Azad sahibkarlıq iqtisadi inkişafı sürətləndirir
16.04.2026 [10:11]
Azad sahibkarlıq və liberal iqtisadiyyat sadəcə iqtisadi model deyil, cəmiyyətin inkişaf fəlsəfəsidir. Liberal iqtisadiyyat modeli göstərir ki, dövlətin iqtisadiyyata minimal müdaxiləsi, resursların daha səmərəli bölüşdürülməsinə şərait yaradır. Bu zaman qiymətləri, istehsalı və investisiyanı bazar, yəni tələb və təklif müəyyən edir. Nəticədə innovasiya sürətlənir, rəqabət artır və istehlakçı daha keyfiyyətli məhsul əldə edir. Azad sahibkarlıq isə bu sistemin dinamik qüvvəsidir. Sahibkarlar risk götürür, yeni ideyaları bazara çıxarır və iqtisadi artımın əsas mühərrikinə çevrilirlər. Tarix göstərir ki, sahibkarlığın qarşısındakı süni maneələr azaldıqca, iqtisadi rifah yüksəlir və iş imkanları genişlənir.
Azərbaycanda son illərdə həyata keçirilən iqtisadi islahatlar sahibkarlıq fəaliyyətinin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması və investisiya mühitinin yaxşılaşdırılmasına yönəlib. Bu isə həm yerli, həm də xarici investorlar üçün daha cəlbedici şərait yaradır.
Fərdi sahibkarların sayı 1 milyon 472 mini keçib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən 2026-cı il aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 472 mini ötüb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (25,9 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,2 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 76,2 faizini kişilər, 23,8 faizini isə qadınlar təşkil edib. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38,3 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyəti sahəsində 26,2 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22,3 faizini təşkil edir. Sahibkar qadınların 28,1 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (28,8 faiz), Naxçıvan Muxtar Respublikası (27,9 faiz), Gəncə-Daşkəsən (26,2 faiz), Bakı (25,8 faiz), Şərqi Zəngəzur (24,9 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Naxçıvanda sahibkarlara 33 təsdiqedici sənəd verilib
Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi istiqamətində 9 sahibkarlıq subyektinə 33 təsdiqedici sənəd verilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müvafiq investisiya təşviqi sənədi olan müəssisələrə təqdim olunan 5 təsdiqedici sənəd əsasında 1,5 milyon manat dəyərində Rusiya, Çin, Türkiyə mənşəli texnika, texnoloji avadanlıqlar və qurğular idxal edilib.
2026-cı il yanvarın 1-dən qüvvəyə minən vergi, gömrük və sosial sığorta güzəştlərinə əsasən, 28 təsdiqedici sənəd əsasında 2,4 milyon manat dəyərində xammal və materialların Avstriya, İran, İraq, Gürcüstan kimi ölkələrdən idxalı həyata keçirilib. Ötən 3 ay ərzində idxal olunan xammal, material və texnoloji avadanlıqlara əlavə dəyər vergisi və gömrük rüsumları üzrə 1,1 milyon manat dəyərində güzəştlər tətbiq edilib. Bütün bunların nəticəsi olaraq qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.
Azad ərazilərdə sahibkarlıq inkişaf edir
Azad sahibkarlıq işğaldan azad edilmiş ərazilərdə də inkişaf etməkdədir. Bu bölgədə çalışan sahibkarlara 2023-cü ilin əvvəlindən etibarən 10 il müddətinə vergi və fiskal güzəştlərin tətbiq edilməsi, onların gəlir, mənfəət, torpaq, əmlak və sadələşdirilmiş vergidən, istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı üzrə ƏDV-dən azad edilməsi fəaliyyət imkanlarını daha da genişləndirir. Eləcə də, qeyri-dövlət və qeyri-neft sahələrində fəaliyyət göstərən sahibkarların məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılır ki, bütün bu güzəşt və stimullar sahibkarların istehsal xərclərinin azalmasına, yığım imkanlarının genişlənməsinə və təkrar investisiya üçün əlverişli maliyyə mənbələrinin yaradılmasına imkan verir, həmçinin istehsal olunan mal və xidmətlərin maya dəyərinin optimallaşdırılması yolu ilə rəqabət qabiliyyətinin dəstəklənməsini təmin edir. Həmçinin, bu bölgədə işləyən sahibkarların maliyyə-kredit təminatı ilə bağlı tədbirlər çərçivəsində investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilməsi artmaqdadır.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına bax02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45

