Aydın ziyalı və yaxud ictimai məzmunla mənalanmış ömür
18.07.2025 [10:12]
Bu gün tanınmış jurnalist-politoloq, “Bakı - xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevin 65 yaşı tamam olur. Yubiley yaşıdır. Kifayət qədər uca zirvədir, uzun yoldur. Hər adama nəsib olmur belə uzun yolu keçmək. Cəmiyyətdə, onu əhatə edən insanlar, həmkarlar arasında həmişə barışığa can atan, hamını ortaq məxrəcə gətirməyə səy göstərən və həmrəylik, dostluq, xoş münasibət yaratmağı bacaran Aydın Quliyev kimi bir insanı lütf göstərib bu zirvəyə yüksəldən Uca Tanrımızdan razılığımızı ifadə edirik, yubliyara isə çıxdığı, keçdiyi yolu hələ bundan sonra ən azından 35 il, yəni 100-dək indiki şövq və enerji ilə davm etdirməsini arzulayırıq. Yolun yarımçıq dayandırılması Aydın Quliyev tərəfindən onu tanıyanlara, geniş ictimaiyyətə və əlbəttə ki, birinci növbədə də mətbuatımıza xəyanət olardı.
İndi elə bir mərhələyə çatmışıq ki, mətbuatımızın Aydın Quliyev kimi peşəkar və təəssübkeş yazarlara, təşkilatçılara, fikir adamlarına böyük ehtiyacı var. Burada bir məqamı da xüsusi qeyd etmək istərdik. Aydın Quliyevin 65 illik yubileyi milli mətbuatımızın 150 illiyi ilə üst-üstə düşür - arada cəmi dörd gün fərq var. Bunu, bəlkə də, təsadüf də saymaq olardı. Ancaq Aydın Quliyevin xoşbəxtliyidir ki, onun yubileyi ilə taleyini bağladığı, ömrünü həsr etdiyi sevimli peşəsinin bayramı eyni ərəfədə qeyd olunur.
Yubliyar üçün daha bir xoş məqam ondan ibarətdir ki, onun adı kimi, həyatının məqsədini, fəaliyyətinin məzmununu da elə “aydın” sözü ilə ifadə etmək daha doğru olardı. Bəli, onun barəsində düşünəndə, yazılarını, təhlillərini analiz edəndə məhz “aydın ziyalı” ifadəsini işlətmək yerinə düşür. Aydın Quliyevin ictimai-siyasi fəaliyyətinin ən qaynar, məhsuldar dövrü respublikamızın müstəqillik illərinə təsadüf edir. Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəllərindən möhtəşəm zəfərlərimizədək, yeni reallıqlar şəraitində qədəm qoyduğumuz indiki strateji mərhələyədək asan olmayan yol keçərək, daxildəki satqınlara, xarici düşmənlərə sarsıdıcı məğlubiyyət acısı yaşadaraq özünün ümummilli hədəflərinə çatıb. Aydın Quliyev də hər zaman şəxsi məqsədlərdən uzaq olan fəaliyyəti ilə bu çətinliklərin dəf olunmasına öz payını verib. Onun barəsində “aydın ziyalı” ifadəsini işətmək ona görə yerinə düşür ki, o keçdiyimiz təlatümlü proseslərdə heç vaxt vətəndaş-ziyalı mövqeyini ortaya qoymaq üçün bəziləri kimi, necə deyərlər, suların durulmasını gözləməyib, doğru bildiyi seçimi bəri başdan edib. Bu seçim isə bir qayda olaraq müstəqilliyimizin, dövlətçiliyimizin qorunması və möhkəmlənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edilməsi ilə bağlı olub. Hazırda regionumuzda və dünyada mürəkkəb proseslərin izlənildiyi hər kəsə bəllidir. Ayrı-ayrı siyasi şərhçilər prosesləri dəyərləndirməyə çalışırlar. Ancaq həmin dəyərləndirmələrin böyük əksəriyyəti mücərrəd səciyyə daşıyır, ən əsası da müəllifin hansı məzhəbə qulluq etdiyi başa düşülmür. Aydın Quliyevin təhlilləri isə konkretliyi ilə fərqlənir, onların arxasında müəllif məni dərhal görünür.
“90-cı illərin əvvəlində Naxçıvanda əldə silah könüllü müdafiə dəstəsində oldum. Erməni təcavüzkarlar Topxananı məhv edəndə Naxçıvanda ilk ayağa qalxanların yanında idim. “Heydər Əliyevsiz müstəqil dövlət qurmaq çox mürəkkəb olar” deyən ilk təşəbbüskarlarla bir sırada olmuşam. Bu çətin mərhələlərin hər birində mövqe tutmaqdan çox, mövqe göstərməyə çalışdım. Əslində, bunlar o qədər qaynar proseslər idi ki, onların içində şəxsi planda nələrisə düşünmək mümkün deyildi. Bu mənada, bizim nəsli daha çox bəxti gətirənlərdən saymaq olar. Bəxtli gətirənlərdənik ona görə ki, o qaynar proseslərin içində olduq. Şəxsi işlərlə məşğul olmağa fürsətimiz qalmadı. Çönüb arxaya baxanda ömrümü ictimai məzmunla mənalanmış görürəm”, - deyə yubliyarın özü müsahibələrinin birində vurğulayıb.
Yubileyi ərəfəsində mətbuatda Aydın Quliyev barəsində çoxsaylı yazılar dərc olunur. Sanki bütün redaksiyalar, yazarlar ordusu onu təbrik etmək yarışına çıxıb. İşıq üzü görən hər yazının səmimiyyətlə, içdən gələn istəklə qələmə alındığı hiss olunur. Hər müəllif onu tanıdığı, başa düşdüyü kimi təqdim edir və mətbuatımızdakı uca yerini yüksək dəyərləndirir. Aydın Quliyevin təltifləri azdır. Ancaq hesab edirik ki, mətbuat cameəsinin hörməti və dərin ehtiramı onun üçün ən böyük mükafatdır.
65 yaşa çatmaq insan üçün hesabat məqamıdır. Qiymətləndirməmiz belədir ki, Aydın Quliyevin ömür hesabatı kifayət qədər dolğundur və xalqımız, ölkəmiz, dövlətimiz üçün çox faydalıdır. “Yeni Azərbaycan” qəzetinin kollektivi olaraq Aydın Quliyevə möhkəm cansağlığı, bol-bol yaradıcılıq uğurları, daha səmərəli ictimai məzmunlu fəaliyyət arzulayırıq!
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18

