Ekoloji maarifləndirmə
17.05.2025 [10:57]
Təbiəti qorumaq üçün nə etməliyik?
Bu gün ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, ətraf mühitin mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Sağlamlığımızı təmin etmək üçün ilk növbədə təbiəti sağlamlaşdırmaq, ətraf mühiti qorumaq lazımdır. 21-ci əsrdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı, gələcəkdə bərpası mümkün olmayacaq təbii sərvətlərin həddindən artıq istismarı ətraf mühitə mənfi təsirini qaçılmaz edib.
Ekoloji həssaslıq həm də fərdlərin və cəmiyyətlərin bütöv, davamlı həllər tapması və həyatın bütün səviyyələrində təbii mühitə və canlı təbiətə zərər verməyən, əksinə, onlara fayda verən fəaliyyətlərlə məşğul olması deməkdir. Başqa sözlə, ekoloji şüur, cəmiyyəti təşkil edən fərdlərin ətraf mühitdən xəbərdar olmaq və öz vəzifələrini yerinə yetirmək qabiliyyəti kimi də müəyyən edilə bilər.
Məlumdur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Ekoloji maarifləndirmənin əhəmiyyəti
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, ekoloji maarifləndirmə təbii sərvətlərin davamlı şəkildə qorunması və gələcək nəsillərin həyat keyfiyyətinin təmin edilməsi üçün vacibdir: “Təbii ehtiyatlar dünyamızın məhdud resursudur və tükənmək təhlükəsi altındadır.
Davamlılıq və ekoloji maarifləndirmə bu gün vacib məsələlərə çevrilib. Təbii ehtiyatların məhdud olduğunu nəzərə alaraq, bu ehtiyatların gələcək nəsillərə sağlam şəkildə ötürülməsi üçün davamlılıq və ekoloji maarifləndirmə təmin edilməlidir”.
Davamlılıq nədir?
S.Həsənov qeyd edib ki, davamlılıq təbii ehtiyatlardan gələcək nəsillərin istifadə edə bilməsi üçün onlara təsir etmədən istifadə etmək və qorumaq deməkdir. Bu konsepsiya gələcək nəsillərin bugünkü ehtiyacları ödəmək üçün təbii sərvətləri istehlak edərkən eyni resurslardan faydalana bilməsini təmin etmək məqsədi daşıyır: “Davamlılıq ekoloji, iqtisadi və sosial təsirləri nəzərə alan yanaşma tələb edir.
Bu gün ekoloji problemləri yaradan səbəblərdən biri də tullantıların idarə edilə bilməsidir. Belə ki, tullantıların idarə edilməsi ekoloji maarifləndirmənin bir hissəsidir. Təbiətə zərər vermədən tullantıları nəzarət altında saxlamaq və təkrar emalı təşviq etmək ətraf mühitin çirklənməsinin qarşısını alır. Təkrar emal istifadə olunan materialların təkrar istifadə edilməsini təmin edir və beləliklə, təbii ehtiyatların tükənməsinin qarşısını alır.
Ekoloji maarifləndirmə yaşıl enerji mənbələrindən istifadəni də əhatə edir. Günəş enerjisi və külək enerjisi kimi davamlı enerji mənbələri təbii ehtiyatların qorunması və ətraf mühitə zərər vermədən enerji istehsalı üçün vacibdir. Bu bərpa olunan enerji mənbələri həmçinin qalıq yanacaqlardan istifadəni azaltmaqla iqlim dəyişikliyi ilə mübarizədə effektiv rol oynayır”.
Yaşıl və dayanıqlı dünya naminə
Ekoloqun sözlərinə görə, gələcək nəsillərin həyat keyfiyyətini təmin etmək üçün ekoloji maarifləndirmə vacibdir. Təmiz enerji resurslarından istifadə və təbii ehtiyatların qorunması səyləri bizə gələcək nəsillərə daha yaşıl və dayanıqlı dünya ərməğan etməyə yardımçıdır: “Ona görə də hər birimiz ekoloji maarifləndirməni artırmaq və ətraf mühiti qorumaq üçün məsuliyyəti öz üzərimizə götürməliyik.
Ekoloji duyarlılığın ən vacib məqamlarından biri isə yaşıl enerji mənbələri və ondan istifadə haqqında maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Yaşıl enerji ətraf mühitə zərər verməyən davamlı enerji mənbələrindən əldə edilən enerji növüdür. Qalıq yanacaq kimi ənənəvi enerji mənbələri ətraf mühitə zərərli qazların və tullantıların buraxılmasına səbəb olduğu halda, yaşıl enerji mənbələri ekoloji cəhətdən təmiz şəkildə enerji istehsal edir. Bu enerji mənbələri bərpa olunandır və təbii ehtiyatların tükənməsi riskini minimuma endirir.
Yaşıl enerjinin ən mühüm nümunələrindən biri günəş enerjisidir. Günəş enerjisi təbii və davamlı şəkildə günəş şüalarından elektrik və ya istilik enerjisi əldə etməyə imkan verir. Günəş enerjisi panelləri günəş enerjisini elektrik enerjisinə çevirərək evlərdə və iş yerlərində istifadə etməyə imkan verir. Beləliklə, ətraf mühitə zərər vermədən enerji ehtiyacı ödənilir”.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20

