Ağılla zövqün izdivacı
15.08.2025 [11:23]
Zövq ağılı, hər ikisi birlikdə şəxsiyyəti yetişdirir
Hər bir qəliz mətləbin sadə dillə izahı var. Biliyin kütləviləşməsinə çalışan fədakarların sayəsində mürəkkəb elmi problemlər sadə insanlar üçün də çatımlı olur, onlar da bəşər zehninin haralara qədər gəlib çıxdığından az-çox xəbər tuturlar. İstər elmin, istərsə də incəsənətin “mətbəx” sirlərini populyarlaşdırmaq həm bu sirdən xəbərsiz insanların, həm də alimlərin, sənət adamlarının işinə yarayır. Keçmiş zamanlarda hətta ən ucqar bölgələrdə də şairlər, yazıçılar, elm, sənət adamlarıyla görüşlər keçirilər, onların publikayla daha sıx ünsiyyətdə olması üçün müxtəlif elmi-kütləvi toplantılar, mədəni-maarif tədbirləri təşkil olunardı. Bu da əhalinin bədii-estetik zövqünün inkişafına, elmə, maarifə həvəsinin artmasına təkan verərdi. Televiziyada göstərilən elmi-kütləvi proqramlar, bu istiqamətdə nəşrlər kütləvi maraqla qarşılanardı.
Şəxsiyyət ağılla zövqün vəhdətindən formalaşır. İnsan dərin ağıl sahibi, yaxud parlaq istedad yiyəsi olmaya bilər, bunu kiməsə irad tutmaq doğru deyil; ancaq normal inkişaf yolu keçmiş, ən azı məktəbdə düzgün təlim görmüş hər bir vətəndaş elmi xurafatdan, yüksək musiqini bayağı melodiyadan, yaxşı şeiri cızmaqaradan ayırmağı bacarmalıdır. Bu keyfiyyətlərə yiyələnmək üçün təkcə ağıl, dərrakə, normativ təlim-tərbiyə metodları kifayət etmir, bundan ötrü insanın zövqü də itilənməli, duyğuları tərbiyələnməlidir. Elmi təfəkkürün, bədii zövqün formalaşdırılması işində məktəblərin rolu əvəzsizdir, çünki şəxsiyyət fərdi təkamülün ən vacib mərhələsini məhz təhsil aldığı illərdə - məktəbdə, o cümlədən ali məktəbdə keçir.
Məktəblərin deyilən hədəflərə çatması üçün müxtəlif amillərin vəhdəti mühüm şərtdir, ancaq o faktorların ən vaciblərindən biri, bəlkə də, birincisi dərsliklərin səviyyəsidir. Nəzərə alsaq ki, uşaq beyninin mayalanması, inkişafı ilk növbədə dil faktoruna bağlıdır, bu sahədə həlledici rol oynayan dil-ədəbiyyat dərslikləri çox zaman yüksək standartlara, arzu olunan tələblərə cavab vermir. Bu dərsliklərə baxanda bilmirsən ki, orta məktəbin missiyası dilçi, ədəbiyyatşünas yetişdirməkdir, yoxsa uşaqlara ana dilində normal ünsiyyət qurmağı, fikrini aydın ifadə etməyi öyrətməkdir. Nəzəri mülahizələrlə lazım olduğundan qat-qat artıq yüklənmiş, bədii cəhətdən zəif mətnlərlə doldurulmuş dərsliklər bu missiyanı layiqincə yerinə yetirməyə, təəssüf ki, yaramır.
Məsələn, aşağı siniflər üçün dərsliklərin birində şagirdlərə Azərbaycan bayrağı mövzusunda esse yazmaq tapşırığı, ardınca da essenin necə yazılmalı olduğuna dair beş-altı səhifəlik təlimat verilir. Verilən təlimatlar isə az qala hüquqi sənəd dilində yazılmış quru, cansıxıcı, yadda qalmayan söz yığınıdır. Sanki şagird inşa yox, doktorluq dissertasiyası yazmalıdır. Əminliklə deyirik ki, nəinki orta məktəb şagirdləri, hətta peşəkar yazıçılar belə bu tapşırıqları, təlimatları oxuyandan sonra çaşıb qalar, heç nə yaza bilməzlər. Əvvəla, deyildiyi kimi, təlimatlar özü çox dolaşıq, mənasız, üstəgəl primitivdir. Məsələn, bunu oxumaqla kim nə yaza bilər: “İdeyanı yarada bilən fikirlərə diqqət edin. Əvvəlcə baş verən hadisənin səbəbini göstərin, sonra ondan irəli gələn nəticəni təqdim edin. İdeyanı yaradan fikirlər üzərində bir daha düşünün...” Bu cür cəfəng söz yığını uşağın beynini dolaşdırmaqdan, fikrini qarışdırmaqdan başqa heç nəyə xidmət etmir.
İkincisi, esse bədii janrdır. Əgər hansısa bir janrda əsər yaratmağın ümumən qəbul olunmuş standart resepti olsaydı, onu bütün məktəblərin, redaksiyaların, yaradıcı birliklərin divarından asardılar, hər kəs də həmin təlimatları oxuyub xariqələr yaradar, mükəmməl sənət nümunələri ortaya çıxarardı. Yaradıcılıq - sirrinə indiyə qədər əl yetməmiş müəmmalı, əsrarəngiz bir prosesdir. Yazıçı var ki, əsəri əvvəldən-axıra nəql eləyir, yazıçı var axırdan başlayıb əvvələ qayıdır, yazıçı da var ki, mətləbin, yaxud hadisənin düz ortasından başlayır. Yaxud başqa bir cəhət: yazıçı var ki, nə isə yazmaq üçün əvvəlcədən hazırlıq görür, qeydlər aparır, plan tutur, yazıçı da var ki, bunların heç birinə əməl etmir. İndi bunların hansı birini əsas götürüb demək olar ki, esse, yaxud bədii əsər məhz belə, bu metodla yazılmalıdır?
Dərsliklərin verdiyi bu sayaq təlimatlar şagirdlərin azad düşüncəsinin qarşısını almaqdan başqa bir işə yaramır. Nəzəri hazırlıq hər şeydən vacib olsaydı, ədəbiyyat nəzəriyyəsini mükəmməl mənimsəmiş biri öz nəzəri biliklərini tətbiq etməklə mükəmməl bədii əsərlər yaradardı. Halbuki həyatda belə hadisələr nadir hallarda baş verir, çox zaman kamil əsəri biri, mükəmməl nəzəriyyəni isə bir başqası yaradır. Yaradıcı işdə heç bir konkret resept vermək mümkün deyil, yalnız şagirdə istiqamət vermək olar ki, bu işi də müəllimin öhdəsinə qoymaq, yəqin ki, yetər.
Ədəbiyyat dərsliyi ədəbiyyatşünas, dil dərsliyi dilçi yetişdirmək üçün deyil. Uşaqlara esse yazmağın reseptini, uzun-uzadı nəzəri təlimatlar, bir sözlə, quru bilik, cansız ağıl verməkdənsə onların zövqünü oxşamaq, estetik tərbiyəsinin qayğısına qalmaq, onları gözəl mətnlərə alışdırmaq, mükəmməl bədii nümunələrin timsalında onlara ədəbi dilimizin gözəlliyni göstərmək, şirinliyini daddırmaq, başqa sözlə, ruh vermək gərəkdir. Belə olarsa, gələcəyin vətəndaşlarını elm libasına bürünmüş xurafatla, sənət donu geyinmiş bayağılıqla, ədəbiyyata arxa qapıdan yol tapmış söz yığınıyla aldatmaq da mümkün olmaz. Həyata da, sənətə də ən sərrast, qüsursuz baxış ağılla hissin, biliklə zövqün izdivacından yaranır. Zövq ağılı, hər ikisi birlikdə şəxsiyyəti yetişdirir. Bu faktorlardan hansısa əskik olanda şəxsiyyət də yarımçıq olur. Atalarımız demişkən, dad yarımçıq əlindən!..
Toğrul
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

