Sosial-iqtisadi inkişaf strategiyası!
05.06.2025 [08:57]
Regionların siması daim dəyişir
Ölkəmizin sosial-iqtisadi inkişafı paytaxtla yanaşı, regionların da davamlı irəliləyişi hesabına yüksəlməkdədir. Gözlə görünən bir faktdır ki, bölgələrimizdəki vəziyyət əvvəlki illərlə müqayisədə tamamilə dəyişib. Regionlar sözün əsl mənasında yeni bir simaya malik olub. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə imkan yaradıb.
Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, bölgələr ölkənin, ümumilikdə, həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasının tərkib hissəsi kimi ön planda dayanır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir.
İnfrastruktur yenidən qurulur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Məşhur Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin mərkəzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlər xüsusi bir yer tutur: “Bölgələrin davamı inkişafını təmin etmək üçün müxtəlif kənd və qəsəbələrdə infrastrukturun yenidən qurulması məqsədiylə müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində yolların, elektrik, qaz və su təminatı şəbəkələrinin modernləşdirilməsi iqtisadiyyata müsbət təsir göstərir. Bununla yanaşı, kənd və rayon yollarının təmiri, yeni körpülərin salınması və dəmir yolu sisteminin təkmilləşdirilməsi ticarət və nəqliyyatın inkişafına töhfə verir”.
Sənaye və kənd təsərrüfatı ilə bağlı hədəflər
M.Məmmədov qeyd edib ki, aqrar sektorda müasir texnologiyaların tətbiqi, fermerlərə subsidiyaların verilməsi və emal sənayesinin genişləndirilməsi regionların iqtisadi potensialını artırır: “Eyni zamanda, iri sənaye zonalarının yaradılması, texnoparkların fəaliyyətə başlaması və ixrac yönümlü məhsulların istehsalının təşviqi regional iqtisadiyyata böyük dəstək verir”.
Turizmin inkişafını təşviq edən layihələr
Deputat bildirib ki, bölgələrə xarici və yerli turistləri cəlb etmək üçün regionlarda turizm infrastrukturunun yaradılması üçün müxtəlif layihələr həyata keçirilir: “Xüsusilə, dağ turizmi, kənd turizmi və sağlamlıq turizminin inkişafı üçün xüsusi dövlət proqramları həyata keçirilir. Bölgələrdə davamlı inkişaf proqrmalarına uyğun olaraq müasir otellərin, istirahət komplekslərinin və milli parkların yaradılması bu sahənin canlanmasına şərait yaradır. Kiçik və biznesin inkişafına dəstək üçün həyata keçirilən müxtəlif layihələr, eləcə də sahibkarlıq subyektlərinə verilən gömrük və vergi güzəştləri regionlarda iqtisadiyyatın canlanmasına təkan verir. Bununla yanaşı, startap layihələrinin maliyyələşdirilməsi və biznes inkubatorların yaradılması sahibkarlığın inkişafını daha da stimullaşdırır”.
Yeni istehsal müəssisələrinin sayı artır
Millət vəkili qeyd edib ki, regional inkişaf artıq azad ərazilərdə də öz müsbət təsirlərini biruzə verməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni sənaye parkları və aqroparklar qurulur: “Xüsusilə, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında müxtəlif istehsal müəssisələrinin fəaliyyətə başlaması üçün davamlı işlər həyata keçirilir. Bölgəyə geri qayıdan insanlar üçün əlverişli biznes imkanları yaradılır ki, bu da iş yerlərinin açılmasını təşviq edir. Peşə təhsil mərkəzlərinin yaradılması və yeni iqtisadi layihələrin icrası sayəsində bu bölgədə məşğulluq səviyyəsi artır və növbəti illərdə bu proses daha da sürətlənəcək. Ümumilikdə, Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirilən layihələr, elcəcə də müasir modellər, “ağıllı şəhər və kənd konsepsiyası” çərçivəsində müasir texnologiyaların tətbiqi regionun rəqəmsal inkişafını da təmin etməkdədir. Zəngilan, Füzuli, Şuşa, Ağdam və digər şəhərlərdə smart tipli şəhər infrastrukturunun qurulması rəqəmsal xidmətlərin genişlənməsinə səbəb olur”.
Kənd təsərrüfatının inkişafına təkan verən tədbirlər
M.Məmmədov bildirib ki, Qarabağın münbit torpaqları kənd təsərrüfatı üçün böyük potensiala malikdir: “Aqrar sektorun inkişafı üçün yeni suvarma sistemləri qurulur, iri fermer təsərrüfatları yaradılır və yerli məhsulların emalına xüsusi diqqət yetirilir”.
Millət vəkili onu da vurğulayıb ki, ümumilikdə görülən genişmiqyaslı tədbirlər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini təsdiqləyir. Bu işlər isə regionların daha da inkişaf etməsinə təkan verəcək. Eyni zamanda, dövlət və özəl sektorun əməkdaşlığı sayəsində kənd təsərrüfatı, sənaye, turizm və xidmət sahələrində daha geniş imkanlar yaradılacaq. Regionlarda əhalinin işsizlik səviyyəsi azaldılacaq, orada fəaliyyət göstərən müxtəlif sahibkarlıq subyektlərinin inkişafına şərait yaradılacaq”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
Gündəm
22 İyun 11:45
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Siyasət
20 İyun 18:25
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52

