Gənclərin ahəngdar inkişafı üçün!
23.04.2025 [08:10]
Dövlət səviyyəsində addımlar atılır, cəmiyyət də maraqlı olmalıdır...
Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və inkişafı hər bir dövlətin qarşısında duran mühüm məsələlərdən biridir. Bu, ölkənin siyasi və iqtisadi sabitliyindən heç də az əhəmiyyət kəsb etmir. Təəssüf ki, müasir dünyada gənclər öz xalqının tarixi və mədəniyyəti, fəlsəfi və dini irsi haqqında səthi biliklərə malik olduğuna dair bir tendensiya mövcuddur.
Etiraf edək ki, bu gün dünyada gənclərin şüuruna mənfi təsir edə biləcək hadisələr çoxdur. Bunun qarşısını gənc nəslin mənəvi-əxlaqi tərbiyəsi və inkişafı istiqamətində sistemli iş aparmaqla almaq mümükdür. Bu mənada savadlı, əxlaqlı, təşəbbüskar gənc nəslin yetişməsinə nail olmaq inkişaf etmiş dövlətlərin sosial siyasətinin ana xəttini təşkil edir.
Uşaqlarla rəftarda ifrat dominantlıq düzgün deyil
Sosioloq Sahib Altayın “Yeni Azərbaycan”a açıqlamasına görə, uşaqların sosiallaşması, həm fiziki, həm də mənəvi baxımdan əhatəli, normal inkişafı cəmiyyətdəki şərtlərdən çox asılıdır. Sosioloq qeyd edib ki, cəmiyyətdə mövcud olan mühit uşaq və gənclərin sosiallaşmasında birmənalı şəkildə müəyyənedici təsirə malikdir: “Uşaqların ahəngdar fiziki-mənəvi inkişafı üçün ilk növbədə sosiallaşma institutları sağlam olmalıdır. Birinci ailə institutundan başlamaq lazımdır. Sosiallaşma üçün ilk növbədə sağlam ailə mühitinin mövcudluğu vacibdir. Valideyn öz missiyalarını başa düşməli, uşağa mülkiyyəti kimi baxmamalı, onunla aqressiv rəftar etməməlidir. Valideynin hüququ heç də uşaqların mənafeyinə zidd olmamalıdır. Bu, Konstitusiyamızda da, Ailə Məcəlləsində də var. Bütün valideynlərin təhsilli olması vacib deyil. Əsas odur ki, ailə quran cütlüklər valideynlik missiyasını dərk etsinlər, övlada düzgün tərbiyə verməyi bacarsınlar. Uşaqlarla rəftarda ifrat dominantlıq etməməli, uşaqların düşüncələrinə hörmətlə yanaşmalıdırlar. Uşaqlara müstəqil qərar qəbul etmək imkanı vermək lazımdır”.
Məktəbin missiyası həm də didaktikadır!
S.Altay bildirib ki, uşaq və gənclərin mənəvi, fiziki inkişafında rol oynayan ikinci institut bağçalar, orta və ali məktəblərdir: “Əlbəttə ki, burada da neqativlərdən kənar sağlam mühit olmalıdır. Uşaqların bir-birilərinə qarşı bullinq tətbiq etmələrinə yol verilməməlidir. Çünki o mühitdə hər cür uşaq var. Maksimum çalışmalıyıq ki, dayanıqlı, sağlam ailə mühitinə nail olaq. Amma bu, həmişə mümkün olmur. Bəzən orta məktəblərdə, bağçalarda, şübhəsiz ki, natamam ailələrdən olan uşaqlar olur. Yaxud da mənəvi, mədəni səviyyəsi fərqli ailələrin uşaqları təmsil olunurlar. Çalışmalıyıq ki, natamamlıq kompleksindən əziyyət çəkən uşaqlar öz yaşıdlarına qarşı aqressiya nümayiş etdirməsinlər. Yaxud belə hal baş verərsə, qabaqlayıcı metodlarda qarşısını almaq lazımdır. Ümumiyyətlə, məktəb mühiti sağlam olmalıdır. Bilirsiniz ki, məktəbin missiyası təkcə təhsil vermək deyil, həm də didaktikadır. Uşaqların tərbiyədə ideoloji cəhətdən zəngin böyümələrində məktəbin rolu müstəsnadır”.
Kriminal aləmin kumir seçilən “qəhrəmanları”...
Sosioloqun sözlərinə görə, sosiallaşma institutu kimi ailədən və məktəblərdən daha öndə təsir imkanına malik olan sosial media, sosial şəbəkələr, internet resurslarıdır: “Sosial şəbəkələr uşaq və gənclərin davranışlarına, həyat tərzlərinə birmənalı olaraq təsir göstərir. Çalışmalıyıq ki, uşaqların zərərli informasiyalardan qorunmasını maksimum təmin edək. Çox yaxşı olar ki, monitorinqlər həyata keçirilsin. Sosial şəbəkə vahidlərinin təsirlərindən uşaqların az zərər görmələri üçün qanunvericilik istiqamətində də addımlar atılmalıdır. “Sarı” informasiyalar, uşaqlara zidd məlumatlar tirajlanır. Cinayət, kriminal aləmin dırnaqarası qəhrəmanları az qala uşaqlara kumir kimi təqdim olunur. Onlar haqqında əfsanələr saytları, qəzet manşetlərini “bəzəyir”. Yeniyetmələr də elə bilirlər ki, cinayət dünyasının adamları düzgün yaşayırlar, deməli, onları kumir seçmək olar. Yaxşı olar, uşaqların ahəngdar inkişafı üçün samballı, məzmunlu, yeniyetmələrə, gənclərə sağlam mesajlar ötürən ədəbiyyat nümunələri olsun. Bununla bağlı təkcə intellektual yox, həm də mənəvi-əxlaqi dəyərləri aşılayan verilişlər olmalıdır. Əslində uşaq və gənclərin inkişafı üçün bölgələrdə də maraqlı infrastrukturlar, idman mərkəzləri yaradılıb. Bunların funksionallığını artırmaq, uşaqların ora gedişini təşviq etmək lazımdır. Hökumət, dövlət səviyyəsində əsaslı addımlar atılır, sadəcə, cəmiyyət özü də maraqlı olmalıdır. QHT-lər bu işdə iştirak etməli, sosiallaşma institutları öz məsuliyyətlərini başa düşməlidir. Cəmiyyətimiz müstəqil cəmiyyət kimi qlobal dünyaya inteqrasiya olunub. Filtirizasiya aparılmalıdır ki, mənəvi-əxlaqi düzənimiz pozulmasın, cəmiyyətimizin müsbət özəllikləri qorunub saxlanılsın”.
Səlim
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51

