
26 Noyabr 19:17
Siyasət
26 Noyabr 18:29
Dünya
26 Noyabr 17:36
YAP xəbərləri
26 Noyabr 17:28
Elm
26 Noyabr 17:11
YAP xəbərləri
26 Noyabr 16:25
YAP xəbərləri
26 Noyabr 16:08
Gündəm
26 Noyabr 15:46
Gündəm
26 Noyabr 15:44
İqtisadiyyat
26 Noyabr 15:38
YAP xəbərləri
26 Noyabr 15:17
İdman
26 Noyabr 15:16
Hadisə
26 Noyabr 15:16
Dünya
26 Noyabr 14:36
Dünya
26 Noyabr 13:55
Siyasət
26 Noyabr 13:40
Sosial
26 Noyabr 13:38

